Icma.az
close
up
RU
“Bu sərəncam Rusiyanın sülhdə maraqlı olmadığı mesajıdır...”

“Bu sərəncam Rusiyanın sülhdə maraqlı olmadığı mesajıdır...”

Icma.az, Adelet.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

“Rusiya prezidenti Vladimir Putin Ukraynanın işğal olunmuş ərazilərində yaşayış məntəqələrinin adlarını SSRİ və Çar Rusiyası vaxtında olan adlara dəyişməsi barədə sərəncam imzaladı. Bu sərəncam Rusiyanın sülhdə maraqlı olmadığını və Qərbə bu əraziləri güzəştə getməyəcəyi mesajıdır. Çünki, intensiv danışıqlar prosesində Putinin bu sərəncamı təsadüfi deyil”. 

Adalet.az xəbər verir ki, bunu politoloq Məhəmməd Əsədullazadə deyib. 

Onun sözlərinə görə, bundan əlavə, Rusiya bununla əsas strateji məqsədinin keçmiş Çar Rusiyasının vaxtı ilə işğal etdikləri ərazilərini bərpa etməsidir: 

“Çar Rusiyası  Azərbaycanı işğal edəndə yaşayış məntəqələrinin adını dəyişmişdi. Eyni analoji siyasət,18-19 əsrin eyni təfəkkürü Kremldə hakimdir. Rusiya Ukraynada taktiki üstünlük əldə edəcəksə, Cənubi Qafqaza ciddi təzyiqlər edəcək. Təsadüfi deyil ki, danışıqlar prosesində ABŞ ilə ortaq məxrəcə gələn Kreml rəhbərliyi Türkiyənin gəmilərini hədəf seçir, Azərbaycan və Ermənistana Yekun sülh müqaviləsini Moskvada bağlanmasına çağırır. Bununla Cənubi Qafqazda öz geosiyasi mövqelərini yenidən möhkəmləndirilməsinə çalışır”. 

Politoloq bildirib ki, Rusiya ABŞ və Avropa arasında dərin fikir ayrılıqları yaratsa da, ABŞ Ukraynaya 800 milyon dollar hərbi paket ayırdı: 

“Həmçinin Avropa İttifaqı yeni güc kimi həlledici rola çıxır. Rusiya nə qədər istəsə, öz beynəlxalq mövqelərini gücləndirə bilməyəcək. Həmçinin qonşularına qarşı aqressiyası daxili siyasi parçalamaya gətirib çıxara bilər. Onsuz Rusiya -Ukrayna müharibəsinin nəticələri Rusiya cəmiyyətində bir müddətdən sonra mənfi nəticələri ortaya çıxacaq. Bu özünü siyasi və sosial sahədə göstərəcək. 21-ci əsrdə imperiyanı bərpa etmək istiqamətində atılan hərbi addımlar daxildə siyasi təlatümlərə yol açacaq”.

Vasif

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:171
embedMənbə:https://adalet.az
archiveBu xəbər 19 Dekabr 2025 12:27 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Cənubi Qafqazda sülh perspektivi regional iqtisadi əməkdaşlığın genişləndirilməsi üçün yeni imkanlar yaradır

27 Noyabr 2026 20:07see304

Tolerantlıq həm də qarşılıqlı etimadın bərpası deməkdir

27 Noyabr 2026 14:34see290

Avropanın Azərbaycana marağının artması son illərdə formalaşan yeni geosiyasi və iqtisadi reallıqların nəticəsidir

27 Noyabr 2026 20:01see268

Psixoloji gərginliyin artmasının əsas səbəbləri nələrdir? PSİXOLOQ AÇIQLADI

27 Noyabr 2026 12:12see266

Mərkəzi Gömrük Hospitalı tərəfindən Gəncə şəhərində genişmiqyaslı tibbi sosial tədbirlər keçirilib

27 Noyabr 2026 13:35see261

Azərbaycanda fabrik direktoru vəfat etdi

27 Noyabr 2026 17:38see259

Duş qəbul etmək üçün ən doğru vaxt hansıdır? Mütəxəssis AÇIQLADI

27 Noyabr 2026 11:31see258

Silikon qablar nə zaman təhlükəli olur? MÜTƏXƏSSİS AÇIQLADI

27 Noyabr 2026 11:07see249

Kardioloq qəhvənin ürəyə zərərli olması fikrinə qarşı ÇIXIB

27 Noyabr 2026 23:45see240

Mədəaltı vəzi xərçənginə qarşı yeni həbb

27 Noyabr 2026 11:13see239

Daha bir tarixi abidəyə müdaxilə İcra hakimiyyəti işə qarışdı

27 Noyabr 2026 18:15see233

Keçənlərdən kiçik bir epizod... FOTO

27 Noyabr 2026 17:40see225

Valeh Ağayev vəfat etdi

27 Noyabr 2026 18:29see222

Neftçalada yerləşən balıqçılıq təsərrüfatı müəssisəsi özəlləşdirilib

27 Noyabr 2026 18:43see221

Bağırsaqda yara hansı xəstəliklərin əlaməti ola bilər? VİDEO

27 Noyabr 2026 15:20see219

Sənədsiz torpaq sahiblərinə ŞAD xəbər: Bu tarixdən çıxarış ala biləcəklər

27 Noyabr 2026 09:40see217

Bu müəllimlərin diqqətinə!

27 Noyabr 2026 20:20see217

Robotlar dünya iqtisadiyyatını dəyişəcək: İlk humanoid köməkçilər 15 ilə evlərə daxil ola bilər

27 Noyabr 2026 16:24see217

Söz içində... Sözümüz...

27 Noyabr 2026 17:30see212

Özcan Deniz və Deniz Çakırın narkotik test nəticələri məlum oldu

27 Noyabr 2026 21:57see203
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri