Icma.az
close
up
RU
Bu şəhərdə yeri olmayan “Bu şəhərdə” çilər Saffari yazır....

Bu şəhərdə yeri olmayan “Bu şəhərdə” çilər Saffari yazır....

Gununsesi saytından alınan məlumata görə, Icma.az bildirir.

Azərbaycan mədəniyyəti tarixində adları yanaşı çəkilən, ancaq ikisi birlikdə bir ortabab istedad nümunəsi belə olmayan aktyorlar, sözsüz ki, Rafael və Coşqundur.

Yaddaşlarda daha çox “Bu şəhərdə” layihəsi ilə qalan bu iki aktyor, əslində, Azərbaycan mədəniyyətinə, yumoruna amansız zərbə vurub. Məhz onların vurduğu bu zərbə, yaydığı bu zəhər hələ uzun illər xalqın şüurunda qalmağa davam edəcək.

Obrazlı desək, onların bu şəhərdə yeri yoxdur!

Doğrudur, layihənin ssenaristləri onlar deyil, Müşfiq Abbasovdur, fəqət bu iki aktyor ən yaxşı sserani belə məhv etmək qabiliyyətinə sahibdirlər.

Rafael və Coşqunun uzun illər əvvəl konsertlərin birində konyuktur və bir o qədər də sənət adamına yaraşmayan replikaları da yadımdadır. Əkrəm Əylisinin sıxışdırıldığı vaxtlarda bu iki sənət düşməni “Tarixini bilməyən uşağın axırı Əkrəm Əylisli olar” sözünü demişdilər. Çünki bilirdilər ki, kütlə bu sözə görə onlara alqış edəcək. Ancaq elə bu cür yoxsul pafosla alqış qazanmaq onlara yaraşardı.

Əkrəm Əylisli haqqında dedikləri bu sözdən sonra isə onların digər bir sözü yadıma düşür:

“Deyirlər, Rafaellə Coşqun arvad paltarı geyinir. Onlar üç saat arvad paltarı geyinib kişi kimi yaşayırlar, bütün ömrü boyu kişi paltarı geyinib matışkalıq eləmirlər”.

Söz oyunu kimi ilk baxışdan maraqlı görünsə də, Əkrəm Əylisli haqqında deyilən sözdən sonra bu sözlər onların ağzının sözü deyil. Kişi kimi yaşamağın içində məgər sıxışdırılan bir yazıçını bu cür vurmaqmı var? Nədir-nədir kütlənin xoşuna gələcək və dövlətin də o vaxtkı konyukturasına uyğundur?

Bəli, Rafael və Coşqun haqqında deyilən sözlərdən biri də “arvad paltarı” geyinirlər sözüdür. Əslində, aktyor üçün obrazın fərqi yoxdur. Yəni arvad paltarı geyinmək problem deyil. Nə də onlar arvad paltarı geyinən tək aktyorlar deyil. Məsələn, Raykindən tutmuş Xazanov, Zadornov, Toni Körtis, Cek Lemmon, Yuri Stoyanov və başqa aktyorlar da qadın rolunda yaxşı rollar oynaya biliblər.

Ancaq onlar arvad paltarında nə arvadlıq edə, nə də bir sənət göstərə biliblər deyə, arvad paltarı geyinməkləri də gözə batır. Başqa sözlə, Rafael və Coşqun qadın paltarında da, kişi şalvarında da bir sənət göstərə bilməyiblər. Onların indən belə edəcəyi yeganə fərqlilik sənət üçün soyunmaq olar ki, yəqin onu da etməzlər.

Rafael və Coşqunun ən böyük uğuru, bəlkə də, tamaşaçını güldürmək yox, onu gülməyin nə qədər çətin sənət olduğuna inandırmaqdır.

Onların yaratdığı yumor məktəbi varsa, həmin məktəbin əsas prinsipi belədir: zarafat nə qədər ucuzdursa, bir o qədər əlçatan görünür.

Onların fəaliyyətləri boyu eyni mimika, eyni jestlər, eyni intonasiyalar dövr edib.

Yəni belə baxanda, aktyor obraz yaradır, bunlarda isə obrazsızlıq özü obraza çevrilib.

Başqa sözlə, yaxşı komediya insanı güldürəndən sonra düşündürür. Pis komediya isə düşündürmədən güldürməyə çalışır. Ən pis komediya isə onlarındır. Nə güldürür, nə düşündürür.

Soruşmaq olar ki, yaxşı, bu iki nəfərin uzun illər bir yerdə olması haqqında nə demək olar?

Mən  şəxsən belə deyərdim:

“Bu iki nəfərin uzun illər birlikdə çalışmasının nəticəsində yaranan ən böyük uğur, sadəcə, iki nəfərin uzun illər birlikdə çalışması faktıdır”.

Diqqət etmişəm, onların olduğu səhnədə çox şey olur.

Məsələn, qışqırıq, əl-qol hərəkətləri, qaçış, xeyli mənasız söhbət, bir sözlə, hər şey var, təkcə yumor yoxdur.

Onların Azərbaycan komediyasına vurduqları ən böyük zərbə, bəlkə də, pis zarafat etmələri deyil. Ən böyük zərbə odur ki, uzun illər insanlara pis zarafatın da yumor olduğunu qəbul etdirməyə çalışıblar. Bu isə artıq zarafat deyil, ciddi məsələdir.

Bu iki aktyor illərlə sübut etdilər ki, zarafatın ölüb yoxa çıxması mümkün deyil.

Çünki hər dəfə səhnəyə çıxanda onun meyitini yenidən göstərirdilər.

Onların çıxışlarına baxanda adam özünü komediya konsertində yox, zarafatların təqaüd fondunun illik hesabat yığıncağında hiss edir.

Məsələn, mən bir dəfə onların köhnə çıxışına baxdım. Sonra yeni çıxışına baxdım. Sonra başa düşdüm ki, mən iki dəfə eyni çıxışa baxmışam.

Orxan Saffari

Gununsesi.info

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:159
embedMənbə:https://www.gununsesi.info
archiveBu xəbər 16 İyun 2026 10:43 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see502

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see454

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see356

“Qızıl top” mükafatının saytı eyni vaxtda üç qalib elan etdi

26 Oktyabr 2026 23:52see293

Prezidentin Şeyxa Əl Nuveysi ilə görüşündən VİDEOÇARX

26 Oktyabr 2026 19:31see288

Vatican News un erməni dezinformasiyasına yer verməsi müzakirə edilib

26 Oktyabr 2026 21:17see277

Dövlət Su Ehtiyatları Agentliyinin 955 çağrı mərkəzinin adı var, özü yox!.. Yasamalda saatlardır su gəlmir!..

26 Oktyabr 2026 21:33see260

Turistlər aldadılarsa, hara müraciət etməlidirlər? Ekspert açıqladı

26 Oktyabr 2026 17:53see252

Makron etiraf etdi

27 Oktyabr 2026 00:54see237

Gecə saatlarında əməliyyat “zərərçəkmişlər” xilas olundu VİDEO

27 Oktyabr 2026 12:16see232

Bu ərazilər qazsız qalacaq

26 Oktyabr 2026 19:31see225

Hizbullah İsraillə mümkün yeni qarşıdurmaya hazırlaşır KİV

26 Oktyabr 2026 19:40see221

Putin yeni hökumət üzvləri ilə ayrıca görüş keçirməyəcək

27 Oktyabr 2026 02:51see218

İlin ən yaxşı gənc futbolçusu seçildi ardıcıl üçüncü dəfə

27 Oktyabr 2026 01:10see216

Naxçıvanda dişi ağrıyan əsgərimiz niyə ölüb?

27 Oktyabr 2026 11:53see212

Bəzi insanlarda şokolad, pomidor, limon və digər turş qidalar reflüks əlamətlərinin artmasına səbəb olur HƏKİM

27 Oktyabr 2026 12:12see208

PSJ “Lion”u məğlub edərək Liqa 1 də liderliyə yüksəldi VİDEO

27 Oktyabr 2026 01:32see207

ABB istiqraz emissiyasının növbəti mərhələsinə start verdi

27 Oktyabr 2026 18:27see195

Ölümdən 2 gün əvvəl bədəndə nə baş verir? 3 mərhələdə gediş

27 Oktyabr 2026 23:48see184

Gizli təzyiqinizin olduğunu necə bilmək olar?

28 Oktyabr 2026 02:06see179
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri