Icma.az
close
up
RU
Bu saatlarda çölə çıxmayın

Bu saatlarda çölə çıxmayın

Icma.az, Demokrat.az portalına istinadən məlumat yayır.

İsti hava şəraiti ürək-damar sistemi xəstəliklərindən əziyyət çəkən insanlar üçün əlavə risklər yaradır. Temperaturun yüksəlməsi orqanizmdə maye balansına və qan dövranına birbaşa təsir göstərdiyi üçün ürək xəstələrinin bu dövrdə daha diqqətli olmaları vacib sayılır. Xüsusilə yay aylarında yaranan yüklənmə ürək ritminin pozulması və təzyiq dəyişiklikləri kimi fəsadlara səbəb ola bilər. Bu səbəbdən mütəxəssislər isti günlərdə ürək xəstələrinin gündəlik rejimlərinə və həyat tərzinə xüsusi nəzarət etməsini tövsiyə edirlər.
Tanınmış kardioloq Üzeyir Rəhimov Demokrat.az-a açıqlamasında deyib ki, isti hava şəraitində sağlamlığın qorunması, xüsusilə də ürək-damar və təzyiq xəstələri üçün xüsusi diqqət tələb edir:
“Günün ən isti saatlarında 10:00-dan 17:00-a qədər məcbur qalmadıqca çölə çıxmamaq daha məqsədəuyğundur. Bu dövrdə günəş şüaları orqanizmə daha çox təsir göstərdiyi üçün əlavə risklər yarana bilər. Geyim seçimi də mühüm amillərdən biridir. İsti havalarda pambıq və nəfəs alan parçalardan hazırlanmış geyimlərə üstünlük verilməli, günəşdən qorunmaq üçün kepka, şlyapa və gün eynəyindən istifadə olunmalıdır. Fiziki aktivlik və idman məşqləri isə günün sərin saatlarında, xüsusilə axşam vaxtlarında həyata keçirilməlidir”.
O bildirib ki, orqanizmin su balansının qorunması da vacibdir:
“Gün ərzində kifayət qədər maye qəbul edilməli, orta hesabla 2.5-3 litr su içilməsi tövsiyə olunur. Bununla yanaşı, qapalı məkanlarda kondisioner temperaturunun həddindən artıq aşağı salınmaması, 24-25 dərəcə aralığında saxlanması daha doğru hesab olunur. Qidalanma rejimində isə yüngül və lifli məhsullara üstünlük verilməlidir. Zeytun yağında hazırlanmış yeməklər daha məsləhətlidir. Eyni zamanda tünd çay və qəhvə kimi içkilərin qəbulu məhdudlaşdırılmalıdır, çünki bu içkilər ürək döyüntüsünü artıra bilər. Gigiyena və gündəlik vərdişlərə də diqqət yetirilməlidir. Ani və birbaşa soyuq duş qəbul etmək məsləhət görülmür, bədənin temperatur dəyişikliklərinə tədricən uyğunlaşması daha təhlükəsiz sayılır. Ürək və təzyiq xəstələrinə gəlincə, isti havalarda dərman dozasında dəyişiklik yalnız həkim məsləhəti ilə aparılmalıdır”.
Əfsanə Kamal
Demokrat.az
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:140
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 06 İyun 2026 20:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

20 Oktyabr 2026 18:28see407

Ruslar üçün inflyasiya qumbarası...

20 Oktyabr 2026 18:29see350

Orqanizmdən zəhərli maddələri necə xaric etmək olar? Ən yaxşı detoksikasiya reseptləri

20 Oktyabr 2026 13:39see334

Mərkəzi Gömrük Hospitalının rəisi Baş həkim, yüksəkixtisaslı ümumi cərrah, t.e.d. Bəxtiyar Musayevi “Həkimlərimizi tanıyın” rubrikasında Sizə təqdim edirik.

20 Oktyabr 2026 15:58see314

Turan dünyası İstanbulun türklük sevgisinə möhtacdır

21 Oktyabr 2026 01:12see259

“Tağıyev: Məktəb” filmi “Oskar” mükafatına namizəd göstərilib

20 Oktyabr 2026 17:18see254

Bu təklif Rusiyaya çatdırılacaq Zelenski

21 Oktyabr 2026 01:33see253

Netanyahu Trampla İranda rejim dəyişikliyi üçün növbəti addımları müzakirə etdi

21 Oktyabr 2026 02:11see232

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see226

Serialdakı Arda illər sonra (Foto)

20 Oktyabr 2026 23:41see223

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see216

Avtobus yerüstü piyada keçidinə çırpıldı, 24 nəfər...

20 Oktyabr 2026 23:55see212

“Borussiya”nın qapıçısı “Sabah”ın təzyiqindən danışdı

21 Oktyabr 2026 04:27see209

Maska taxanda eynəklərin şüşələri tərləməsin deyə… Yaponların ÜSULU

20 Oktyabr 2026 22:48see209

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see207

İran Prezidenti: Amerikaya etibar etmirik

21 Oktyabr 2026 02:23see205

“Barselona“ Dani Olmonun zədəsinin ciddi olduğunu açıqlayıb

21 Oktyabr 2026 21:22see195

“28 Mall”ın yaxınlığında ölüm hadisəsi baş verdi

21 Oktyabr 2026 18:31see192

Türkiyədə məşhur pop qrupunun meneceri üç ilədək azadlıqdan məhrum edilə bilər

21 Oktyabr 2026 21:28see188

The Guardian: Ukraynanın gələcəyi Tramp və Putinə məxsus deyil...

21 Oktyabr 2026 21:29see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri