Icma.az
close
up
RU
Dünyanın ən çirkli şəhərləri: Bakıda vəziyyət...

Dünyanın ən çirkli şəhərləri: Bakıda vəziyyət...

Icma.az, Ses qazeti portalına istinadən məlumat yayır.

Hava çirkliliyi son illərdə ən aktual ətraf mühit və ictimai səhiyyə problemlərindən birinə çevrilib. Air Quality Index, yəni Hava Keyfiyyəti İndeksinə (HKİ) görə 2025-ci il üçün dünyanın ən çirkli 10 şəhəri arasında bu dəfə Bağdad və Kulkata (Kəlküttə) da yer alıb. Hava Keyfiyyəti İndeksinin son məlumatları dünyanın bir neçə böyük şəhərində, xüsusən də Yaxın Şərq və Cənubi Asiyada təhlükənin böyük olduğunu sübut edir.

Oktyabrda açıqlanan məlumatlara görə, İraqın Bağdad şəhəri hazırda dünyanın ən çirkli şəhəri olaraq qiymətləndirilir və HKİ 170-i keçib. Hindistanın Kəlküttə şəhəri ikinci yerdədir, HKİ burada 160-dan yuxarıdır. Pakistanın Lahor şəhəri 160 göstərici ilə dördüncü yerdədir, digər Pakistan şəhəri olan Karaçi isə 157 ilə rekord qırıb. Hava Keyfiyyəti İndeksinə görə, Hindistanda Dehlinin hava keyfiyyəti Divali bayramından cəmi on gün əvvəl kəskin şəkildə pisləşib və eyni gündə HKİ göstəricisi 157-yə çatıb. Mütəxəssislər bu artımı qonşu ştatlarda küləş yandırılması və nəqliyyat vasitələri və sənaye tullantıları kimi mövsümi amillərlə əlaqələndirirlər.

Dəkkə kimi digər sıx məskunlaşmış şəhərlər də sürətli urbanizasiya, yol tıxacları və atmosfer emissiyaları kimi təsirlərə məruz qalaraq oxşar çətinliklərlə üzləşib. Bu arada, ABŞ-da Detroyt, İsveçdə Stokholm və Finlandiyada Helsinki kimi şəhərlər hava keyfiyyət səviyyələrini 20-dən aşağı saxlayıb və bu da onları dünyanın ən təmiz və ən az çirklənmiş şəhər ərazilərindən birinə çevirib.

Bakının hava keyfiyyətinə gəlincə, şəhərimiz Dehli, Lahor, Dakka, Kolkata (Kəlküttə), Pekin, Bağdad kimi şəhərlərlə eyni kateqoriyada yer almır, yəni onlar qədər çirkli deyil. Lakin bu o demək deyilk ki, Bakının hava keyiyyəti yüksəkdir. Şəhərimizdə təbii ki lokal və mövsümi hava keyfiyyəti problemləri var ki, bunlardan ən birincisi nəqliyyat sıxlığı, şəhərin küləkli havaya malik olması, sənaye zonalarına yaxın yaşayış əraziləri, köhnə avtomobillər və yanacağın keyfiyyətsiz olmasıdır. Bu göstəricilərinə görə Hava Keyfiyyəti İndeksi Bakı üçün orta çirklilik - 51–100 rəqəmini göstərir. Bəzən bu rəqəm yüksələ və “həssas qruplar üçün zərərli” (101–150) səviyyəsinə qalxa bilər.

Ekoloqlar şəhərləri çirkli havadan qorumağın əsas yollarından birinin nəqliyyatın azaldılması və yanacğın keyfiyyətinin yüksəldilməsi olduğunu deyir. Şəxsi avtomobillər yerinə ictimai nəqliyyatın (metro, avtobus, tramvay) istifadəsinin artırılması ekologiyanın qorumaq üçün optimal yoldur. Elektrik və hibrid avtomobillərin təşviqi ilə də ekoloji təmizlik yaratmaq mümkündür, lakin son illər elektrik ilə işləyən avtomobillərin enerji depolayan batareyalarının istismar müddətinin bitməsi ilə əlaqədar təbiətə atılmasının və ya təkrar emalının ekologiyaya daha çox zərər verməsi ətrafında mübahisəli iddialar var.

Hava heyfiyyətinin yüksəldilməsinin bir yolu da köhnə, normaya cavab verməyən avtomobillərin mərhələli olaraq dövriyyədən çıxarılması məsələsidir. Bundan əlavə velosiped və piyada zolaqlarının artırılması da çıxış yoludur. Sənaye emissiyalarına nəzarətin dügün həyata keçirilməsi, zavod və fabriklərdə filtrasiya sistemlərinin məcburi tətbiqi, şəhər mərkəzlərində ağır sənayenin məhdudlaşdırılması, ekoloji standartlara əməl etməyən müəssisələrə cərimələrin sərtləşdirilməsi, habelə yaşıl zonaların artırılması, park və bağların salınması, magistral yollar boyunca ağac sayının çoxaldılması, şəhər içi meşə zolaqları salmaq hava keyfiyyətini yüksəldəcək çıxış yollarıdır.

O cümlədən tikinti və şəhərsalma qaydalarına əməl etmək də vacibdir. Tikinti zamanı tozun yayılmasının qarşısını alan texnologiyalardan istifadə etmək vacibdir, lakin bu gün buna əməl edən çox azsaylı dövlət var. Şəhərsalma planlarında hava koridorlarının saxlanması, sıx və nizamsız tikintinin məhdudlaşdırılması havanın keyfiyyətini qoruyacaq tədbirlərdəndir.

Havanın keyfiyyətini qoruyacaq vacib məsələlərdən biri də enerji siyasətidir. Kömür və mazutdan istifadənin azaldılması, qalıq yanacaqdan asılılığı minimum həddə endirmək, günəş və külək enerjisinə keçid, dizel generatorlarının nəzarətsiz istifadəsinin qarşısının alınması həm bərbaolunmayan enerji qaynaqlarını mühavizə edər, həm də ekoloji təmiz mühit yaradar.

Unutmayaq, təmiz hava ən təməl və ən əsas insan hüququdur. Şəhərlərin gələcəyi bu gün atılan ekoloji addımlardan asılıdır və bu gələcəkdə hər bir vətəndaş rol oynayır.

Lalə Mehralı

Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə “insan hüquq və azadlıqlarının müdafiəsi, vətəndaşların hüquqi, siyasimədəniyyət səviyyəsinin yüksəldilməsi, sosial və siyasi fəallığının artırılması” istiqaməti çərçivəsində hazırlanıb

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:184
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 29 Dekabr 2025 13:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see336

Mask "Starlink"i Ukrayna üçün niyə bağladığını açıqladı

25 Oktyabr 2026 00:38see320

Qavi El Klasiko öncəsi “Real Madrid”dən ehtiyat etdiyini gizlətməyib

25 Oktyabr 2026 00:32see314

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

25 Oktyabr 2026 00:07see313

Zeytun Festivalında estrada ulduzlarının konserti olub

24 Oktyabr 2026 23:08see285

Bağırsaqlar üçün faydalı QİDALAR

25 Oktyabr 2026 00:37see280

Zeytun Festivalı əyləncəli proqramla yadda qalıb FOTOLAR

25 Oktyabr 2026 00:33see271

Qubadlı 2040 cı ilədək belə olacaq Əhali 14 minə çatacaq… VİDEO KONKRET

25 Oktyabr 2026 15:44see259

Bundesliqa: Bremenlilər dramatik matçda sevindi

25 Oktyabr 2026 00:13see256

Prezident millinin qollarından danışdı: Hamısı gözəl idi...

25 Oktyabr 2026 00:12see247

Zeytunla başlayan, musiqi ilə davam edən gün Fotolar

24 Oktyabr 2026 18:13see245

Dövlət Bağçalının Azərbaycana qarşı mövqeyi alqışa layiqdir Politoloq

24 Oktyabr 2026 21:51see239

Azərbaycanda istehsal olunan dərmanlar SİYAHI

24 Oktyabr 2026 17:56see238

Heyva doğrandıqdan sonra niyə qaralır? Rəngini qorumağın praktik yolları

25 Oktyabr 2026 00:38see234

Röya Ayxanın xalası qızının videosu yayıldı VİDEO

26 Oktyabr 2026 00:42see224

Nazilə Səfərli doğma kəndində “yol da yoxdur, məktəb də!” dedi Gürcüstandan cavab gəldi

24 Oktyabr 2026 16:51see207

Bakıda maşın saxlamaq evə çatmaqdan çətindir Çıxış yolu nədir?

25 Oktyabr 2026 17:21see200

Xırdalanda tıxac səbəbindən evlər satışa çıxarılır VİDEO

24 Oktyabr 2026 22:40see194

Yunan Roma güləşçisi Sənan Süleymanov dünya çempionu olub

25 Oktyabr 2026 19:32see179

“Real” və “Barsa” oyunçularına “El Klasiko” üçün xüsusi butslar hazırlanıb FOTO

26 Oktyabr 2026 00:50see176
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri