Icma.az
close
up
RU
Bu saytlara girməyin! Pullarınız oğurlana bilər Xəbərdarlıq

Bu saytlara girməyin! Pullarınız oğurlana bilər Xəbərdarlıq

GlobalInfo saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Bir çox ölkələrdə kriptovalyuta ilə mərc etmək qeyri-qanuni hesab olunur. Lakin istifadəçilər saxta sxemlər vasitəsilə bu platformalara çıxış əldə edə bilirlər. Azərbaycanda da kriptovalyuta ilə fəaliyyət göstərən onlayn kazinolar mövcuddur. Oyunçular beynəlxalq platformalara daxil olmaq imkanına sahibdirlər. Lakin bu platformaların fəaliyyəti ölkə daxilində rəsmi şəkildə tənzimlənmir.

Hansı risklər mövcuddur? Belə sistemlər vətəndaşlara nə qazandırır və ya nəyi itirməsinə səbəb olur?

Globalinfo.az-a danışan informasiya texnologiyaları üzrə mütəxəssis Elvin Abbasov deyib ki, Azərbaycanda qumar oyunları qanunla qadağandır:

“Mərc fəaliyyəti isə yalnız qanunvericiliklə müəyyən edilmiş çərçivədə və rəsmi lisenziyaya malik subyektlər vasitəsilə həyata keçirilə bilər. Bu çərçivədən kənar istənilən fəaliyyət, o cümlədən kriptovalyuta ilə onlayn kazinolarda iştirak qanunsuz sayılır. Həm təşkilatçı, həm də iştirakçılar üçün hüquqi məsuliyyət yaradır. Kriptovalyuta ilə işləyən qeyri-qanuni onlayn kazinolar hüquqi cəhətdən tənzimlənmədiyinə görə, istifadəçilər həm maliyyə, həm də şəxsi məlumatların təhlükəsizliyi baxımından ciddi risk altına düşürlər”.

Elvin Abbasov

Ekspert bildirib ki, qazanc vəd edən bu platformalar əslində vətəndaşların pullarının mənimsənilməsi, fişinq və digər fırıldaq sxemlərlə müşayiət oluna bilər:

“Belə sistemlərdə istifadəçi məlumatları və vəsaitləri qorunmur. Mübahisə yarandıqda isə hüquqi bərpa imkanları demək olar ki, mövcud deyil. Bu cür platformalar cəmiyyətə heç bir real fayda vermədən fərdləri maddi, psixoloji və hüquqi problemlərlə üz-üzə qoyur. Qanunvericiliyə uyğun fəaliyyət göstərmək və maarifləndirici tədbirlər vasitəsilə vətəndaşların bu risklərdən qorunması vacibdir. Dövlət və cəmiyyət birgə şəkildə bu halların qarşısını almağa çalışmalıdır”.

Günay Rəsulqızı
Globalinfo.az

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:160
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 22 Aprel 2025 16:45 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

20 Oktyabr 2026 18:28see385

Gənc İlham Əliyev hərbi təlimdə Heydər Əliyev andiçmə mərasiminə necə gəlib?

20 Oktyabr 2026 12:50see371

Ruslar üçün inflyasiya qumbarası...

20 Oktyabr 2026 18:29see328

Mərkəzi Gömrük Hospitalının rəisi Baş həkim, yüksəkixtisaslı ümumi cərrah, t.e.d. Bəxtiyar Musayevi “Həkimlərimizi tanıyın” rubrikasında Sizə təqdim edirik.

20 Oktyabr 2026 15:58see299

Orqanizmdən zəhərli maddələri necə xaric etmək olar? Ən yaxşı detoksikasiya reseptləri

20 Oktyabr 2026 13:39see291

“Tağıyev: Məktəb” filmi “Oskar” mükafatına namizəd göstərilib

20 Oktyabr 2026 17:18see239

Turan dünyası İstanbulun türklük sevgisinə möhtacdır

21 Oktyabr 2026 01:12see236

“Bunlar bizə xəbərdarlıqdır!” Həkimdən gənclərə ürək xəstəlikləri ilə bağlı çağırış HƏKİM

20 Oktyabr 2026 12:49see235

Bu təklif Rusiyaya çatdırılacaq Zelenski

21 Oktyabr 2026 01:33see230

Netanyahu Trampla İranda rejim dəyişikliyi üçün növbəti addımları müzakirə etdi

21 Oktyabr 2026 02:11see211

Serialdakı Arda illər sonra (Foto)

20 Oktyabr 2026 23:41see208

Avtobus yerüstü piyada keçidinə çırpıldı, 24 nəfər...

20 Oktyabr 2026 23:55see197

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see196

Maska taxanda eynəklərin şüşələri tərləməsin deyə… Yaponların ÜSULU

20 Oktyabr 2026 22:48see195

“Borussiya”nın qapıçısı “Sabah”ın təzyiqindən danışdı

21 Oktyabr 2026 04:27see195

İran Prezidenti: Amerikaya etibar etmirik

21 Oktyabr 2026 02:23see189

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see188

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see188

“Barselona“ Dani Olmonun zədəsinin ciddi olduğunu açıqlayıb

21 Oktyabr 2026 21:22see178

“28 Mall”ın yaxınlığında ölüm hadisəsi baş verdi

21 Oktyabr 2026 18:31see175
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri