Icma.az
close
up
RU
Bu şəhərin sahibsiz uşaqları

Bu şəhərin sahibsiz uşaqları

Icma.az, Ses qazeti portalına istinadən məlumat yayır.

Bu səhər təsadüfən qarşıma çıxdı o video, gülümsəyərək müsahibə verən azyaşlılar idi. Səsini açdım ki görüm nə deyir bu uşaqlar, açmaz olaydım. Uşaqlar axşamlar hansı seriala baxmaqlarından danışırdılar jurnalistə. Biri “Əşrəf röya”ya, biri “Sahibsizlər”ə, biri “Uzaq Şəhər”ə baxdığını dedi, əsasən qızlar. Bir oğlan uşağı da “Söz” serialına baxıram” dedi: “orada əsgərlər var”.

Bu gün halım yaxşı deyildi, miqren 3-4 gündür mənə göz verib, işıq vermir. Bu videonu izləyəndən sonra krizim daha da gücləndi. Bilmədim yiyəsiz, nəzarətsiz qalan, serialların tərbiyə elədiyi o uşaqların halına yanım, yoxsa bir tutanda 60-70 saat yaxamdan yapışıb məndən əl çəkməyən miqrenə. Adətən əhvalımı korlayan görüntülərə baxmıram, xəbərləri oxumuram, amma haradan biləydim o videodakı məsum uşaqların beyinlərini zəhərləyən seriallardan belə gülümsəyərək danışdıqlarını.

Adları çəkilən serialların nədən bəhs elədiyini də bilmirdim, amma hər nədən bəhs etsə də adı üstündədir: serial. Seriallar uşaq üçün çəkilmir, heç böyüklərın əxlaqı üçün də uyğun deyil, çünki xüsusilə türk seriallarının bir hədəfi var: insanların tərbiyəsini, mənəviyyatını pozmaq. Türk serialları bir zamanlar dəb olan Braziliya seriallarından da təhlükəlidir, pozulan cəmiyyətin timsalında görürük bunu.

Elə bu günlərdə rusiyalı sosioloq Rauşan Birmaqambetova bir müsahibəsində türk seriallarından bəhs etmişdi: “Türk serialları dünya üçün mədəni zəhərdir, onlar cəmiyyətdə sosial çürümə yaradır. Baxın, nə aşılayır bu seriallar insanlara? İntriqa, xəyanət, zorakılıq, dedi-qodu və s. İnsanlar bu seriallara baxır və elə bilir ki, bu normal həyatdır. Onun şüur altına yazılır ki, bu cür yaşamaq lazımdır. Kədərli olan tərəfi isə odur ki, insan gələcək həyatında bu cür davranır.”

Sosioloq bu sözləri böyük yaşlı tamaşaçıların izlədiyini nəzərdə tutub deyib təbii ki. O haradan bilsin ki serialların manqurtlaşdırdığı insanlar təcavüz, zorakılıq, mafia səhnələrinin normallaşdırıldığı seriallara 6-7 yaşlı uşaqları ilə birlikdə oturub baxır.

Eləmədim tənbəllik, dedim baxım görüm nəyə baxır uşaqlar? “Uzaq şəhər” yazdım, serialı axtardım, bir-iki fraqmentə baxdım. Baxmaz olaydım, qanım qurudu. İlahi, uşaqlar nəyə baxır? Necə baxır, niyə baxır? Onlara bu imkanı yaradan valideynlər hara baxır? Törə, namus, cinayət, intiqam, vəhşilik – nə desən var. Qardaş arvadı ilə evlənmək o qədər məsum təqdim edilir ki, baxan deyir nə var ki burada, saf sevgidir, eşqdir. Elə bir-iki franqmentə baxmaq kifayət elədi ki, ürəyim bulansın. İnsanlar necə qusmadan, öyümədən, iyrənmədən buna baxa bilir?

Adları çəkilən digər seriallara da göz gəzdirdim, uşaqlarının gözü önündə öldürülən valideynlər, zorlanan qızlar, erkən evləndirilən uşaqlar, işgəncə görənlər, nikahsız münasibətlər, qan, silah, mafia,– bizim uşaqlarımızın izlədiyi serialların əksəriyyətinin gündəmi elə bunlardır. Simalar dəyişir, adlar dəyişir, yayımlandığı gün dəyişir, amma tema elə eynidir.

Uşaqların serial izləməkləri bir faciə, serialın yayımlandığı saatda oyaq olmaları başqa bir faciə. Orta hesabla 2 saat davam edir bir seriya, adətən 21-22-radələrində yayıma başlayır. Reklamlar da əlavə olunsa bir seriyanın yekunlaşması təxminən gecə saat birədək uzanır. Təsəvvür edə bilirsiniz? Saat 1-dir və 7-8 yaşlı uşaqlar oyaqdır. Hansı ki, onlar saat 21.00-22.00 aralığında artıq yuxuda olmalıdırlar. Yuxunu tənzimləyən melatonin hormonu axşam saatlarında ifraz olunmağa başlayır və gecə saat 3-dək artmağa davam edir. Bundan əlavə, böyümə hormonu gecə saat 00:00 radələrində ən yüksək səviyyəyə çatır. Bu səbəbdən uşaqların ən geci saat 22-dək qədər yatması vacibdir.

Ovuc içi valideyn var bu ölkədə, hansı ki övladını düşünür. Ovuc içi qədər valideyn var, uşağının yuxusunu, qidasını, tərbiyəsini, əxlaqını serialların, trendlərin, sosial şəbəkələrin ümidinə buraxmayıb. Uşağına özü nəzarət edən bir dəstə insanın rəndəsindən çıxan, tərbiyəsi, psixologiyası qaydasında olan iki əlin 10 barmağı qədər uşaqla mafia, törə seriallarının tərbiyəsini alan uşaqlar arasındakı uçurumu təsəvvür edə bilirsiniz? Çoxluq ikincilərdədir, təəssüf ki...

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:127
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 31 Oktyabr 2025 15:58 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycan son 16 ildə ilk dəfə “Aİ 92“ benzinini İraqdan alıb

16 Oktyabr 2026 18:42see350

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

17 Oktyabr 2026 10:55see341

“Real Madrid” Konate ilə kifayətlənmir: daha iki ulduz müdafiəçi hədəfdədir

17 Oktyabr 2026 06:05see337

Fransa Ukraynaya raket tədarükünü sürətləndirəcək

16 Oktyabr 2026 23:29see309

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

17 Oktyabr 2026 13:38see308

Azərbaycanda 1992 ci ildən həbsdə olan ömürlük məhkum öldü

16 Oktyabr 2026 16:03see250

Soydaşımızın təşəbbüsü ilə Qara Qarayevin əsəri İsveçdə tədris olunacaq

16 Oktyabr 2026 18:26see247

Fəaliyyətində nöqsanlar aşkarlanan tibbi xidmət sahələri hansılardır? Siyahı açıqlandı

16 Oktyabr 2026 19:27see234

Bəzi məhsullar bahalaşıb, bəziləri ucuzlaşıb SƏBƏBLƏR

16 Oktyabr 2026 21:14see229

Türkiyədə aralarında şagirdlər də olmaqla onlarla insan qidadan zəhərlənib

17 Oktyabr 2026 06:42see227

Ölkəmizdə işsizlərin sayı AÇIQLANDI...

16 Oktyabr 2026 23:19see223

Mədəniyyət naziri Adil Kərimli Füzulidə vətəndaşların müraciətlərini dinlədi FOTOLAR

16 Oktyabr 2026 19:05see218

“Liverpul” liderinə 68 milyon avroluq əvəzləyici tapdı

17 Oktyabr 2026 03:37see213

Minimum maaş 700 manat olmalıdır İqtisadçıdan maraqlı İZAH

17 Oktyabr 2026 08:02see204

Azərbaycan benzini hansı ölkələrə satır?

16 Oktyabr 2026 17:40see203

Bu rayonların sakinlərinin nəzərinə

16 Oktyabr 2026 16:26see202

Türkiyəli jurnalist beynəlxalq axtarışa verildi Azərbaycanla bağlı çağırış edirdi

16 Oktyabr 2026 15:11see201

Ukrayna rekord həcmdə qaz toplayıb və hətta xaricə satıb...

17 Oktyabr 2026 19:32see191

Emrahın keçmiş həyat yoldaşı: Ayrılıq qərarını mən verdim

17 Oktyabr 2026 15:47see188

Göyçay avtovağzalında OLAY: 47 yaşlı kişi yandı

17 Oktyabr 2026 19:43see169
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri