Icma.az
close
up
RU
Bu şəhərdə heyvanlar insanlardan yaxşı yaşayır...

Bu şəhərdə heyvanlar insanlardan yaxşı yaşayır...

Qafqazinfo portalından alınan məlumata görə, Icma.az xəbər verir.

İlk baxışda hər şey bir tamaşa kimi görünür. Şüşə binalar günəşin altında işıldayır, küçələr axın-axın insanlarla doludur, səslər bir simfoniya kimi qarışır: turistlərin fərqli dillərdə söhbətləri, musiqiçilərin ifası, fotoaparatların “rec” düymələrindən çıxan səslər, hə, bir də “razvyazka”larda yüksələn velosiped siqnalları. 

Sanki Renessans dövrü haqda tamaşa qoyulub, mən də seyrinə bilet almışam. 

Hər şey rəngli, mükəmməl.

Səhnə də, əsas aktyor da eynidir - Hamburq.

Bu parlaq görüntünün kulisi isə işığı qədər qaranlıqdır. Şəhərin bir yanında dəbdəbə, o birində səfalət…

Bahalı brend mağazalarının önündə karton üstündə yatan insanlar, soyuğa alışmış üzü yorğun adamlar, plastik torbalardan, çamadanlardan özünə yastıq düzəldənlər…

Burada işıqla kölgə yan-yana yaşayır, sanki bir-birini tamamlayır.

Bura almanca “Stadcentrum”dur. Qısası, Hamburqun “İçərişəhər”i.

Küçədə addımladıqca qarşıma qəribə obrazlı “qəhraman” çıxır. Küçədə yatan “bomj”lardan sadəcə biridir. Onunla həmsöhbət oluram. Adı Feliksdir. Burada doğulub. Gənc yaşlarında valideynlərini itirib. 3 dəfə ailə qurub, lakin övladı olmadığı üçün yuvalarından tez ayrılıb. Deyir ki, 63 yaşı var. 20 ildir küçələrdə yaşayır. İşləyə bilər, amma dolandıracaq heç kimi yoxdur. Bir quru canı var, onu da küçələrə tapşırıb.

Onun dediyinə görə, bu şəhərdə heyvanlar insanlardan yaxşı yaşayır:

“Gün ərzində qızıl, gümüş bahalı olan hansı dəmir varsa, ondan xalta taxan neçə -neçə it, pişik qarşımdan keçir”.

Deyir ki, dilənçiliklə günə 10 avro qazanır. Siz baxmayın 10 avro dediyimə. 

Hamburqda həyat çox bahadır. Gedəcəyim ünvana çatmaq üçün taksi axtarırdım, amma qiymətlər… Ürəyimi əməlli sıxdı: 10 dəqiqəlik məsafəyə 15–20 avro? Bu şəhərdə pul havada uçur. Nəhayət, bir taksi gəldi, sürücü 10 avroya aparacağını deyəndə azca sevinmişdim ki, o da qısa çəkdi. 

Maşına oturanda soruşdu: “Haradan gəlmisiniz? Almansınız?” İzah etdim ki, alman deyiləm. 

Dayanmadan eyni sualı verirdi: “Onda yəqin ki rus, ingilis, isveç… bəs hansı ölkədənsiniz?” Nəhayət, azərbaycanlı olduğumu dedim. 

Elə bundan sonra “qonşu” çıxdıq. Özü də sərhəd qonşusu. Əslən tehranlı idi. 

Mənim azərbaycanlı olduğumu eşidib başladı deyinməyə: 

“Aha, türk müsəlmanları”. Hiss etdim ki, söhbət çox da yaxşı yerə getməyəcək. 

Susqunluğumu davam etdirdim. Qəfil sual verdi: “Hansı məzhəbə qulluq edirsiniz?” 

Dözməyib başa salmağa çalışdım ki, din də, məzhəb də vicdandan törəyir. Əsl “kafir” vicdansız olandır.

Öz-özümə çox sorğuladım, necə ola bilər ki, gəlib Avropanın “göbəyi”nə düşəsən amma əqidən dəyişməyə, azca inkişaf etməyəsən?

Məsələn, burada olduğum günlərdə heç bir yerdə kiminsə bir-birindən katolik ya provaslav olduğunu soruşduğunu görmədim. Heç kilsələrdə belə…

Kilsə demişkən, Hamburqun beş əsas kilsəsi var.

Müqəddəs Maykl kilsəsi istisna olmaqla, qalan hamısı orta əsrlərə aiddir.

Onların qüllələri Hamburqun şəhər mənzərəsini formalaşdırır. Lakin liman əhəmiyyətli bu şəhərin əsas simvolu Elba çayıdır. 

O, Mərkəzi Avropanın ən uzun və əhəmiyyətli çaylarından biridir. Təxminən 1,094 km uzunluğu  olan bu çay Çexiyanın Şumava dağlarından başlayır, Almaniya ərazisindən keçərək Şimal dənizinə tökülür. 

Elba Hamburq üçün ticarət və nəqliyyat baxımından çox önəmlidir, çünki çayın limanı vasitəsilə yerli məhsullar dünya bazarına daşınır.

Çay həm də turizm və əyləncə üçün əhəmiyyətlidir. Sahil boyu gəmi turları, yürüyüş yolları və parklar turistlər və yerli sakinlər üçün məşhur məkanlardır. 

Yerli camaat hesab edir ki, Elba axdıqca Almaniyanın ruhu da təzələnir.

Şəhərin alman sakinlərinin böyük qismi xoşbəxt, sadə insanlardır. Amma onlar 60 faiz təşkil edirlər. Hamburqda yaşayan əhalinin təxminən 40%-i (2023-cü ilin demoqrafik göstəricilərinə əsasən-red.) miqrantlardır. Bu, təxminən 791.000 nəfər deməkdir. Bu göstərici, şəhərin çoxmədəniyyətli və beynəlxalq xarakterini ortaya qoyur.

Başda Türkiyə, Suriya, Ukrayna vətəndaşları olmaqla dünyanın hər yerindən buraya insan axını davam edir. Dəbdəbə və yoxsulluğu eyni anda özündə birləşdirən Hamburq ikiüzlü bir çaya bənzəyir. 

Mənbəyi sərvətlə başlayıb, mənsəbini səfillikdə tapır.

Bir küçədə simfoniya zalının parıltısı, bir az kənarda isə insanların kədəri, soyuq daşların sərtliyi… Bütün bu kontrast insanı həm heyrətləndirir, həm də düşündürür.

Şəhərin gözəlliyi danılmazdır, amma gözəlliyin yanında gizlənən kölgələr də unudulmazdır. Burada insanlar sözün əsl mənasında brendlərin altında qalır.

Elə bil Hamburq hər addımda insanı sorğuya çəkir: “sən hardansan”, “kimlərdənsən”, “hansı dünyaya aidsən?” Bəlkə də bu şəhərin ən böyük dərsi də budur — gözəllik təkcə binalarda deyil, həm də kölgədəki hekayələrdə yatır.

Telli Minbir






Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:415
embedMənbə:https://qafqazinfo.az
archiveBu xəbər 28 Avqust 2025 07:31 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Turan dünyası İstanbulun türklük sevgisinə möhtacdır

21 Oktyabr 2026 01:12see304

Bu təklif Rusiyaya çatdırılacaq Zelenski

21 Oktyabr 2026 01:33see292

Netanyahu Trampla İranda rejim dəyişikliyi üçün növbəti addımları müzakirə etdi

21 Oktyabr 2026 02:11see279

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see267

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see265

Serialdakı Arda illər sonra (Foto)

20 Oktyabr 2026 23:41see264

Avtobus yerüstü piyada keçidinə çırpıldı, 24 nəfər...

20 Oktyabr 2026 23:55see243

“Borussiya”nın qapıçısı “Sabah”ın təzyiqindən danışdı

21 Oktyabr 2026 04:27see239

Aİ Ukraynanı ABŞ təhdidləri qarşısında tək buraxmayacaq

21 Oktyabr 2026 16:06see238

Maska taxanda eynəklərin şüşələri tərləməsin deyə… Yaponların ÜSULU

20 Oktyabr 2026 22:48see237

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see232

Makronun siyasi sonu yaxınlaşır? Fransada etirazlar böyüyür

20 Oktyabr 2026 22:35see228

İran Prezidenti: Amerikaya etibar etmirik

21 Oktyabr 2026 02:23see225

Hövsanda küçə itləri sakinləri qorxuya salır ŞİKAYƏT

21 Oktyabr 2026 19:45see224

“Barselona“ Dani Olmonun zədəsinin ciddi olduğunu açıqlayıb

21 Oktyabr 2026 21:22see221

“28 Mall”ın yaxınlığında ölüm hadisəsi baş verdi

21 Oktyabr 2026 18:31see215

The Guardian: Ukraynanın gələcəyi Tramp və Putinə məxsus deyil...

21 Oktyabr 2026 21:29see213

Türkiyədə məşhur pop qrupunun meneceri üç ilədək azadlıqdan məhrum edilə bilər

21 Oktyabr 2026 21:28see213

Politoloq: Türkiyə Azərbaycan münasibətlərini böhran həddinə çatdıran şəxslər müəyyənləşdirilməlidir

21 Oktyabr 2026 21:21see201

Çin üçtəkərli avtomobil buraxdı

21 Oktyabr 2026 21:19see188
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri