Bu şəhərlər dünyanın ən çirkli şəhərləri hesab EDİLDİ
Redaktor.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Təl-Əviv və Qüds fevralın 14-dən İsraili bürüyən güclü toz fırtınası səbəbindən planetin ən çirkli şəhərləri siyahısında ilk yerlərə yüksəlib.
Redaktor.az bildirir ki, "Ynet" bu barədə şəhərlərdə havanın keyfiyyətini qiymətləndirən İsveçrənin "IQAir" şirkətinin məlumatlarına istinadən xəbər yayıb.
Hava şəraiti ilə əlaqədar tibb mütəxəssisləri israillilərə lazımsız açıq hava fəaliyyətlərindən çəkinməyi tövsiyə edirlər. Həkimlər həmçinin xroniki xəstəlikləri olan şəxslər üçün açıq havada qalmağın ciddi risk yarada biləcəyi barədə xəbərdarlıq ediblər.
Təl-Əvivdə havanın çirklənmə səviyyəsi 2090 AQI göstəricisinə çatıb. Qüdsdə isə bu rəqəm 597 AQI olub. Hər iki şəhərdə havanın keyfiyyəti "təhlükəli" kimi qiymətləndirilib.
Pakistanın Lahore şəhəri isə çirklənmə səviyyəsinin 1165 AQI-yə çatması ilə "IQAir" reytinqində üçüncü yerdə qərarlaşıb və "sağlam olmayan" kateqoriyasına daxil edilib.
Baxış sayı:195
Bu xəbər 15 Fevral 2026 10:54 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















