Icma.az
close
up
RU
“Bu sammitlərə dəvət ölkəmizin dünyada artan nüfuzunun göstəricisidir”

“Bu sammitlərə dəvət ölkəmizin dünyada artan nüfuzunun göstəricisidir”

Icma.az xəbər verir, Qafqazinfo saytına əsaslanaraq.

“Avropa Siyasi Birliyi qitənin ölkələri arasında siyasi əlaqələndirmə platformasıdır. Birliyin məqsədi ümumi maraq doğuran məsələlərin həlli üçün siyasi dialoqu və əməkdaşlığı inkişaf etdirmək, Avropa qitəsinin təhlükəsizliyini, sabitliyini və rifahını gücləndirməkdir. Zirvə toplantıları Avropa ölkələrinin liderlərini bərabərhüquqlu və birlik ruhunda bir araya gətirir”. 

“Qafqazinfo” xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı Samir Vəliyev deyib.

Deputat bildirib ki, sammitlər çərçivəsində liderlər müxtəlif fikir mübadilələri zamanı sülh və təhlükəsizlik, iqtisadi vəziyyət, enerji və iqlim, miqrasiya və hərəkətlilik məsələlərini, aktual qlobal çağırışları müzakirə edirlər: “Avropa Siyasi Birliyinin ilk Zirvə görüşü 2022-ci ilin oktyabrında 44 ölkənin dövlət və hökumət başçısının iştirakı ilə Çexiyanın paytaxtı Praqada keçirilib. Zirvə görüşlərinin gündəliyi  çox vacib, qlobal əhəmiyyət daşıyan məsələləri əhatə edir.

Azərbaycan Prezidenti İlham Əliyevin Zirvə görüşlərində fəal iştirak etdiyini deyən millət vəkilinin sözlərinə görə, Avropa İttifaqının üzvü olmayan Azərbaycanın dövlət başçısının Avropa Siyasi Birliyinin sammitlərinə dəvət alması ölkəmizin dünyada artan nüfuzunun göstəricisidir. Nəzərə alaq ki, Azərbaycanın Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında artan rolu beynəlxalq miqyasda yüksək qiymətləndirlir. Birmənalı şəkildə deyə bilərik ki, burada Prezident İlham Əliyevin fəaliyyəti və liderlik keyfiyyətləri həlledici rol oynayır. Azərbaycanın dövlət başçısının fəaliyyətində qlobal əməkdaşlığın və həmrəyliyi gücləndirilməsi xətti xüsusi yer tutur ki, bu da beynəlxalq birlik tərəfindən təqdirlə qarşılanır. Azərbaycan Prezidenti Avropa Siyasi Birliyinin Zirvə görüşlərinə qatılmaqla ölkəmizin həqiqətlərini dünya ictimaiyyətinin diqqətinə çatdırır”. 

Deputat söyləyib ki, Avropa Siyasi Birliyinin İrəvanda keçirilən 8-ci Zirvə görüşündə  videoformatda çıxış edən Prezident İlham Əliyev ölkəmizin sülh prosesinə sadiq qaldığını vurğularaq deyib: “Trampın Beynəlxalq Sülh və Rifah Marşrutu” Azərbaycanı öz eksklavı Naxçıvanla birləşdirəcək və bununla yanaşı, o, Orta Dəhlizin bir hissəsinə çevriləcək. Həm Ermənistan, həm Azərbaycan sülhün əyani nəticələrini artıq görürlər. Bu fürsətdən istifadə edərək, mən Ermənistan-Azərbaycan sülh prosesində tutduğu mövqeyə görə Avropa Komissiyasına təşəkkürümü bildirmək istəyirəm”. Dövlət başçısı çıxışında, həmçinin bəzi Avropa təsisatlarının, o cümlədən də Avropa Şurası Parlament Assambleyasının və Avropa Parlamentinin postmüharibə dönəmində qərəzli qətnamələr qəbul etdiklərinə diqqət çəkib. 

Tədbirdə Ermənistanın baş naziri Nikol Paşinyan da çıxışında deyib ki, indi iki ölkə arasında sülhü gücləndirmək və institusionallaşdırmaq məqsədilə tərəflər sıx şəkildə çalışırlar. Ermənistanın baş naziri ilk dəfədir ki, Azərbaycan Prezidentinin onlayn formatda olsa da belə Ermənistanda keçirilən tədbirdə iştirak etdiyini xüsusi vurğuladı və ümidvar olduğunu bildirdi ki, 2028-ci ildə Avropa Siyasi Birliyinin 10-cu toplantısında iştirak etmək üçün Azərbaycana səfər imkanı olacaq. Nikol Paşinyan Ermənistanın və Azərbaycanın Avropa Siyasi Birliyinin toplantısını qəbul etmək üçün bir-birinin namizədliyini qarşılıqlı şəkildə dəstəklədiklərini də vurğuladı. Avropa İttifaqı Şurasının Prezidenti Antonio Koşta və digər liderlər də çıxışlarında Cənubi Qafqazda dayanıqlı sülh üçün Azərbaycan və Ermənistanın səylərini yüksək dəyərləndiriblər. Bütövlükdə, İrəvanda keçirilən Avropa Siyasi Birliyinin 8-ci samitində Cənubi Qafqazda sülh və sabitliyin diqqət mərkəzində olması Azərbaycanın müəyyənləşdirdiyi reallıqlar fonunda çox əhəmiyyətlidir”,-deyə Samir Vəliyev vurğulayıb.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:134
embedMənbə:https://qafqazinfo.az
archiveBu xəbər 05 May 2026 10:55 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Avropanın Azərbaycana marağının artması son illərdə formalaşan yeni geosiyasi və iqtisadi reallıqların nəticəsidir

27 Noyabr 2026 20:01see351

Cənubi Qafqazda sülh perspektivi regional iqtisadi əməkdaşlığın genişləndirilməsi üçün yeni imkanlar yaradır

27 Noyabr 2026 20:07see349

Tolerantlıq həm də qarşılıqlı etimadın bərpası deməkdir

27 Noyabr 2026 14:34see347

Psixoloji gərginliyin artmasının əsas səbəbləri nələrdir? PSİXOLOQ AÇIQLADI

27 Noyabr 2026 12:12see275

Mərkəzi Gömrük Hospitalı tərəfindən Gəncə şəhərində genişmiqyaslı tibbi sosial tədbirlər keçirilib

27 Noyabr 2026 13:35see269

Duş qəbul etmək üçün ən doğru vaxt hansıdır? Mütəxəssis AÇIQLADI

27 Noyabr 2026 11:31see268

Azərbaycanda fabrik direktoru vəfat etdi

27 Noyabr 2026 17:38see267

Silikon qablar nə zaman təhlükəli olur? MÜTƏXƏSSİS AÇIQLADI

27 Noyabr 2026 11:07see259

Kardioloq qəhvənin ürəyə zərərli olması fikrinə qarşı ÇIXIB

27 Noyabr 2026 23:45see250

Mədəaltı vəzi xərçənginə qarşı yeni həbb

27 Noyabr 2026 11:13see250

Daha bir tarixi abidəyə müdaxilə İcra hakimiyyəti işə qarışdı

27 Noyabr 2026 18:15see238

Keçənlərdən kiçik bir epizod... FOTO

27 Noyabr 2026 17:40see231

Neftçalada yerləşən balıqçılıq təsərrüfatı müəssisəsi özəlləşdirilib

27 Noyabr 2026 18:43see229

Bağırsaqda yara hansı xəstəliklərin əlaməti ola bilər? VİDEO

27 Noyabr 2026 15:20see228

Valeh Ağayev vəfat etdi

27 Noyabr 2026 18:29see227

Bu müəllimlərin diqqətinə!

27 Noyabr 2026 20:20see225

Robotlar dünya iqtisadiyyatını dəyişəcək: İlk humanoid köməkçilər 15 ilə evlərə daxil ola bilər

27 Noyabr 2026 16:24see223

Sənədsiz torpaq sahiblərinə ŞAD xəbər: Bu tarixdən çıxarış ala biləcəklər

27 Noyabr 2026 09:40see223

Söz içində... Sözümüz...

27 Noyabr 2026 17:30see220

Özcan Deniz və Deniz Çakırın narkotik test nəticələri məlum oldu

27 Noyabr 2026 21:57see219
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri