Icma.az
close
up
RU
“Bu şəhərdə”nin üzvləri həmin səhnəcikdən DANIŞDI

“Bu şəhərdə”nin üzvləri həmin səhnəcikdən DANIŞDI

Icma.az, Metbuat saytına istinadən bildirir.

“Bu Şəhərdə”nin “Ev Dar” adlı konsertində Qurban Qurbanovla bağlı səhnəcik sosial şəbəkələrdə müzakirələrə səbəb olub.

Belə ki, Rafael İsgəndərov və Coşqun Rəhimovun 15 noyabrda Heydər Əliyev Sarayında səhnələşdirdiyi parodiyada Qurbanovun yığmanın dünya çempionu olması fikrinə verdiyi reaksiya bir çoxları tərəfindən tənqid olunub.

Metbuat.az mövzuya münasibət öyrənmək üçün “Bu şəhərdə”nin üzvləri ilə əlaqə saxlayıb.

Əməkdar artist, aktyor Rafael İsgəndərov məsələ ilə bağlı danışmaq istəmədiyini bildirsə də, sonda “Qurban Qurbanov bilər, biz bilərik”, - deyə qeyd edib.

Əməkdar artist Coşqun Rəhimov isə Metbuat.az-a həmin epizodla bağlı danışarkən qeyd edib ki, tənqid düşünənlər gəlib oturub o səhnəciyə baxardılar və düzgün reaksiya verərdilər:

“Biz işimizi bilən insanlarıq. Səhnədə heç kimi təhqir eləmirik, tənqid eləmirik, o ki qaldı Qurban Qurbanova. Tənqid fikirləşən insanlar gəlib o səhnəciyə baxardılar və düzgün reaksiya verərdilər. Ayıb olsun onlara. Səhnəciyi görməmiş reaksiya vermək, reytinq qazanmaq ayıb bir işdir. Yeri gələndə bir çoxları ilə də münasibətimiz var, amma elə bu axırıncı yoldur ki, onlar edirlər. Səhnəciyə baxıb düzgün reaksiya versəydilər, biz belə reaksiya verməzdik. Əgər belə bir fikirdə olublarsa, ayıb olsun onlara. Bu 25 ildə heç kimi tənqid eləməmişik. Sadəcə olaraq haqla danışmaq lazımdır. İnsanlar yavaş-yavaş deyəsən haqqı itirirlər, pulu önəmsəyirlər”.

“Bu şəhərdə”nin ssenaristi Müşfiq Abbasov da öz açıqlamasında üçüncü adamların səhnəciyin tam versiyasını görmədən danışmaqlarını səhv addım hesab edib:

“Onlar haqqımıza girirlər. Ümumiyyətlə, o zaldan kimsə çəkib hansısa bir hissəni qoyursa, o da haqqımıza girib. Çünki çəkiliş qadağandır. Yəni biz özümüz çəkirik, montaj edirik, sonra yerləşdiririk. Çəkən də, paylaşan da səhv edir, götürür onu yerləşdirir öz səhifəsində və heç nə bilmədən ağzına gələni danışır. Şər atırlar, ajiotaj yaradırlar. "Bu Şəhərdə" bunu edib, yaxşı, bəs məntiqli olmazdı ki, gözləmək, bunun tam versiyası “Youtube”a yerləşdiriləndən sonra, efirdə göstəriləndən sonra, Qurban Qurbanov da özü bunun tam versiyasını görəndən sonra, Qurban Qurbanovdan soruşmaq ki, ay Qurban müəllim, sizin fikrinizcə, bu təbliğdir, tənqiddir, təqliddir, tərifdir, parodiyadır? O da desin ki, əla idi, xoşuma gəldi, ya xoşuma gəlmədi, məni təhqir eləyiblər və sairə. Yaxud Azərbaycan yığmasının baş məşqçisindən soruşmaq? Yəni sənətdən başı çıxan insanlardan. Bizim sosial şəbəkədə “zibilimiz” çoxdur. Bir bağçaya girəndə hər yerdə alaqlar da olur, gül-çiçək də. İndi yaxşı insan alaqları, zibili təmizləyib tullayır, gül-çiçək qalır. Mənim fikrimcə, yaxşı olar ki, tam versiya hazır olsun, Qurban Qurbanov ona baxsın, ondan sonra Qurban Qurbanovdan soruşun ki, xoşuna gəldi, ya gəlmədi, vəssalam”.

Sevinc İbrahimzadə / Metbuat.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:188
embedMənbə:https://metbuat.az
archiveBu xəbər 17 Noyabr 2025 12:53 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Avropanın turizm üçün ən yaxşı şəhəri elan olundu

19 Oktyabr 2026 08:33see377

Zəngilanın yenidən qurulması sistemli şəkildə davam edir

19 Oktyabr 2026 08:38see318

Rusiya Ermənistandan Naxçıvana uzanan dəmir yoluna nəzarəti saxlamaq istəyir

19 Oktyabr 2026 08:39see300

Valdas Dambrauskas: “Komandama inanıram”

19 Oktyabr 2026 20:32see275

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

20 Oktyabr 2026 18:28see267

Heç vaxt bu yerdə sızanaqları sıxmayın! Ölümlə nəticələnə bilər

20 Oktyabr 2026 02:07see259

Mağazaların “qaytarılmır” bəhanəsi arxasında nə dayanır?

19 Oktyabr 2026 20:17see247

Zəngilan: Tarixi qayıdışdan strateji inkişaf mərhələsinə MƏQALƏ

19 Oktyabr 2026 15:42see240

Gənc İlham Əliyev hərbi təlimdə Heydər Əliyev andiçmə mərasiminə necə gəlib?

20 Oktyabr 2026 12:50see235

Azərbaycana gətirilən avtomobillərin sayı açıqlandı Hibridlər diqqət çəkir

19 Oktyabr 2026 18:17see223

Ruslar üçün inflyasiya qumbarası...

20 Oktyabr 2026 18:29see212

Ədəbiyyatşünas Dmitro Drozdovski: Səlim Babullaoğlu mədəniyyət diplomatıdır

19 Oktyabr 2026 20:05see198

Azərbaycan Gürcüstandan qoyun və keçi idxalını təqribən 40 % azaldıb

19 Oktyabr 2026 21:01see198

Bəzi rayonlarda işıq olmayacaq

20 Oktyabr 2026 00:21see193

“Faiz haramdır“dan 50% lik faizə...

19 Oktyabr 2026 20:26see192

“Qlobal iqtisadiyyatda qiymət artımları daxili bazarda da bahalaşmaya səbəb olur” EKSPERT DANIŞDI

19 Oktyabr 2026 17:09see190

Azərbaycanda baş həkim vəfat edib

19 Oktyabr 2026 23:27see187

MTK nın fəaliyyəti nə vaxt başa çatmalıdır? EKSPERT AÇIQLADI

19 Oktyabr 2026 17:48see179

Yaşayış binasına daha iki mərtəbə əlavə olunur Sakinlər narahatdırlar (Video)

20 Oktyabr 2026 00:31see176

Rusiya və İran Rəşt Astara dəmir yolu layihəsini müzakirə ediblər

19 Oktyabr 2026 19:01see169
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri