Icma.az
close
up
RU
Bu səbəbdən mənzil bazarında qiymətlər artmağa davam edəcək AÇIQLAMA

Bu səbəbdən mənzil bazarında qiymətlər artmağa davam edəcək AÇIQLAMA

Demokrat.az saytından alınan məlumata görə, Icma.az bildirir.

"Bahalaşmanın əsas səbəbi odur ki, qiymətlər artsa da insanlar yenə ala bilir və bu, prosesin əsas motorudur. Yəni, alıcılıq qabiliyyəti imkan verir və bazardakı qiymətlər bunu diktə edir. Əgər bahalaşma olsa və insanlar ala bilməsə, o zaman bazar dayanardı".
Bunu Demokrat.az-a açıqlamasında iqtisadçı ekspert Xalid Kərimli deyib.
O, bildirib ki, bahalaşmaya digər mühüm səbəb isə tikinti şirkətlərinin xərclərinin artmasıdır:
"Bu, daha geniş məsələdir və bir neçə faktorla bağlıdır. Birincisi, şəhərin mərkəzində tikinti üçün torpaq tapmaq çətindir. Tikinti aparmaq üçün əvvəlki tikililəri sökmək lazımdır ki, bu da baha başa gəlir.
İkincisi, əvvəl torpaq alınırdı və istənilən formada bina tikilirdi. İndi isə ciddi standartlar var. Artıq hündür binalar həyətsiz şəkildə, sıx şəkildə tikilmir. Aralıq məsafələri, mərtəbə limiti və digər normativlər ciddi şəkildə nəzarətə götürülüb. Üstəlik, tikinti materiallarının, kommunal xərclərin, enerji daşıyıcılarının, işçi qüvvəsinin qiyməti artır və bu da şirkətlərin xərclərini yüksəldir. Bu artım inflyasiya ilə birlikdə tikinti sektorunu daha da bahalaşdırır".
Ekspert bildirib ki, nəticədə həm alıcıların alma imkanı var, həm də satıcıların xərcləri artır, bu səbəbdən qiymət artımı davam edir:
"Sadəcə, əvvəlki kimi 8–10 faiz illik artım gözlənilmir, amma proses dayanmayacaq, yəni qiymətlər yenə də yüksələcək".
Əfsanə Kamal
Demokrat.az
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:89
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 04 Noyabr 2025 19:36 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Tarixə düşən kişi

04 Noyabr 2025 11:57see194

​Televiziya aparıcısı anasını bıçaqlayaraq öldürdü

03 Noyabr 2025 23:31see192

Antiinhisar Agentliyi:”Ombudsmana cavab verəcəyik”

04 Noyabr 2025 12:04see181

“Bu istiqamətlər tam şəkildə nəzərə alınıb”

04 Noyabr 2025 12:17see180

Müəllimlər cəmiyyətin yükünü daşıyan müdriklərdir

03 Noyabr 2025 16:38see174

Sian şəhərinin meri “Biznes Park Abşeron” layihəsi ilə tanış olub

04 Noyabr 2025 08:48see158

Pozulan nikahlar və gizli qalan səbəblər

03 Noyabr 2025 10:41see156

Monqol əti Bakıda buna görə ucuz imiş SƏBƏB BİLİNDİ

03 Noyabr 2025 11:14see137

Yüksək şəkər və infarkt arasında əlaqə

03 Noyabr 2025 06:06see137

Bütün nadir xəstəliklər üçün təsir göstərə biləcək vahid dərman hazırlanıb

03 Noyabr 2025 02:03see134

Turan Tovuz da oynamış futbolçu bu ölkədə klubunu dəyişdi FOTO

03 Noyabr 2025 12:35see131

Bakıda metrolarda yeni ödəniş qaydası tətbiq olunur

04 Noyabr 2025 16:34see131

İstanbulda Qəzza üzrə zirvə görüşü başlayıb

03 Noyabr 2025 16:39see129

Avropa bütün sursatımızı alıb, aparsın Vuçiç

03 Noyabr 2025 01:44see126

Müharibədə daha bir idmançı öldü

03 Noyabr 2025 06:28see125

Paşinyan artıq düzgün və konstruktiv siyasət yürütməyə başlayıb

04 Noyabr 2025 01:21see124

Xəzərdə batma təhlükəsi ilə üzləşən 3 balıqçı xilas olundu Video

03 Noyabr 2025 16:38see124

Sumqayıt sakinlərinin yol dərdi: Vətəndaşların problemi nə vaxt həll ediləcək?

03 Noyabr 2025 02:00see124

Toral Bayramov əli Kriştiano Ronaldonun çiynində Foto

03 Noyabr 2025 08:32see123

İsraildən Türkiyə etirafı: Toz halına saldılar

03 Noyabr 2025 10:47see122
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri