Icma.az
close
up
RU
Bu saatlarda çölə çıxmayın Təhlükə var! KONKRET

Bu saatlarda çölə çıxmayın Təhlükə var! KONKRET

Konkret.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Yaz aylarında allergik xəstəliklərin artması müşahidə olunur.

KONKRET.az xəbər verir ki, bu dövrdə halsızlıq, burun axıntısı, asqırma və gözlərdə sulanma kimi əlamətlər bir çox insanda özünü göstərir.

Həkim-allerqoloq Aynur Seyidovanın sözlərinə görə, fevralın sonundan başlayaraq ağacların çiçəklənməsi prosesi mayın sonuna qədər davam edir. Bu zaman bitki tozcuqları, polenlər küləklə yayılaraq tənəffüs yollarına, gözlərə və dəriyə təsir edir və allergik iltihab yaradır. Bu hal tibbdə pollinoz, yəni mövsümi allergiya adlanır.

Həkim bildirib ki, mövsümi allergiyanın əsas simptomları burunda şəffaf axıntı, qaşınma, tez-tez asqırma, burun tutulması, gözlərdə sulanma, qızartı və şişkinlikdir.

Onun sözlərinə görə, bronxial astma xəstələrində isə bu dövrdə xəstəlik kəskinləşə bilər. Belə hallarda öskürək, nəfəs darlığı, xışıltı, bəzən isə dəridə qaşıntı və səpkilər müşahidə olunur.

A.Seyidova polenlərdən qorunmaq üçün bir sıra tövsiyələr də verib. O qeyd edib ki, polenlər xüsusilə səhər və günorta saatlarında daha çox olur, axşam saatlarında və yağışdan sonra isə azalır.

Mütəxəssis məsləhət görür ki, polen mövsümündə səhər və günorta saatlarında, xüsusilə küləkli havalarda açıq havada az vaxt keçirilsin, zərurət olmadıqda bayıra çıxılmasın. Açıq havada olarkən qoruyucu geyimlərdən istifadə edilməsi, evə daxil olduqdan sonra paltarların dəyişdirilməsi və yuyunma vacib sayılır.

Bundan əlavə, paltarların açıq havada qurudulmaması, ev və avtomobildə pəncərələrin bağlı saxlanılması, həmçinin polen filtrli kondisionerlərdən istifadə edilməsi tövsiyə olunur./yenisabah

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:156
embedMənbə:https://konkret.az
archiveBu xəbər 20 Aprel 2026 12:25 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see298

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see296

Aİ Ukraynanı ABŞ təhdidləri qarşısında tək buraxmayacaq

21 Oktyabr 2026 16:06see286

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see255

Hövsanda küçə itləri sakinləri qorxuya salır ŞİKAYƏT

21 Oktyabr 2026 19:45see251

“Barselona“ Dani Olmonun zədəsinin ciddi olduğunu açıqlayıb

21 Oktyabr 2026 21:22see243

“28 Mall”ın yaxınlığında ölüm hadisəsi baş verdi

21 Oktyabr 2026 18:31see238

Türkiyədə məşhur pop qrupunun meneceri üç ilədək azadlıqdan məhrum edilə bilər

21 Oktyabr 2026 21:28see233

The Guardian: Ukraynanın gələcəyi Tramp və Putinə məxsus deyil...

21 Oktyabr 2026 21:29see231

Politoloq: Türkiyə Azərbaycan münasibətlərini böhran həddinə çatdıran şəxslər müəyyənləşdirilməlidir

21 Oktyabr 2026 21:21see220

Havalı Alı Rüstəm Dastanoğlunun hekayəsi

21 Oktyabr 2026 18:10see211

Yoxa çıxan avropalı müşahidəçilər: “təhlükəsizlik mütəxəssisləri” haradadırlar?

21 Oktyabr 2026 10:33see209

Günel Afrikadan qız uşağı övladlığa götürmək istəyir

21 Oktyabr 2026 15:52see208

Çörək yeyəndən sonra niyə yuxumuz gəlir?

21 Oktyabr 2026 15:46see205

Çin üçtəkərli avtomobil buraxdı

21 Oktyabr 2026 21:19see203

Bakıda milyonluq hazırlıqlar başladı Qarlı havalarla bağlı

21 Oktyabr 2026 18:31see203

“Lap başımı itirmişəm, fikirləşirəm ki, kasıblar nə edir?” Hicran Nəsirova

21 Oktyabr 2026 20:18see194

Səhiyyə Nazirliyi: Ölkəyə qripə qarşı vaksinlər gətirilib

21 Oktyabr 2026 14:13see193

Sülh müqaviləsini ləngidən Paşinyan nəyi gözləyir, yaxud Paşinyanı nə gözləyir?

21 Oktyabr 2026 21:18see188

ABŞ nin Ukraynaya diplomatik təzyiqi artır

21 Oktyabr 2026 15:51see175
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri