Icma.az
close
up
RU
“Bu şənbədən İranın olduqca ağır günləri başlayacaq...” Sabiq səfir

“Bu şənbədən İranın olduqca ağır günləri başlayacaq...” Sabiq səfir

Icma.az, Hurriyyet portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

İranla bank əlaqələri tamamilə kəsiləcək. Heç bir bank İran ilə maliyyə əlaqələri qura bilməyəcək. Bu da İranın vəziyyətini daha da ağırlaşdıracaq. Hətta dərman tədarükü kimi gündəlik həyat üçün vacib olan məhsulların təchizatında da ciddi problemlər yaranacaq...”

“Bir həftə əvvəl BMT Təhlükəsizlik Şurası yeni bir qətnamə qəbul etdi. Bunun adı belə, çox ağır səslənir. “İranın beynəlxalq təhlükəsizlik və sabitlik üçün yaratdığı təhdidlərə görə” tətbiq edilən ciddi sanksiyalardan söhbət gedir. Belə çıxır ki, İrana qarşı yeni, daha ağır sanksiyalar tətbiq olunacaq.

Bir tərəfdən, bildiyimiz kimi, İranın iqtisadiyyatı onsuz da çox ağır vəziyyətdədir. Son 60-70 il ərzində ölkədə belə ağır bir iqtisadi vəziyyət yaşanmayıb. Ötən söhbətlərimizdə dediyimiz kimi, hazırda İranda ciddi çatışmazlıqlar mövcuddur. Paytaxt Tehranda və digər böyük şəhərlərdə qaz, elektrik enerjisi və su təchizatında kəskin çatışmazlıqlar yaşanır. Bu da ölkənin iqtisadiyyatını daha da çətinləşdirir və ifçic durumuna salır. Bu vəziyyətdən çıxmaq üçün İranın böyük məbləğdə xarici yardımlar alması lazımdır. Əks halda, vəziyyət daha da pisləşəcək.”

Bu fikirləri Moderator.az-a açıqlamasında Azərbaycanın İrandakı keçmiş səfiri Abbasəli Həsənov İrana qarşı tətbiq edilən sanksiyalar və ölkənin mövcud siyasi-iqtisadi vəziyyəti ilə bağlı məlumat verərkən ifadə edib.

Həmsöhbətimiz vurğulayıb ki, BMT qətnaməsi əsasında tətbiq ediləcək sanksiyalar indiyədək İrana qarşı tətbiq edilmiş sanksiyalardan daha ağır olacaq:

“Və o da var ki, indiki sanksiyalar artıq yalnız Amerika tərəfindən tətbiq edilən sanksiyalar deyil. Amerikanın tətbiq etdiyi sanksiyalar bəzən gözlənilən qədər sərt olmur, çünki bəzi ölkələr buna əməl etmirlər. Lakin bu dəfə BMT Təhlükəsizlik Şurası tərəfindən qəbul edilən qətnamə bütün dünya dövlətləri tərəfindən dəstəklənəcək. Gələn şənbə günü, yəni bir həftədən sonra bu sanksiyalar tam şəkildə tətbiq ediləcək və İranın daha ağır günləri başlayacaq. Çünki bu sanksiyalara dünyanın BMT-yə üzv olan193 ölkəsi əməl etməlidir. Bu sanksiyalar müxtəlif sahələri əhatə edir. Məsələn, İrana yük daşıyan və ya İrandan yük daşıyan nəqliyyat vasitələri digər ölkələr tərəfindən dayandırıla bilər. Yəni İrana gələn, yaxud İrandan gedən hər hansı bir yükün nə olduğunu yoxlamaq üçün dövlətlər bu nəqliyyat vasitələrini saxlayıb yükləri yoxlamaq hüququna malik olacaqlar. Bu da, təbii ki, İranın beynəlxalq ticarətinə ciddi təsir göstərəcək və çox böyük şirkətlər İranla ticarət etməmək üçün belə yük daşımalarından çəkinəcəklər.

Bundan əlavə, İranla bank əlaqələri tamamilə kəsiləcək. Heç bir bank İran ilə maliyyə əlaqələri qura bilməyəcək. Bu da İranın vəziyyətini daha da ağırlaşdıracaq. Hətta dərman tədarükü kimi gündəlik həyat üçün vacib olan məhsulların təchizatında da ciddi problemlər yaranacaq. Nəticədə İranın iqtisadi durumu daha da çətinləşəcək və ölkə daha ağır günlərə doğru irəliləyəcək.”

Diplomat hesab edir ki, bu yeni sanksiyalar İranın onsuz da ağır olan daxili vəziyyətini də daha da pisləşdirəcək və nəticədə əhali arasında narazılıq artacaq və hökumətə qarşı etirazlar güclənəcək. 

“İnsanlar indidən dövləti ölkənin iqtisadi vəziyyətini bu dərəcədə pisləşdirdiyinə görə tənqid edirlər”, - Abbasəli Həsənov diqqətə çatdırıb.

“Keçmişdə, məsələn, ABŞ-ın tətbiq etdiyi sanksiyalar dövründə, bəzi ölkələr - o cümlədən Çin İrandan böyük həcmdə neft və neft məhsulları ixrac edirdi və sanksiyalara əməl etmirdi. Lakin bu dəfə, dediyim kimi, vəziyyət fərqlidir. BMT-nin qəbul etdiyi qətnamə bütün dünya ölkələri tərəfindən dəstəklənməlidir. Baxmayaraq ki, Təhlükəsizlik Şurasında 4 ölkə: Çin, Rusiya, Əlcəzair və səhv etmirəmsə, Pakistan İrana qarşı mənfi rəy verməmişdilər. Lakin sözügedən qətnamənin qəbulundan sonra həmin ölkələr də İrana qarşı sanksiyalara riayət etməli olacaqlar”, - həmsöhbətimiz belə deyib. 

 Diplomat belə düşünür ki, bütün bunlar vaxtilə İranın siyasətində atımış bir çox yanlış addımların nəticəsidir:

“Məsələn, İran dəfələrlə Hörmuz boğazını bağlamaqla hədələyirdi. Amma anlamırdı ki, bu cür addımlar ölkəyə heç bir fayda gətirməyəcəkdi. Niyə? Onu deyim ki, Çinin Fars körfəzindən daşıdığı neftin 60 faizi məhz Hörmüz boğazından keçir. Odur ki, ABŞ ilə yanaşı, Çin də, bir sıra ərəb ölkələri də İranın bu təhdidlərinə qarşı çıxmışdılar. Elə həmin vaxt İran ona Tramp tərəfindən verilmiş 60 günlük möhlətdən istifadə etməyərək vaxtı itirdi və danışıqlar yoluyla optimal bir razılığa nail ola bilmədi. Bu, İranın xarici siyasətində düşünülməmiş və uğursuz addımlar atıldığını göstərir. Belə bir siyasət də məhz bugünkü ağır duruma gətirib çıxarıb...”

“Təsəvvür edin ki, qonşu İraqla İranın münasibətləri yaxşı idi, amma indi o da İranla hər hansı bir iqtisadi və ticarət əlaqəsini dayandıracaq. İraq öz banklarında İranla maliyyə əməliyyatlarını həyata keçirməkdən də çəkinəcək. Yəni İranın iqtisadi vəziyyəti və beynəlxalq münasibətlərindəki sıxıntılar bu cür vəziyyətə gətirib çıxarır. Və belə bir izolə olunmuş durumda İranın yaşaması və müstəqil şəkildə fəaliyyət göstərməsi olduqca-olduqca çətin olacaq”, -deyə sabiq səfir vurğulayıb.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:89
embedMənbə:https://hurriyyet.az
archiveBu xəbər 24 Sentyabr 2025 15:10 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see201

“Konstitusiya və Suverenlik İli” münasibətilə muzeylərə mediatur təşkil olunub FOTOLAR

23 Dekabr 2025 18:44see187

Zelenski sabah Ukrayna nümayəndə heyətinin ABŞ da danışıqlarla bağlı tam hesabat təqdim edəcəyini bildirib

23 Dekabr 2025 00:22see178

Bu ölkə yaşayış icazəsi və vətəndaşlıq tələblərini sərtləşdirir

24 Dekabr 2025 04:46see168

Elektron siqaretlər qadağan olunur Sahibkarlar xəbərdarlıq edir: Bizneslər bağlanacaq, insanlar işsiz qalacaq

23 Dekabr 2025 09:14see162

iPhone 18 in təqdimat tarixi açıqlanıb

22 Dekabr 2025 22:29see151

Nüşabə Ələsgərli: Bizim dövrümüzdə qızın müğənni olmağına yaxşı baxmırdılar

23 Dekabr 2025 11:03see150

Darçının xərçəng əleyhinə İMKANLARI

23 Dekabr 2025 02:40see148

İnsult riski olanlar bu şirəni içsin...

23 Dekabr 2025 02:11see146

Tərəqqi və rifah siyasəti Fotolar

23 Dekabr 2025 18:16see145

“Barışı ən çox Hande ilə yaraşdırıram” Gupse Özay

23 Dekabr 2025 20:41see144

FHN ASAN Xidmətdə təlim keçirdi Foto

23 Dekabr 2025 11:05see143

Mövsümi qripdən qorunmağın 5 yolu Mütəxəssisdən tövsiyə

23 Dekabr 2025 06:07see140

Cəlilabadda sakinləri təngə gətirən PROBLEM

23 Dekabr 2025 08:38see139

Vizada dəyişiklik: Seçim artıq təsadüfi olmayacaq

24 Dekabr 2025 15:45see137

Gümüşün qiyməti tarixi maksimumunu yeniləyib

23 Dekabr 2025 22:41see136

Qarabağ Koxalski ilə bağlı qərarını qətiləşdirdi

23 Dekabr 2025 01:26see135

Eşref Rüya ya vida edəcək FOTO

23 Dekabr 2025 00:04see134

Şəhid qızı olan məhkəmə hakimi yol qəzasında öldü

22 Dekabr 2025 20:56see133

Gürcüstanın Baş naziri İrakli Kobaxidze İlham Əliyevi təbrik edib

22 Dekabr 2025 21:55see132
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri