Ramiz Mehdiyevlə bağlı QƏRAR
Bakivaxti saytına istinadən Icma.az xəbər verir.
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Rəyasət Heyəti Ramiz Mehdiyevin AMEA üzvlüyündən çıxarılması ilə bağlı Ümumi Yığıncağın qərarını təsdiqləyib.
Bakıvaxtı.az xəbər verir ki, bir neçə gün əvvəl AMEA Rəyasət Heyətinin iclasında səsə qoyularaq qəbul edilən üzvlükdən çıxarılma barədə qərar Akademiyanın Ümumi Yığıncağı tərəfindən qəbul olunub.
Xatırladaq ki, Ramiz Mehdiyev barəsində ötən il Cinayət Məcəlləsinin 193-1.3.2-ci (cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılması), 274-cü (dövlətə xəyanət) və 278.1-ci (hakimiyyəti zorla ələ keçirməyə və ya dövlətin konstitusiya quruluşunu zorla dəyişdirməyə yönələn hərəkətlər) maddələri ilə cinayət işi başlayıb. Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə o, 14 il müddətinə azadlıqdan məhrum edilib. Ramiz Mehdiyevin yaşı və xəstəlikləri ilə əlaqədar sağlamlıq vəziyyəti nəzərə alınmaqla Cinayət Məcəlləsinin 70-ci maddəsinə əsasən təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının şərti olmasına qərar verilib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:77
Bu xəbər 30 Oktyabr 2026 17:27 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















