Icma.az
close
up
RU
“Bu şənbədən İranın olduqca ağır günləri başlayacaq...” Sabiq səfir

“Bu şənbədən İranın olduqca ağır günləri başlayacaq...” Sabiq səfir

Moderator.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

“İranla bank əlaqələri tamamilə kəsiləcək. Heç bir bank İran ilə maliyyə əlaqələri qura bilməyəcək. Bu da İranın vəziyyətini daha da ağırlaşdıracaq. Hətta dərman tədarükü kimi gündəlik həyat üçün vacib olan məhsulların təchizatında da ciddi problemlər yaranacaq...”

“Bir həftə əvvəl BMT Təhlükəsizlik Şurası yeni bir qətnamə qəbul etdi. Bunun adı belə, çox ağır səslənir. “İranın beynəlxalq təhlükəsizlik və sabitlik üçün yaratdığı təhdidlərə görə” tətbiq edilən ciddi sanksiyalardan söhbət gedir. Belə çıxır ki, İrana qarşı yeni, daha ağır sanksiyalar tətbiq olunacaq.

Bir tərəfdən, bildiyimiz kimi, İranın iqtisadiyyatı onsuz da çox ağır vəziyyətdədir. Son 60-70 il ərzində ölkədə belə ağır bir iqtisadi vəziyyət yaşanmayıb. Ötən söhbətlərimizdə dediyimiz kimi, hazırda İranda ciddi çatışmazlıqlar mövcuddur. Paytaxt Tehranda və digər böyük şəhərlərdə qaz, elektrik enerjisi və su təchizatında kəskin çatışmazlıqlar yaşanır. Bu da ölkənin iqtisadiyyatını daha da çətinləşdirir və ifçic durumuna salır. Bu vəziyyətdən çıxmaq üçün İranın böyük məbləğdə xarici yardımlar alması lazımdır. Əks halda, vəziyyət daha da pisləşəcək.”

Bu fikirləri Moderator.az-a açıqlamasında Azərbaycanın İrandakı keçmiş səfiri Abbasəli Həsənov İrana qarşı tətbiq edilən sanksiyalar və ölkənin mövcud siyasi-iqtisadi vəziyyəti ilə bağlı məlumat verərkən ifadə edib.

Həmsöhbətimiz vurğulayıb ki, BMT qətnaməsi əsasında tətbiq ediləcək sanksiyalar indiyədək İrana qarşı tətbiq edilmiş sanksiyalardan daha ağır olacaq:

“Və o da var ki, indiki sanksiyalar artıq yalnız Amerika tərəfindən tətbiq edilən sanksiyalar deyil. Amerikanın tətbiq etdiyi sanksiyalar bəzən gözlənilən qədər sərt olmur, çünki bəzi ölkələr buna əməl etmirlər. Lakin bu dəfə BMT Təhlükəsizlik Şurası tərəfindən qəbul edilən qətnamə bütün dünya dövlətləri tərəfindən dəstəklənəcək. Gələn şənbə günü, yəni bir həftədən sonra bu sanksiyalar tam şəkildə tətbiq ediləcək və İranın daha ağır günləri başlayacaq. Çünki bu sanksiyalara dünyanın BMT-yə üzv olan193 ölkəsi əməl etməlidir. 

Bu sanksiyalar müxtəlif sahələri əhatə edir. Məsələn, İrana yük daşıyan və ya İrandan yük daşıyan nəqliyyat vasitələri digər ölkələr tərəfindən dayandırıla bilər. Yəni İrana gələn, yaxud İrandan gedən hər hansı bir yükün nə olduğunu yoxlamaq üçün dövlətlər bu nəqliyyat vasitələrini saxlayıb yükləri yoxlamaq hüququna malik olacaqlar. Bu da, təbii ki, İranın beynəlxalq ticarətinə ciddi təsir göstərəcək və çox böyük şirkətlər İranla ticarət etməmək üçün belə yük daşımalarından çəkinəcəklər.

Bundan əlavə, İranla bank əlaqələri tamamilə kəsiləcək. Heç bir bank İran ilə maliyyə əlaqələri qura bilməyəcək. Bu da İranın vəziyyətini daha da ağırlaşdıracaq. Hətta dərman tədarükü kimi gündəlik həyat üçün vacib olan məhsulların təchizatında da ciddi problemlər yaranacaq. Nəticədə İranın iqtisadi durumu daha da çətinləşəcək və ölkə daha ağır günlərə doğru irəliləyəcək.”

Diplomat hesab edir ki, bu yeni sanksiyalar İranın onsuz da ağır olan daxili vəziyyətini də daha da pisləşdirəcək və nəticədə əhali arasında narazılıq artacaq və hökumətə qarşı etirazlar güclənəcək. 

“İnsanlar indidən dövləti ölkənin iqtisadi vəziyyətini bu dərəcədə pisləşdirdiyinə görə tənqid edirlər”, - Abbasəli Həsənov diqqətə çatdırıb.

“Keçmişdə, məsələn, ABŞ-ın tətbiq etdiyi sanksiyalar dövründə, bəzi ölkələr - o cümlədən Çin  İrandan böyük həcmdə neft və neft məhsulları ixrac edirdi və sanksiyalara əməl etmirdi. Lakin bu dəfə, dediyim kimi, vəziyyət fərqlidir. BMT-nin qəbul etdiyi qətnamə bütün dünya ölkələri tərəfindən dəstəklənməlidir. Baxmayaraq ki, Təhlükəsizlik Şurasında 4 ölkə: Çin, Rusiya, Əlcəzair və səhv etmirəmsə, Pakistan  İrana qarşı mənfi rəy verməmişdilər. Lakin sözügedən qətnamənin qəbulundan sonra həmin ölkələr də İrana qarşı sanksiyalara riayət etməli olacaqlar”, - həmsöhbətimiz belə deyib. 

Diplomat belə düşünür ki, bütün bunlar vaxtilə İranın siyasətində atımış bir çox yanlış addımların nəticəsidir:

“Məsələn, İran dəfələrlə Hörmuz boğazını bağlamaqla hədələyirdi.  Amma anlamırdı ki, bu cür addımlar ölkəyə heç bir fayda gətirməyəcəkdi. Niyə? Onu deyim ki, Çinin Fars körfəzindən daşıdığı neftin 60 faizi məhz Hörmüz boğazından keçir. Odur ki, ABŞ ilə yanaşı, Çin də, bir sıra ərəb ölkələri də İranın bu təhdidlərinə qarşı çıxmışdılar. Elə həmin vaxt  İran ona Tramp tərəfindən verilmiş 60 günlük möhlətdən istifadə etməyərək vaxtı itirdi və danışıqlar yoluyla optimal bir razılığa nail ola bilmədi. Bu, İranın xarici siyasətində düşünülməmiş və uğursuz addımlar atıldığını göstərir. Belə bir siyasət də məhz bugünkü ağır duruma gətirib çıxarıb...”

“Təsəvvür edin ki, qonşu İraqla İranın münasibətləri yaxşı idi, amma indi o da İranla hər hansı bir iqtisadi və ticarət əlaqəsini dayandıracaq. İraq öz banklarında İranla maliyyə əməliyyatlarını həyata keçirməkdən də çəkinəcək. Yəni İranın iqtisadi vəziyyəti və beynəlxalq münasibətlərindəki sıxıntılar bu cür vəziyyətə gətirib çıxarır. Və belə bir izolə olunmuş durumda İranın yaşaması və müstəqil şəkildə fəaliyyət göstərməsi olduqca-olduqca çətin olacaq”, -deyə sabiq səfir vurğulayıb.

Sultan Laçın

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:143
embedMənbə:https://moderator.az
archiveBu xəbər 23 Sentyabr 2025 18:00 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see320

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see286

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see278

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see274

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see269

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see265

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see263

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see248

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see243

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see239

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see229

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see228

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see225

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see225

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see223

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see220

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see216

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see202

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see197

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see190
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri