Icma.az
close
up
RU
“Bu sənəd sülhə və təhlükəsizliyə yol açır” Vüqar Rəhimzadə

“Bu sənəd sülhə və təhlükəsizliyə yol açır” Vüqar Rəhimzadə

Icma.az bildirir, Qafqazinfo portalına istinadən.

“Azərbaycan-Türkiyə qardaşlığının, dostluğunun, müttəfiqliyinin Şuşanın şahidliyi ilə rəsmiləşdirildiyi  15 iyun 2021-ci il  tarixindən 4 il keçir. Şuşa Bəyannaməsi Azərbaycan-Türkiyə münasibətlərində yeni mərhələnin başlanğıcı oldu. Tarixi köklərə, qardaşlığa əsaslanan Azərbaycan-Türkiyə əlaqələri bütün sahələrdə, o cümlədən siyasi, iqtisadi-ticarət, humanitar, hərbi və digər sahələrdə bu gün ən yüksək zirvədədir”.

“Qafqazinfo” xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı Vüqar Rəhimzadə KİV-ə açıqlamasında bildirib.

Deputat qeyd edib ki, qardaş ölkələrimiz beynəlxalq müstəvidə də bir-birini birmənalı olaraq dəstəkləyir:

“Xalqlarımızın eyni soykökünə, dilə, dinə, mədəniyyətə və bir çox digər qarşılıqlı bağlara malik olması  iki dost  ölkəni tarixən bir-birinə doğma edib, sevincimiz də, kədərimiz də bir olub. Dövlət başçısı İlham Əliyevin qeyd etdiyi kimi, Şuşa  Bəyannaməsi tarixə əsaslanır. Bəyannamədə xalqlarımızın böyük liderləri, öndərləri Mustafa Kamal Atatürkün və Heydər Əliyevin kəlamları öz əksini tapıb. XX əsrin əvvəllərində Mustafa Kamal Atatürk  Azərbaycanın sevinci sevincimiz, kədəri kədərimizdir, XX əsrin sonlarında isə Ümummilli Lider  Heydər Əliyev Türkiyə və Azərbaycan bir millət, iki dövlətdir demişlər. Bu tarixi sözlər, kəlamlar  fəaliyyətimiz üçün əsas amildir. Bu vəsiyyətə sadiqik və XXI əsrdə azad edilmiş Şuşada Müttəfiqlik Bəyannaməsini imzalayarkən əcdadlarımıza sadiqliyimizi nümayiş etdiririk və gələcək nəsillərə yol göstəririk.

Şuşa Bəyannaməsi Azərbaycan-Türkiyə qardaşlığını bir daha bütün dünyaya çatdıran mesaj oldu. Türkiyə 2020-ci il Vətən müharibəsi dövründə Azərbaycanın ərazi bütövlüyünə və haqlı mübarizəsinə göstərdiyi birmənalı mənəvi-siyasi dəstəklə qardaşlığını  nümayiş etdirdi. Azərbaycan Cənubi Qafqazın ən böyük enerji resursuna malik ölkəsi olaraq Türkiyə vasitəsilə Avropaya enerji tədarükünü uğurla davam etdirir. Bu əməkdaşlığın əsasını Bakı-Tbilisi-Ceyhan neft kəməri və Bakı-Tbilisi-Ərzurum qaz kəməri kimi strateji layihələr təşkil edir. 2020-ci ildən tam fəaliyyətə başlayan TANAP  layihəsi isə Azərbaycan qazını Türkiyə üzərindən Avropaya çatdırmaq üçün yeni imkanlar yaradıb. TANAP Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında və Azərbaycanın enerji ehtiyatlarının dünya bazarına çıxarılmasında mühüm rol oynayır”.

Millət vəkilinin sözlərinə görə, genişlənən enerji əməkdaşlığı çərçivəsində Azərbaycan və Türkiyə arasında daha bir mühüm layihə isə İğdır-Naxçıvan qaz kəməridir:

“Bu layihə uzun illər blokada şəraitində yaşamış Naxçıvan Muxtar Respublikasının enerji təhlükəsizliyini təmin etməklə yanaşı, regionun iqtisadi və sosial inkişafına da töhfə verir. Uzaqgörən siyasi yanaşmanın nəticəsi olan bu kəmər Naxçıvanın təbii qaz təminatında etibarlı alternativ rolunu oynayır və bir mənbədən asılılığın aradan qaldırılmasına şərait yaradır. İki ölkə arasında ticarət dövriyyəsi də ildən-ilə artır, qarşılıqlı sərmayə qoyuluşu genişlənir, birgə sənaye zonaları yaradılır”.

Vüqar Rəhimzadə vurğulayıb ki, Şuşa Bəyannaməsi müttəfiqlik münasibətlərinin geostrateji əhəmiyyətini artırır:

“Ölkələrimiz arasındakı müttəfiqlik əlaqələri siyasət, beynəlxalq müstəvidə birgə əməkdaşlıq, iqtisadiyyat, enerji təhlükəsizliyi, nəqliyyat, mədəniyyət, təhsil, ordu quruculuğu və digər strateji sahələri əhatə edir. Bu sənəd sülhə və təhlükəsizliyə yol açır,  bölgədə inteqrasiya proseslərini stimullaşdırır. Bəyannamədə nəzərdə tutulan hərbi əməkdaşlıq, regional əhəmiyyət daşıyan iqtisadi layihələr və bütün digər müstəviləri əhatə edən təşəbbüslər hər iki ölkənin beynəlxalq nüfuzunu artırır. Sənəd qardaş ölkələrimiz arasında münasibətlərin gələcəyini müəyyən edir və Azərbaycan-Türkiyə əlaqələrini ən yüksək səviyyəyə qaldırır.

Mədəni-humanitar sahələrdə birgə layihələr, qarşılıqlı incəsənət və təhsil proqramları, media platformalarında əməkdaşlıq xalqlarımız arasında qardaşlıq münasibətlərinin daha da güclənməsinə şərait yaradır. Türk Dövlətləri Təşkilatının platformasında aparılan birgə təşəbbüslər isə ikitərəfli münasibətlərin çoxtərəfli formata keçməsi baxımından mühüm əhəmiyyət kəsb edir. Bu günlərdə Laçından dünyaya çatdırılan Azərbaycan-Türkiyə-Pakistan birliyi, həmrəyliyi də bunun bariz nümunəsidir. 28 May-Müstəqillik Günü Azərbaycan-Türkiyə qardaşlığının növbəti təntənəsi oldu. İki dost, qardaş ölkənin prezidentlərinin iştirakı ilə Laçın Beynəlxalq Hava Limanının açılışı oldu. Bundan öncə isə Azərbaycan və Türkiyə prezidentləri 2021-ci ildə Füzuli, 2022-ci ildə isə Zəngilan Beynəlxalq Hava  limanlarının açılışında iştirak etmişdilər. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Müstəqillik Günü ilə bağlı Laçında təşkil edilən tədbirdəki çıxışında bir daha bildirdi: “Bəli, obamız, yuvamız və göz bəbəyimiz Azərbaycan ilə aramızdakı məhəbbəti, inşallah, gücləndirərək davam etdirəcəyik. Bu xoş gündə olduğu kimi, Allah göstərməsin, çətin günlərində də Azərbaycan xalqının hər zaman yanında olacağıq. Rəbbimdən Azərbaycan-Türkiyə qardaşlığını əbədi və daimi etməsini diləyirəm.”

Vüqar Rəhimzadə qeyd edib ki, iki ölkə arasında münasibətlər səmimi, qarşılıqlı və qardaşlıq əsaslıdır.:

“Azərbaycan və Türkiyə bu gün yalnız strateji tərəfdaşlar deyil, həm də regional və qlobal miqyasda ortaq maraqları müdafiə edən, bir-birinə arxa duran müttəfiq dövlətlərdir. İşğaldan azad olunmuş ərazilərin yenidən qurulması prosesində də Azərbaycan ilə Türkiyə arasında sıx əməkdaşlıq mövcuddur. Şuşa Bəyannaməsində əksini tapan və iqtisadi inkişafa təkan verəcək məsələlərdən biri də ölkələrimizin qarşılıqlı surətdə investisiya qoyuluşlarını həyata keçirmələrindən, habelə bu sahədə strateji məqsədlərin olmasından ibarətdir. Qarşılıqlı investisiya qoyuluşları ölkələrimizin iqtisadiyyatının sürətli inkişaf etməsinə, zəruri sahələrin genişləndirilməsinə, strateji sahələrin daha da təkmilləşdirilməsinə şərait yaradır, inteqrasiyanı dərinləşdirir. Bəyannamə əsasında Azərbaycan və Türkiyə, bir-biri ilə ticarət-iqtisadi münasibətlərdə milli iqtisadiyyatların və ixracın şaxələndirilməsinə nail olmuşlar. Müdafiə sahəsində əməkdaşlıq və qarşılıqlı hərbi yardım məsələlərinin Bəyannamədə əks olunması tarixi nailiyyətdir. Ölkələrimiz bundan sonra da bir-birinin təhlükəsizliyini təmin edəcək. Müdafiə sənayesi sahəsində əlaqələrin inkişafı qardaş ölkələrimizin hərbi qüdrətini artıracaq”.

Millət vəkili bu mühüm məqamı da xüsusi qeyd edib ki, Bəyannamənin imzalanmasından sonra Şuşada hər il 15 uyun tarixində ənənəvi olaraq konfranslar keçirilir.:

“Yeni Azərbaycan Partiyasının təşkilatçılığı ilə 2022-ci ildə bu əsrarəngiz məkanda Şuşa Bəyannaməsinin birinci ildönümü münasibətilə “Azərbaycan-Türkiyə strateji müttəfiqlik münasibətləri Qafqaz və region üçün sülh və sabitlik mənbəyidir” , 2023-cü ildə “Qurtuluşdan Zəfərə”,   2024-cü ildə isə  “Türk Dövlətləri Təşkilatı: geosiyasi reallıqlar və qlobal kataklizmlər fonunda yeni strateji hədəflərə doğru” mövzusunda beynəlxalq konfrans keçirilib. Bu ənənə uğurla davam etdirilir. Keçirilən hər bir tədbir Azərbaycan-Türkiyə münasibətlərinin dünəninə, bugününə və gələcəyinə işıq salmaqla yanaşı, azad Qarabağdan dünyaya bu birliyin, həmrəyliyin təqdimatı olur. Azərbaycan-Türkiyə birliyi sarsılmazdır”.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:122
embedMənbə:https://qafqazinfo.az
archiveBu xəbər 14 İyun 2025 14:35 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Almaniyada neft kəmərində ciddi qəza: terror aktı...

11 Dekabr 2025 02:07see209

Donbas iddiası təsadüfi deyil: Rusiya və ABŞ arxa planda razılaşıb

11 Dekabr 2025 13:27see191

Fransada etirazçılara qarşı gözyaşardıcı qaz və səs qumbarasından istifadə edilib

12 Dekabr 2025 16:22see167

OKX də Avtomatlaşdırılmış P2P Sifariş İcrası işə düşdü

11 Dekabr 2025 12:12see147

Mətanət sürücülərdən şikayətləndi: Söyüş yiyəsi olmayın

11 Dekabr 2025 09:29see146

“Real Madrid” də məğlub oldu Yenilənib

11 Dekabr 2025 02:23see141

Vikinq kimi yaşayır Video

12 Dekabr 2025 08:55see140

Mədəniyyət Nazirliyi Bəxtiyar Vahabzadənin yubiley gecəsinin biletlərini 140 manata satıb

11 Dekabr 2025 12:41see140

Stiven Siqal: “Amerika kinosu daha obyektiv olmalıdır”

11 Dekabr 2025 02:45see137

Özcan Dənizin inanılmaz sərvəti ÜZƏ ÇIXDI FOTO

11 Dekabr 2025 23:53see136

Fransada uşaq və yeniyetmələrin sosial şəbəkələrə girişi məhdudlaşdırılacaq

11 Dekabr 2025 03:26see136

Bakıda bu yolda işıqforun hər üç işığı eyni anda yanır

12 Dekabr 2025 08:55see134

Paşinyan Azərbaycana bu iki mövzunu paralel olaraq bağlamağı təklif etdi...

11 Dekabr 2025 09:22see133

Almaniya səmasında müəmma: Rusiya hücuma keçib? Heyrətamiz

11 Dekabr 2025 02:23see132

Üzgüçülük üzrə Azərbaycan çempionatı start götürüb

11 Dekabr 2025 20:15see132

Zelenski yeni sülh planı vəd edir: Müharibə bu həftə dayanacaq? ŞƏRH

11 Dekabr 2025 17:36see130

İsrailin işğal siyasəti İranı nüvə silahına itələyir ŞƏRH

12 Dekabr 2025 04:26see129

İlham Rəhimovun gömrükdə işləyən qohumu həbs edildi

11 Dekabr 2025 16:56see125

“Daxilmdə nəsə mənə kifayət qədər yaxşı olmadığımı deyirdi” Norris

12 Dekabr 2025 02:00see122

Ukrayna millisi DÇ 2026 nın seçmə mərhələsinin pley offunda ev oyunlarını keçirəcəyi yeri müəyyən edib

12 Dekabr 2025 01:05see120
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri