Bu şəxs Ramiz Mehdiyevlə əlaqəsinə görə işdən çıxarılıb?
Icma.az, Konkret.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Məlum olduğu kimi, bir müddət əvvəl Azərbaycanın ən iri aktivlərə sahib dövlət bankı olan “Azərbaycan Beynəlxalq Bankı” ASC-nin (ABB) İdarə Heyəti sədrinin birinci müavini Həbibullayev İlham Səbahəddin oğlu vəzifəsindən azad edilib.
Yerli mediada onun öz istəyi ilə vəzifədən ayrıldığı qeyd edilsə də, amma, vəzifəsini tərk etməsinin səbəbi açıqlanmayıb. Bank dairələrindən “PostMedia”ya bildirilib ki, əslində ABB sədrinin birinci müavininin işdən azad olunması onun Ramiz Mehdiyevlə əlaqəsinin üzə çıxması ilə bağlıdır. Nəticədə ABB-nin ikinci şəxsi işdən çıxmaqla bağlı ərizə yazmağa məcbur olub.
Eyni məsələ üzrə daha hansı əməkdaşların vəzifəsini tərk etməsi ilə haqqında məlumat yoxdur.
KONKRET.az bildirir ki, məsələ ilə bağlı “PostMedia” tərəfindən ABB-nin mətbuat xidmətinə ünvanlanan yazılı sorğuya cavab verilməyib.
Xatırladaq ki, Ramiz Mehdiyev 2025-ci ilin oktyabrın 14-də saxlanılıb. Səbail rayon məhkəməsi xüsusilə ağır cinayət əməllərinə görə cinayət məsuliyyətinə cəlb edilmiş R.Mehdiyev barədə verilmiş vəsatəti təmin edərək, 4 ay müddətinə ev dustaqlığı qətimkan tədbiri seçib.
R.Mehdiyev Cinayət Məcəlləsinin 278.1 (dövlət hakimiyyətini ələ keçirməyə yönələn əməllər), 274 (dövlətə xəyanət) və 193-1.3.2-ci (cinayət yolu ilə əldə edilmiş əmlakı leqallaşdırma) maddələri ilə ittiham edilir.
Baxış sayı:85
Bu xəbər 30 Dekabr 2025 11:18 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















