Icma.az
close
up
RU
Nədir bu şəhərin günahı?

Nədir bu şəhərin günahı?

Ses qazeti saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Oktyabrın 31-də Dünya Şəhərlər Günü qeyd olunur. Bu gün planetin bütün sakinlərinin 55 faizi şəhərlərdə yaşayır. 2050-ci ilədək planetin əhalisinin 75 faizi şəhərliyə çevriləcək. Mütəxəssislərin hesablamalarına görə şəhər sakinlərinin sayının sürətli artımı sənayeləşdirilmə sahəsində yeni imkanların açılmasını vəd etməklə yanaşı, eyni zamanda qeyri-bərabərliyin artması və ətraf mühitin çirklənməsi ilə nəticələnəcək.

Bəs bu sahədə Azərbaycanda vəziyyət necədir? Azərbaycanda əhalinin 52,8 faizi şəhərdə, 47,2 faizi isə kənd yerlərində yaşayır. Elə bu qeyri-bərabərlik də artıq illərdir ki, özünü göstərməkdədir. Baxmayaraq ki, gözəl-gözəl şəhərlərimiz var, lakin dünya ölkələrindən fərqli olaraq Azərbaycanda insanlar yalnız bir şəhərə toplaşır-Bakıya. Ona görə də bu şəhərdə artıq insan əlindən nəfəs almaq, tərpənmək mümkün deyil.

Yollarda maşın sıxlığı, siqnal səsi, ictimai nəqliyyatdan camaatın bir-birinin çiynində istifadə etməsi, şəkilərdə iynə atılsa, yerə düşməməsi misalı, parklarda gəzmək imkansızlığı...

Dünya Şəhərlər Günündə illər öncəki Bakını xatırlayıram Bakıda. O vaxt ki insanlar öz kəndində-kəsəyində oturmuşdu. Bakı eşqi başlarına vurmamışdı. O vaxt ki Bakı əsl Bakı idi. Yollarında maşın maşına dayanmırdı. Siqnal səslərini toyda-düyündə eşidirdik. O vaxt ki tədris vaxtı da ictimai nəqliyyat bugünkü qədər sıx olmurdu. Çünki insanlar kəndlərini Bakıdan daha çox sevirdilər. Torpaqlarından qopub onu Bakı ilə əvəz etmək fikrində deyildilər. Əkib-becərir, Bakıda yaşayan övladlarına meyvə-tərəvəz payı göndərirdilər. Özləri də hərdən Bakıya gəzməyə gəlirdilər. Elə ki hamı bakılı olmaq sevdasına düşdü, kəndlər boşaldı, yurdlar yetim qaldı, Bakının da qara günləri başladı. Axı bu şəhər minlərlə insana necə qucaq açsın? Axı o, müəyyən ölçüyə malikdir. Bu ölçüləri genişləndirə, artıra bilmir...

Nə üçün kəndlərimizi tərk edirik? Hamımız şəhərli olmağa çalışırıq? Kəndləri də orada məyus qoyuruq? Gəlib şəhərin ən ucqar yerlərində yaşayıb, “biz Bakıda yaşayırıq”,- deyirik. Nə olub ki, kəndlərimizə? Havası, suyu tərtəmiz. Meyvəsi-tərəvəzi bol, təbii...

Nə üçün qapılarımızı bağlı qoyub şəhəri seçirik? XXI əsrin dəbidirmi bu? Əziyyətsiz yaşamağa üstünlük veririk. Mal-heyvandan, əkin-biçindən, toyuq-cücədən qaçıb şəhərdə rahatlıq axtarırıq. Axı onların hər biri gözəl bir təsərrüfat sahəsidir: gəliri, qazancı, zəhməti-sağlamlığı ilə...

Biz şəhərli olmağa can atırıq. Asan, rahat həyat axtarırıq. Lakin əsl gözəlliyi arxamızda qoyub sıxlıq yaratdığımız şəhərə üz tutanda nələrin üzərindən xətt çəkdiyimizi necə, düşünürükmü? Düşünürükmü ki, sağlamlığımıza, əlvida, deyirik. Yurdumuza bağlılığa, əlvida, deyirik. Evi-eşiyimizə, bağ-bağçamıza, buradakı ata-babamız yaşda olan ağaclara, əlvida, deyirik. Onları su ilə sınaqla üz-üzə qoyub tərk edirik...

Gəlirik şəhərə. Gəldikcə də Bakının gözəlliyini əlindən alırıq. İstər-istəməz çirklənir bu şəhər. Sıxlıqdan əziyyət çəkir. Bakı Bakılıqdan çıxır...

Özümüz də sıxlıqdan əziyyət çəkirik bu şəhərdə. İşə gecikirik. Metroda növbəyə düzülürük, marşrut avtobusların 2-3-nü yola salandan sonra birtəhər növbəti gələnə minə bilirik. Marketlərdə kassa qarşısında dəqiqələrlə vaxt itiririk. Tələsirik, lakin küçədə sıxlıqdan yeriyib irəli keçə bilmirik. Parklarda istirahət mümkünsüz olub. Elə bütün bu səbəblərdən də şəhərimiz həddindən artıq çirklidir. Bir sözlə, biz insanlar bu şəhərin qəniminə çevrilmişik. Nədir bu şəhərin günahı?

Mətanət Məmmədova

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:105
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 30 Oktyabr 2025 12:56 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bakıda gizlin qumarxana aşkarlandı FOTO

08 Oktyabr 2026 01:13see549

Face Studionun yaradıcısı: Amerikaya köçməyim deyə valideynlərim salon açıb məni direktor qoydular

08 Oktyabr 2026 02:25see198

“Mükafat üçün daha nə etməlidir?”

08 Oktyabr 2026 17:16see180

Türkiyə və Pakistan ordu yeridir İran “nəzərə alacaq”?

08 Oktyabr 2026 07:01see179

Hicab məsələsi Bakıya qarşı siyasi alətə çevirilir So­sial şə­bə­kə­də ya­zı­lan­lar

09 Oktyabr 2026 07:02see170

Bu işlə məşğul olan kişilərdə qırtlaq xərçəngi qaçılmazdır

07 Oktyabr 2026 22:25see169

Suverenlik təntənəsindən modern quruculuğa

09 Oktyabr 2026 01:11see165

Ertem Şener Qarabağ dan Sabah a transfer olundu

09 Oktyabr 2026 00:10see165

Oktyabr ayı kimə pul və uğur gətirəcək? Beş şanslı BÜRC

09 Oktyabr 2026 00:14see164

Qətər sahillərində neft tankerinə hücum Ölən və yaralananlar var

08 Oktyabr 2026 03:55see164

Trampdan FTB yə biabırçı ittiham Həyat yoldaşımı və oğlumu...

08 Oktyabr 2026 00:00see162

Kadırova Rusiya Federasiyasının Fəxri Memarı adı verildi

08 Oktyabr 2026 03:25see162

Daha bir ölkə Ukraynadan yeni qaçqın axınına HAZIRLAŞIR

09 Oktyabr 2026 00:49see161

Gürcüstanda xristianlığın 1700 illiyi mövzusunda konfrans

09 Oktyabr 2026 01:31see160

“Əzizim, bunu bu gün həll et” ABŞ səfirinin 100 minlik borc qalmaqalı Fotolar

09 Oktyabr 2026 03:42see159

Ünvanları qovuşduran rabitə körpüsü

09 Oktyabr 2026 01:24see159

Yeni pulların “qəhrəmanları” onlar oldu Fotolar

09 Oktyabr 2026 06:38see159

“Sabah” Çempionlar Liqasında ev oyunlarını keçirəcəyi stadionda ilk məşqinə çıxdı FOTO

09 Oktyabr 2026 00:11see159

“Real” Holand transferində “Barselona”nı qabaqlayır

07 Oktyabr 2026 23:56see159

İş adamının göydələnin damındakı “Ağ Ev”i diqqət çəkdi

09 Oktyabr 2026 04:12see158
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri