Icma.az
close
up
RU
Bu Sərəncam Prezidentin dövlətçilik tariximizə olan sevgi və ehtiramını göstərir

Bu Sərəncam Prezidentin dövlətçilik tariximizə olan sevgi və ehtiramını göstərir

Moderator.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Məlum olduğu kimi, Prezident İlham Əliyev Fətəli xan Xoyskinin 150 illik yubileyinin keçirilməsi haqqında Sərəncam imzalayıb.

Azərbaycan Xalq Cümhuriyyətinin ilk baş naziri ilə bağlı dövlət başçısı tərəfindən belə bir Sərəncamın imzalanması mühüm tarixi-siyasi və eləcə də mənəvi əhəmiyyətə malikdir.

Fətəli xan Xoyskinin 150 illik yubileyinin keçirilməsi haqqında Sərəncam hər şeydən öncə Prezident İlham Əliyevin Azərbaycanın dövlətçilik tarixinə, Cümhuriyyət tarixinə olan sevgi və ehtiramını göstərir. Bu fakt sübut edir ki, dövlət başçısı Azərbaycanın sadəcə mövcud dövlətçilik tarixinə, bugünkü uğur və nailiyyətlərinə deyil, həm də dünəninə, xalqımızın keçib gəldiyi yola, tarixdə əldə etdiyi zəfərlərə, böyük şəxsiyyətlərimizə həssaslıqla yanaşır, onların təbliğinə xüsusi diqqət yetirir.

Fətəli xan Xoyskinin 150 illik yubileyinin keçirilməsi haqqında Sərəncam, həm də Azərbaycanın dövlətçilik tariximizin yaşadılması, bu tarixin təbliği deməkdir. Bu Sərəncam və ondan irəli gələn vəzifələrin icrası heç şübhəsiz, gənc nəslin dövlətçilik tariximizi daha dərindən mənimsəməsinə, habelə, dövlətçilik şüurunun daha da inkişafına dəstək verəcək.

Nəhayət, Fətəli xan Xoyskinin 150 illik yubileyinin keçirilməsi haqqında Sərəncam, həm də Prezidentin demokratiyaya, demokratik dəyərlərə olan münasibətindən xəbər verir. Çünki məhz Fətəxli xan Xoyskinin rəhbərlik etdiyi hökumət kabineti demokratik dövlət idarəçiliyi baxımından sadəcə ölkəmizdə deyil, bütün Şərqdə və Qərbdə inqilabi hesab ediləcək yeniliklər tətbiq etmiş, əsl demokratik dövlət modeli formalaşdırmışdır. Bu mənada Fətəli xan Xoyskinin 150 illik yubileyinin keçirilməsi haqqında Sərəncam, həm də Azərbaycanın demokratik dövlətçilik ənənələrini davam etdirmək, demokratiyanı daha da dərinləşdirmək istiqamətində atılan mühüm addımdır.

Bu baxımdan əminliklə demək olar ki, məlum Sərəncam yalnız bugünümüz üçün deyil, gələcəyimiz baxımından da mühüm önəm kəsb etməkdədir. Hansı ki, yaxın gələcəkə bu kimi addımların faydasını daha aydın və miqyaslı şəkildə hiss edəcəyik.

Seymur ƏLİYEV

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:82
embedMənbə:https://moderator.az
archiveBu xəbər 18 Sentyabr 2025 19:45 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hakan Fidan: “İrana hərbi müdaxilə həll yolu deyil”

24 Oktyabr 2026 14:29see499

Gələcəyə inamını itirən gənclik Niyə yatırım etmək əvəzinə kor koranə pul xərcləyirlər?

24 Oktyabr 2026 15:01see272

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see267

Mask "Starlink"i Ukrayna üçün niyə bağladığını açıqladı

25 Oktyabr 2026 00:38see265

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

25 Oktyabr 2026 00:07see258

Qavi El Klasiko öncəsi “Real Madrid”dən ehtiyat etdiyini gizlətməyib

25 Oktyabr 2026 00:32see257

Qazaxıstanlı filosoflar AMEA da elmi nəzəri təcrübə keçiblər

24 Oktyabr 2026 16:08see256

Ronaldo tarixə düşdü

24 Oktyabr 2026 04:57see245

Bundesliqa: Bremenlilər dramatik matçda sevindi

25 Oktyabr 2026 00:13see226

Zeytun Festivalında estrada ulduzlarının konserti olub

24 Oktyabr 2026 23:08see226

Bağırsaqlar üçün faydalı QİDALAR

25 Oktyabr 2026 00:37see224

Zeytun Festivalı əyləncəli proqramla yadda qalıb FOTOLAR

25 Oktyabr 2026 00:33see221

Gəzdikcə doymadığın, ayrıldıqca darıxdığın şəhər REPORTAJ

24 Oktyabr 2026 13:48see215

Piyada keçidində 3 nəfərin vurulduğu qəzanın ANBAAN VİDEOSU

24 Oktyabr 2026 15:35see214

Prezident millinin qollarından danışdı: Hamısı gözəl idi...

25 Oktyabr 2026 00:12see211

Zeytunla başlayan, musiqi ilə davam edən gün Fotolar

24 Oktyabr 2026 18:13see207

Dövlət Bağçalının Azərbaycana qarşı mövqeyi alqışa layiqdir Politoloq

24 Oktyabr 2026 21:51see202

Restoran biznesi çökür 700 minlik iddia

24 Oktyabr 2026 14:11see202

Heyva doğrandıqdan sonra niyə qaralır? Rəngini qorumağın praktik yolları

25 Oktyabr 2026 00:38see199

Azərbaycanda istehsal olunan dərmanlar SİYAHI

24 Oktyabr 2026 17:56see196
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri