Icma.az
close
up
RU
Başqasının dərdini çəkmək...

Başqasının dərdini çəkmək...

Yeniavaz portalından alınan məlumata görə, Icma.az xəbər verir.


Gözəl bir söz var: “Sevinc paylaşıldıqca çoxalar, dərd paylaşıldıqca azalar”.
Sevincin çoxaldığını anlamaq çətin deyil, bəs necə olur ki, dərd azalır? - Azalır, həqiqətən azalır. Sən biləndə ki, yanındakı adam sənin yaşadığın ağrıları yaşayır, sənin dərdinə ən az sənin qədər kədərlənir, istər-istəməz içində bir təsəlli tapırsan. Amma məsələ orasındadır ki, elə bir insan tapmaq, elə bir dosta və ya sirdaşa sahib olmaq hər kəsin nəsibi deyil.
Başqasının dərdini çəkmək, onun dərdini, ağrısını öz dərdindən, ağrısından üstün tutmaq insanlığın çox yüksək mərtəbəsidir. Bu cür insanlar yüksək mənəviyyat sahibi olurlar. Onların könlü dünya qeylü-qalına tənəzzül etməz. Yalan danışmazlar, yalanı sevməzlər. Sən yalan danışsan belə, o yalanı asanlıqla sezər, amma üzünə vurmazlar. Və beləcə, səni tərbiyə edərlər. Sən isə özün belə hiss etmədən yalanına görə utanarsan və bir daha yalan danışmamağa qərar verərsən.
Başqasının yaşadıqlarını yaşamaq, onun hiss etdiklərini hiss etmək elmi ədəbiyyatda empatiya adlanır. Empatiya sözünün kökü ingilis və yunan dillərindən tərcümədə “hiss”, “emosiya” mənalarını ifadə edir. Tam mənası ilə empatiya şəxsin özünü başqa birinin yerinə qoymaq, onun hisslərini, həyəcanlarını, arzularını, istəklərini anlamaq qabiliyyətidir. İnsan özünü başqa birinin yerinə qoyaraq bir növ onun şüuraltısı ilə əlaqə yaratmış olur. Yəni, qarşısındakı şəxsin müəyyən bir mövzuda hansı hissləri keçirdiyini, sevincini, kədərini və hətta həmin anda nələr düşündüyünü başa düşə bilir.
Empatiyanın əsas müsbət xüsusiyyəti bizim qarşı tərəfin hərəkətlərini qınamazdan əvvəl onun niyə belə hərəkət etdiyini analiz etməyimizə kömək etməsidir. Empatiya qabiliyyəti olan insanlar yaxşı dinləyici, diqqətli müşahidəçi olmaqla yanaşı, həm özlərini, həm də başqalarını dərk edən və ən əsası həmişə müsbət tərəfləri düşünməyə üstünlük verən insanlardır.
Belə bir hadisə rəvayət olunur ki, bir şəhərdə dükandan çörək oğurlayan qocanın məhkəməsi qurulur. Hakim müttəhim kürsüsündə əyləşmiş qocadan oğurluğun səbəbini soruşur. Adam da acından ölmək üzrə olduğu üçün oğurluq etmək məcburiyyətində qaldığını deyir. Nəhayət, hakim qərarını açıqlayır və qocaya on dollar cərimə kəsir. Ardınca da əlavə edir ki, qocanın pulu olmadığı üçün həmin məbləği özü ödəyəcək. Cibindən on dollar çıxarıb cəriməni ödəyir və sonra da məhkəmə zalında kim varsa, hər kəsə on dollar cərimə kəsir. Səbəbini də belə izah edir ki, sizin yaşadığınız şəhərdə bir qoca acından ölmək dərəcəsinə gəlir, ancaq sizdən heç kim bundan xəbər tutmur. Zaldakılardan heç kim hakimin qərarına etiraz etmir və hər kəs deyilən cəriməni ödəyir. Hakim toplanmış pulları müttəhim kürsüsündə əyləşən qocaya verir.
Telekanallarımızda gedən bəzi proqramlara baxırsan. Çarəsizliyi ucbatından yıxılan, əzilən, dörd bir yanı dərd içində olan adamlar yardım üçün efirə gəlirlər. Dərdlərini danışarkən ağlayır, başlarına gələn hadisələri qısa danışaraq hər şeyi açıb-ağartmaq istəmirlər. Kiminin övladı evindən qaçır, kimini əri üç balası ilə küçəyə atır, kimini də nankor övladı evindən qovur... Dərd dediyin bir deyil, beş deyil ki... Məsələ müzakirəyə açılanda da ekspertlər başlayırlar o yazığın üstünə düşməyə. Onu cahillikdə ittiham edir, bəzən haqqında xoşagəlməz ifadələr işlətməkdən belə çəkinmirlər. O yazıq da bir cavab verir, iki cavab verir və heç nəyə gücü çatmadığını görüb başlayır ağlamağa. Sanki heç kim özünü onun yerinə qoymaq, onun çəkdiklərini çəkmək, yaşadıqlarını yaşamaq istəmir. Əksinə, bir tamaşaçı kimi sənə elə gəlir ki, bu danışanlar onun bu vəziyyətinə baxır və: “Nə yaxşı ki, mən o vəziyyətdə deyiləm” düşüncəsi ilə təsəlli tapırlar.
Söhbət başqalarının dərdini çəkməkdən gedirsə, heç şübhəsiz ilk ağlımıza Sevimli Peyğəmbərimiz (s.ə.s.) gəlir. Onun həyatı insanlığın ən gözəl nümunələri ilə doludur. O, bütün gözəlliklərin örnəyidir. O, ən səxavətli, ən fədakar, ən xeyirxahdır.
Bir dəfə bir nəfər Peyğəmbərimizin (s.ə.s.) yanına gəlir və: “Mən acam”, - deyir. Allah Rəsulu üzünü səhabələrinə tutur və soruşur: “Bu gecə bu qardaşımızı kim qonaq etmək istəyir?” Ənsardan olan səhabələrdən biri (r.a.): “Mən qonaq etmək istəyirəm, ya Rəsulullah”, - deyir və o kasıbı evinə aparır. Evə çatanda xanımına: “Rəsulullahın (s.ə.s.) qonağına xidmət edək”, - deyir və evdə yeməyə bir şey olub-olmadığını soruşur. Xanımı da cavab verir ki, ancaq uşaqlara çatacaq qədər yemək var. Və səhabə belə deyir: “Onda sən uşaqları bir bəhanə ilə yatızdır, qonağımız içəri girəndə isə lampanı bir bəhanə ilə söndür”.
Xanım ərinin dediyi kimi edir, uşaqları yatızdırır, lampanı söndürür və sonra da yeməyi gətirib onların qarşısına qoyur. Qonaq günlərdən bəri ac olduğu üçün yeməyə başlayır. Ev sahibi isə özünü yeyirmiş kimi göstərmək üçün hər dəfə qaşığını qabın kənarına toxunduraraq ağzına aparır. Beləcə, ev sahibi bir qaşıq da olsun yemir, ancaq qonaq yaxşıca yeyib doyur. Qonaq gecəni həmin evdə yatır və səhər hər ikisi sübh namazını qılmaq üçün məscidə gedirlər. Onları görən Allah Rəsulu buyurur: “Qonağınızla bu gecəki rəftarınızdan Allah razı qaldı”.
Bəli, dini ədəbiyyatda bu fədakar davranış “isar” adlanır. İsar özünün ehtiyacı olsa belə, zərər və çətinliyə dözərək, başqasını özündən üstün tutmaq, başqasının ehtiyacını öz ehtiyacından əvvəl fikirləşməkdir. İsar səxavət və kərəm sahiblərinin adətidir. İsar sahibi təbiətən xeyirxah olduğundan əhvalınızı yaxşılaşdırmağa çalışa, daha yaxşı, daha xeyirxah və daha nəcib olmağın gətirdiyi üstünlükləri göstərə bilər. Onlara dəfələrlə yalan danışsanız belə, əgər zərrə qədər dəyişə biləcəyinizi hiss etsələr, yenə də kömək əlini uzatmağa hazır olarlar. Onlar qərəzsiz və fədakardırlar. Ancaq təəssüf ki, bəziləri bundan istifadə etməyə çalışırlar.
Bu gün dünyada müxtəlif metodlar var və həmin metodlarla insanın nə düşündüyünü, nə hiss etdiyini öyrənmək olur. Bizim haqqında söhbət etdiyimiz könül sahibləri isə qarşı tərəfi hər hansı bir metod və ya üsuldan istifadə etmədən könül gözləri, qəlb qulaqları ilə görür, eşidir və təcili yardım kimi köməyə tələsirlər. İnsanlıq dediyin də elə budur.
Burada bir məqamı da unutmaq olmaz ki, bu cür davranışların altında yatan yeganə güc mənbəyi Allaha bağlılıqdır. Ancaq Allahı (c.c.) düşünən, hər bir əməlini Onun razı olması istiqamətində işləyən insan bu cür mənəvi yüksəkliyə yetişə bilər. Hər birinizə mənəvi yüksəliş diləklərilə...
Murad Məmmədov
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:168
embedMənbə:https://yeniavaz.com
archiveBu xəbər 29 Dekabr 2024 20:04 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ukrayna Putinin təklifinə çox ehtiyatla yanaşacaq

30 İyun 2026 09:19see389

Marşrut avtobusu ilə piyadanı öldürən sürücüyə cəza verildi

29 İyun 2026 14:49see309

Rəsmi valyuta məzənnələri 29.06.2026

29 İyun 2026 09:08see304

TDT ölkələrinin dini qurum rəhbərləri Fəxri xiyabanı və Zəfər parkını ziyarət ediblər FOTO

29 İyun 2026 13:00see242

Oğlunu görmək üçün Ərzuruma getdi Fotolar

29 İyun 2026 16:15see235

Paris Fransadakı istilərə görə ABŞ ı ittiham etdi

30 İyun 2026 09:51see224

Nəriman Həsənzadə süni tənəffüs aparatına qoşuldu

30 İyun 2026 11:30see215

ABŞ və İran arasında ən təhlükəli mərhələ hələ qarşıdadır Politoloqdan AÇIQLAMA

29 İyun 2026 18:13see212

BET Awards 2026: Los Ancelesdə qırmızı xalının ən parlaq obrazları (FOTOLAR)

29 İyun 2026 15:01see208

Bakıda yeni məktəb binası tikilir 624 şagird oxuyacaq

29 İyun 2026 19:14see207

Xankəndində işləmək istəyənlərin NƏZƏRİNƏ

29 İyun 2026 11:07see204

Fatimə Hüseynova Rusiyanın raket hücumunda öldü Foto

29 İyun 2026 23:41see203

Xarici valyutaların manata qarşı MƏZƏNNƏLƏRİ

30 İyun 2026 09:20see194

“Qarabağ” Macarıstan klubunun oyunçusunu transfer edir

30 İyun 2026 01:04see187

Fayton gələr toz eylər... Fotolar

29 İyun 2026 18:26see187

Ömrün və sözun ucalığında

29 İyun 2026 19:14see183

Almaniya əlavə vaxtda oynamaq üzrə mundialların rekorduna imza atıb

30 İyun 2026 05:22see181

50 illik seriya bitdi Almaniya penaltilərdə uduzdu

30 İyun 2026 03:36see177

Azərbaycanda Milli Sevgililər Günüdür

30 İyun 2026 00:49see168

Türkiyə Aİ dən obyektiv yanaşma gözləyir Fidan

01 İyul 2026 05:00see155
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri