Icma.az
close
up
RU
Qiymət artımları davam edəcək: mənzil bazarında bu il bizi nələr gözləyir? (AÇIQLAMA)

Qiymət artımları davam edəcək: mənzil bazarında bu il bizi nələr gözləyir? (AÇIQLAMA)

Icma.az, Qaynarinfo saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Bakının mərkəzində və yaxın ərazilərdə torpaq sahələrinin kəskin bahalaşdığına, tikinti normativlərinin mürəkkəbləşdiyinə, eləcə də normativ hüquqi aktlar və tələblərin daha da çətinləşdiyinə görə, inşaat həcminin növbəti illərdə o qədər də yüksək olacağı gözlənilmir.

Qaynarinfo xəbər verir ki, bunu İqtisadiyyat.az-a açıqlamasında Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin sədri Vüqar Oruc deyib.

Onun sözlərinə görə, tikinti həcminin yüksək olmaması səbəbindən qiymətlərin artımının davam edəcəyini proqnozlaşdırmaq olar:

"Tikinti xərclərinin artması da burada xüsusi rol oynaya bilər. Yəni tikinti xərclərinin artması, tikinti həcminin azalması və alıcılıq qabiliyyətinin düşməsi son nəticədə iki tendensiyanın üz-üzə gəlməsinə səbəb olacaq. Həm məhdudiyyətlər qiymət artımına səbəb olacaq, həm də alıcılıq qabiliyyətinin yüksək olmaması bazarda müəyyən durğunluğun yaranmasına səbəb olacaq. Bu iki tendensiyanın qarşılıqlı mübarizəsi nəticəsində qiymətlərin düşməsi ehtimalını gözləmirəm. Lakin qiymət artımının davam edəcəyi və ancaq əvvəlki illərə nisbətən daha az olacağını düşünürəm. Bizim proqnozlara uyğun olaraq, 2025-ci ildə torpaq sahələrinin qiyməti təqribən 20-22% artıbsa, 2026-cı ildə bunun təqribən 70%-i, yəni 15% civarında artım olacağını güman edirəm. Digər istiqamətlərə gəlincə, məsələn, köhnə tikililər 9,4% artıbsa, bu il artımın təqribən 6-7% arasında olacağını ehtimal edirəm. Yeni tikililərə gəlincə isə, yeni tikililərdə qiymət artımı təqribən 15% civarında olubsa, 2026-cı ildə daha aşağı, təqribən 10-11% civarında olacağını gözləyirəm. Yəni artım tendensiyası davam edəcək”.

V.Oruc bildirib ki, lakin qeyd olunan çətinliklər və bazardakı durğunluq bu artımın dinamik, ardıcıl olacağını istisna edir və iqtisadi vəziyyətlə bağlı hökumətin qəbul edəcəyi qərarlar, o cümlədən əhalinin iqtisadi fəallığı da burada xüsusi rol oynayacaq:

"Düzgün verilmiş qərarlar və aktiv iqtisadi fəaliyyət şəraitində dediyimiz proqnozlar özünü doğrulda bilər. Əgər hər hansı ehtimal olunan çətinliklər daha da mürəkkəbləşəcəksə, əhali aktiv iqtisadi fəaliyyət yolunu tutmayacaqsa, o zaman daha neqativ proqnozlar irəli sürmək olar. Amma düşünürəm ki, qiymətlərin artımı üçün ən pik illər - 2023, 2024, 2025-ci illər olub və yaxın 5 ildə bu tempdə artım gözləmək düzgün olmaz. Artım olacaq, amma qeyd etdiyim kimi, əvvəlki illərin təkrarı olmayacaq, fantastik qiymət artımlarından söhbət getməyəcək. Bu baxımdan proqnozumuz bundan ibarətdir”.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:77
embedMənbə:https://qaynarinfo.az
archiveBu xəbər 23 Yanvar 2026 12:13 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see260

Dünyanın ən varlı 10 adamı və Azərbaycanla müqayisə

23 Yanvar 2026 09:48see257

Tramp BMT yə alternativ təşkilatı elan edəcək

21 Yanvar 2026 14:19see246

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see241

Bəhlul Mustafazadə tarixə düşdü KONKRET

22 Yanvar 2026 00:46see227

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see216

Azərbaycanda müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır

21 Yanvar 2026 17:39see205

4 4 lük gecədən geriyə qalanlar... Fotolar

22 Yanvar 2026 00:26see193

“Kapital Bank”ın İdarə Heyətinin sədri yeni strateji vəzifəyə təyin olunub

21 Yanvar 2026 18:22see192

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see183

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see180

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see171

Vəhşi heyvanlar kəndə hücum edir Sakinlər qorxu içindədir

21 Yanvar 2026 14:39see168

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see168

Qalmaqallı serial efirə qayıdır Bu kanalda yayımlanacaq

22 Yanvar 2026 14:47see164

Tramp İrana hansı halda zərbə endiriləcəyini açıqladı

22 Yanvar 2026 01:55see155

Təkcə işini görmürdü... Video

22 Yanvar 2026 04:08see154

Davos 2026: Azərbaycanın nüfuzlu aktor kimi dünyanın diqqət mərkəzində

22 Yanvar 2026 17:09see154

Hansı ölkədə nazirlərin maaşı çoxdur: Gürcüstanda, yoxsa Azərbaycanda?

21 Yanvar 2026 17:13see152

UEFA Avropa Liqası: “Fənərbaxça Aston Villa ya məğlub olub

22 Yanvar 2026 23:58see150
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri