“Azərbaycan Fransa görüşləri ölkəmizin artan beynəlxalq nüfuzunun göstəricisidir” Politoloq
Icma.az, Gununsesi saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
“Azərbaycan diplomatiyası baxımından Azərbaycan-Fransa arasında keçirilən bu görüşlər xüsusi əhəmiyyət daşıyır.
Çünki bu, artıq ölkəmizin artan beynəlxalq çəkisinin və dövlət başçısının apardığı siyasətin uğurlu nəticələrinin göstəricisidir”.
Bu fikirləri Gununsesi.info-ya açıqlamasında politoloq Turan Rzayev vurğulayıb:
“Hər kəs qalibin və uğurlu olan tərəfin yanında olmağa çalışır. Heç kəs məğlub tərəflə əməkdaşlıq etmək istəmir. Bu baxımdan, baş verənlər diplomatiyamızın qazandırdığı nailiyyətlərin real təzahürüdür.
Qalib Azərbaycanın yanında olmaq istəyən ölkələr arasında vaxtilə onunla qarşı-qarşıya gələnlər də var.
“Fransa da bu sıradadır. O, Azərbaycanın yanında olmaq və ölkəmizin iştirak etdiyi proseslərdə yaxından yer almaq niyyətindədir”.
Politoloq qeyd edib ki, Azərbaycan bu gün Avropanın etibarlı enerji təminatçısı kimi tanınır.
“Rusiya müharibəni davam etdirir və görünən odur ki, bu proses daha da uzana bilər, hətta genişlənmə ehtimalı da var. Çünki NATO–Rusiya qarşıdurması ehtimalı real şəkildə müzakirə olunur.
Belə bir şəraitdə Avropa enerjisiz qala bilər və bu halda Azərbaycanın üzərinə böyük məsuliyyət düşür. Biz Rusiyanın Avropaya çatdırdığı qazın həcmini tam əvəzləyə bilmərik, amma onun yarısını qarşılaya biləcək əməkdaşlıq mexanizmləri formalaşdıra bilərik.
Mərkəzi Asiya və Yaxın Şərq ölkələri ilə qurulan münasibətlər, eləcə də daxili potensialımız və digər amillər nəzərə alındıqda, hesab edirəm ki, Azərbaycan bu istiqamətdə mühüm nəticələr əldə edə və öz üzərinə düşən missiyanı uğurla yerinə yetirə bilər”-deyə Turan Rzayev əlavə edib.
Gülxanım Əliyeva
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:115
Bu xəbər 06 Oktyabr 2025 18:11 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















