Icma.az
close
up
RU
Vətəndaşların nəzərinə: Bu yolla pullarınız oğurlana bilər YENİ ÜSUL

Vətəndaşların nəzərinə: Bu yolla pullarınız oğurlana bilər YENİ ÜSUL

GlobalInfo portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Təmassız ödəniş texnologiyalarından (NFC) istifadə etməklə yeni dələduzluq növləri qeydə alınıb. Belə ki, POS terminal vasitəsilə gizlicə insanların cibinə yaxınlaşaraq, şəxsin kart və ya telefonundan vəsait çəkilir. Mütəxəssislər bunu insanların maliyyə təhlükəsizliyinə təhdid kimi qiymətləndirir.

Bu cür dələduzluq hadisələrindən qorunmaq üçün hansı tədbirləri görmək olar?

Globalinfo.az-a danışan informasiya texnologiyaları üzrə mütəxəssis, İKT Mərkəzinin direktoru Fərid Kazımov deyib ki, bu problem əsasən Qərbdə, NFC texnologiyasını inkişaf etdirən ölkələrdə yaranıb və hələ də qismən mövcuddur:

“Əhali sıx olan ərazilərdə POS terminallarından istifadə edərək kartlardan pul çəkirlər. Problemi həll etmək üçün xarici ölkələrdə xüsusi bank kartları üçün nazik qablar hazırlanıb və satışa çıxarılıb. Kartlar həmin qablara qoyulduqda, oradan radio tezlikləri keçmir. Bundan başqa, “Faradey qəfəsi” adlanan vasitə də eyni funksiyanı yerinə yetirir”.

Fərid Kazımov

Həmçinin oxuyun:

130 dollara ChatGPT planı satıldı: Dietoloqu hansı cəza gözləyir?

Mütəxəssis bildirib ki, Qərbdə 50 funt və ya 50 avro məbləğindən artıq vəsaiti POS terminalı olmadan kartdan çıxarmaq mümkün deyil:

“Azərbaycanda isə bu məbləğ təxminən 100 manat civarındadır. Məhdud rəqəmin müəyyən edilməsi doğru  yanaşmadır. Bu, daha yüksək məbləğlərin çıxarılmasının qarşısını alır. Lakin əslində dələduzlar həmin kiçik məbləğlərlə qazanmağa müvəffəq olurlar. Bu səbəbdən, xüsusi kart qablarından bank kartlarının müdafiəsi üçün istifadə daha məqsədəuyğun ola bilər. Digər tərəfdən, əgər kartımızı rəqəmsal olaraq Google Pay və digər analoqlar vasitəsilə NFC üzərindən telefonla ödəniş etmək üçün yükləmişiksə, o zaman ödəniş etmədiyimiz zaman NFC-ni deaktiv etmək vacibdir. Kafe, restoran və ya marketlərdə ödəniş zamanı isə NFC-ni yenidən aktivləşdirə bilərik. Bu halda, tamamilə özümüzü qoruya bilərik və heç bir halda xarici müdaxilələrə qarşı açıq olmayacağıq”.

İqtisadçı Xalid Kərimli qeyd edib ki, bu, kiçik dələduzluq sayılır və həmin şəxs çox rahatlıqla tapıla bilər:

Xalid Kərimli

“POS terminalı hər kəsə verilmir, yalnız VÖEN olan şəxslərə verilir. Yəni, bu cür kibercinayətlərin geniş yayılması mümkünsüzdür və riski də çox aşağıdır. Vəsaitin hansı POS terminalından çəkildiyi asanlıqla müəyyənləşdirilə bilər. Bu zaman terminalın hansı VÖEN-ə bağlı olduğu da aydın olur. Həmçinin, bunun zarafat məqsədi ilə edildiyini istisna etmək olmaz. Çünki POS terminal vasitəsilə çəkilən pul dərhal şəxsin cibinə keçmir, əvvəlcə bank hesabına keçir, oradan isə vergilər ödənilir. Bu proses uzun və nəzarət altındadır. Fikrimcə, bu məsələ daha çox təsadüfi bir haldır”.

Ləman İmran
Globalinfo.az

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:208
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 01 Avqust 2025 16:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see302

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see301

Aİ Ukraynanı ABŞ təhdidləri qarşısında tək buraxmayacaq

21 Oktyabr 2026 16:06see291

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see260

Hövsanda küçə itləri sakinləri qorxuya salır ŞİKAYƏT

21 Oktyabr 2026 19:45see255

“Barselona“ Dani Olmonun zədəsinin ciddi olduğunu açıqlayıb

21 Oktyabr 2026 21:22see248

“28 Mall”ın yaxınlığında ölüm hadisəsi baş verdi

21 Oktyabr 2026 18:31see243

Türkiyədə məşhur pop qrupunun meneceri üç ilədək azadlıqdan məhrum edilə bilər

21 Oktyabr 2026 21:28see238

The Guardian: Ukraynanın gələcəyi Tramp və Putinə məxsus deyil...

21 Oktyabr 2026 21:29see236

Politoloq: Türkiyə Azərbaycan münasibətlərini böhran həddinə çatdıran şəxslər müəyyənləşdirilməlidir

21 Oktyabr 2026 21:21see226

Havalı Alı Rüstəm Dastanoğlunun hekayəsi

21 Oktyabr 2026 18:10see214

Yoxa çıxan avropalı müşahidəçilər: “təhlükəsizlik mütəxəssisləri” haradadırlar?

21 Oktyabr 2026 10:33see213

Günel Afrikadan qız uşağı övladlığa götürmək istəyir

21 Oktyabr 2026 15:52see212

Çörək yeyəndən sonra niyə yuxumuz gəlir?

21 Oktyabr 2026 15:46see211

Bakıda milyonluq hazırlıqlar başladı Qarlı havalarla bağlı

21 Oktyabr 2026 18:31see209

Çin üçtəkərli avtomobil buraxdı

21 Oktyabr 2026 21:19see207

“Lap başımı itirmişəm, fikirləşirəm ki, kasıblar nə edir?” Hicran Nəsirova

21 Oktyabr 2026 20:18see199

Səhiyyə Nazirliyi: Ölkəyə qripə qarşı vaksinlər gətirilib

21 Oktyabr 2026 14:13see199

Sülh müqaviləsini ləngidən Paşinyan nəyi gözləyir, yaxud Paşinyanı nə gözləyir?

21 Oktyabr 2026 21:18see191

ABŞ nin Ukraynaya diplomatik təzyiqi artır

21 Oktyabr 2026 15:51see190
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri