Icma.az
close
up
RU
“Bu, sadəcə divara rəsm çəkmək deyil, vandalizm aktıdır”

“Bu, sadəcə divara rəsm çəkmək deyil, vandalizm aktıdır”

Qafqazinfo saytından alınan məlumata görə, Icma.az bildirir.

“Paytaxtın mərkəzində, mədəni yaddaşımızın simvollarından birinə çevrilmiş Nizami Kino Mərkəzinin divarına qraffiti çəkilməsi hadisəsi heç də bəzilərinin təqdim etməyə çalışdığı kimi “sadəcə divara rəsm çəkmək” deyil, bu, açıq-aydın vandalizm aktıdır”.

“Qafqazinfo” xəbər verir ki, bunu APA-ya açıqlamasında Milli Məclisin Mədəniyyət komitəsinin üzvü Elnarə Akimova bildirib.

Deputat deyib ki, bu, şəhərin estetik görünüşünə, tarixi-mədəni dəyərinə və ümumi ictimai mühitinə qarşı hörmətsizlikdir: “Bu, hər birimizin ortaq dəyərinə qarşı edilən müdaxilədir. Biz otuz il erməni vandallarının tarixi abidələrimizə qarşı etdiyi pozucu əməllərdən əziyyət çəkmişik, indi isə şəhərimizin mərkəzində belə bir mənzərə ilə üzləşmək məyusluq doğurur. Düzdür, qraffiti bəzi Qərb şəhərlərində uzun illərdir ki, geniş yayılıb və artıq bir çox hallarda şəhər mühitinin ciddi problemlərindən birinə çevrilib. ABŞ və Avropanın müxtəlif şəhərlərində tarixi binaların, körpülərin, ictimai məkanların necə eybəcər hala salındığını görmək çətin deyil. Bu mənzərələr şəhərin ruhunu öldürür, arxitekturanın orijinallığını məhv edir və nəticədə vizual xaos yaradır. Biz bu mənzərəni Bakıda görmək istəyirik? Əlbəttə ki, yox! Çünki qraffiti mədəniyyəti Azərbaycan üçün, xüsusilə Bakı üçün yad bir anlayışdır. Bu şəhər başqa dəyərlərlə tanınır. Bakı – zərif memarlığı, tarixi irsi, müasirliyi və ən əsası, təmizliyi ilə seçilir. Bu şəhərin küçələri, binaları, ictimai məkanları təsadüfi və yöndəmsiz yazılar üçün deyil. Bu şəhər estetik zövqün, nizam-intizamın və mədəni davranışın göstəricisidir”.

Elnarə Akimova qeyd edib ki, Bakının gözəlliyi təsadüfi yaranmayıb: “Son illərdə həyata keçirilən genişmiqyaslı abadlıq və bərpa işləri nəticəsində şəhər sözün əsl mənasında yenidən doğulub. Tarixi binalar bərpa edilib, küçələr abadlaşdırılıb, ictimai məkanlar müasir standartlara uyğunlaşdırılıb. Bu işlərə böyük zəhmət, vaxt və maliyyə sərf olunub. Belə bir fonda hansısa şəxslərin gəlib bu əməyi bir neçə dəqiqə ərzində “imza atmaq” adı ilə korlaması təkcə qanun pozuntusu deyil, həm də mənəvi məsuliyyətsizlikdir. Bu hadisə eyni zamanda gənclər arasında məsuliyyət və tərbiyə məsələsini də gündəmə gətirir. Bu əməli törədən şəxslər – kim olmasından asılı olmayaraq – bir həqiqəti anlamalıdırlar ki, yaradıcılıq adı altında dağıdıcılıq etmək heç bir halda qəbul edilə bilməz. Müasir dövrdə gənclər üçün özünüifadə imkanları saysızdır: rəqəmsal platformalar, incəsənət layihələri, sərgilər, startaplar və s. var. Bütün bu imkanlar mövcud olduğu halda, ictimai mülkiyyətə zərər vurmaq nə yaradıcılıqdır, nə də cəsarətdir. Bu, sadəcə məsuliyyətsizlikdir. Hər şeyi qanunlarla tənzimləməyə ehtiyac olmamalıdır. İlk növbədə, hər bir vətəndaşın mənəvi məsuliyyəti, hədd meyarları olmalıdır”.

Deputat hesab edir ki, burada valideyn məsuliyyəti də xüsusi vurğulanmalıdır: “Uşaqlara və yeniyetmələrə kiçik yaşlarından ictimai mülkiyyətə hörmət, şəhər mədəniyyəti, estetik zövq və vətəndaş məsuliyyəti aşılanmalıdır. Valideyn övladının harada olduğunu, nə etdiyini, hansı mühitdə formalaşdığını bilməlidir. Küçədə baş verən hər bir belə hadisənin kökündə müəyyən qədər nəzarətsizlik və tərbiyə boşluğu dayanır. Bu gün məsələ təkcə bir divarın çirkləndirilməsi deyil. Bu, şəhər mədəniyyətinə qarşı yönəlmiş bir tendensiyanın başlanğıcı ola bilər. Əgər bu kimi hallara vaxtında və sərt ictimai reaksiya verilməzsə, sabah daha geniş miqyasda oxşar hallarla üzləşə bilərik”.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:162
embedMənbə:https://qafqazinfo.az
archiveBu xəbər 03 Aprel 2026 16:50 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycan Basketbol Liqası: Neftçi Sumqayıt ı məğlub etdi

19 Oktyabr 2026 03:44see402

İran ABŞ nin aviabombasının istehsalı texnologiyasını əldə etdiyini bildirib

19 Oktyabr 2026 05:09see372

Avropanın turizm üçün ən yaxşı şəhəri elan olundu

19 Oktyabr 2026 08:33see359

Zəngilanın yenidən qurulması sistemli şəkildə davam edir

19 Oktyabr 2026 08:38see300

Rusiya Ermənistandan Naxçıvana uzanan dəmir yoluna nəzarəti saxlamaq istəyir

19 Oktyabr 2026 08:39see282

Alonso “Formula 1”də V8 və V10 mühərriklərinin qayıdışına şübhə edir

19 Oktyabr 2026 04:41see254

Valdas Dambrauskas: “Komandama inanıram”

19 Oktyabr 2026 20:32see253

Heç vaxt bu yerdə sızanaqları sıxmayın! Ölümlə nəticələnə bilər

20 Oktyabr 2026 02:07see240

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

20 Oktyabr 2026 18:28see235

Mağazaların “qaytarılmır” bəhanəsi arxasında nə dayanır?

19 Oktyabr 2026 20:17see230

Zəngilan: Tarixi qayıdışdan strateji inkişaf mərhələsinə MƏQALƏ

19 Oktyabr 2026 15:42see224

Gənc İlham Əliyev hərbi təlimdə Heydər Əliyev andiçmə mərasiminə necə gəlib?

20 Oktyabr 2026 12:50see218

İllər sonra gələn Möhtəşəm Yüzil etirafı

19 Oktyabr 2026 06:22see217

Azərbaycana gətirilən avtomobillərin sayı açıqlandı Hibridlər diqqət çəkir

19 Oktyabr 2026 18:17see204

Rusiya atəşkəsə razı olsa Ukraynada seçki olacaq Zelenski

19 Oktyabr 2026 04:06see203

Ruslar üçün inflyasiya qumbarası...

20 Oktyabr 2026 18:29see195

Bəzi rayonlarda işıq olmayacaq

20 Oktyabr 2026 00:21see173

Ədəbiyyatşünas Dmitro Drozdovski: Səlim Babullaoğlu mədəniyyət diplomatıdır

19 Oktyabr 2026 20:05see172

Azərbaycan Gürcüstandan qoyun və keçi idxalını təqribən 40 % azaldıb

19 Oktyabr 2026 21:01see172

Azərbaycanda baş həkim vəfat edib

19 Oktyabr 2026 23:27see166
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri