Icma.az
close
up
RU
Bu şəxslər işdən azad edilə bilər AÇIQLAMA

Bu şəxslər işdən azad edilə bilər AÇIQLAMA

Sfera.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Keçən həftə Nizami rayonu, Heydər Əliyev prospekti ilə Ələsgər Qayıbov küçəsinin kəsişməsində yol-nəqliyyat hadisəsi baş verib. 

Xəbər verdiyimiz kimi, "Bolt" şirkətinin taksisi kənar yoldakı beton maneəni dağıdaraq prospektin əsas hissəsinə düşüb. Qəzadan sonra sosial şəbəkələrdə sürücü, 1974-cü il təvəllüdlü Anar Nəcəfovla bağlı müxtəlif iddialar irəli sürülüb.


Taksi qəzasında xəsarət almış sərnişin bildirib ki, Bolt-dan sifariş verdikdə proqramda olan sürücü yox, başqası gəlib. Məlum olur ki, həmin şəxs başqasının adına qeydiyyatdan keçərək qanunsuz taksi fəaliyyəti ilə məşğul olub. Həmin sürücü haqqında həbs qərarı verilib. Eyni zamanda şəxsin epilepsiya xəstəliyi olduğu deyilib.  

Bəzi şəxslər sistemdə qeydiyyatdan keçə bilmədiyindən başqalarının məlumatlarından istifadə edirlər. Belə halların qarşısının alınması üçün nə etmək lazımdır?

Mövzu ilə bağlı Sfera.az-a açıqlama verən nəqliyyat eksperti Aslan Əsədov bu cür halların qarşısını almağın çətin olduğunu və bu vəziyyətin ümumi iş prinsipinə uyğun gəlmədiyini deyib. 

Ekspertin sözlərinə görə, belə vəziyyətin yaranması vətəndaşlarda narazılıq yaradan əsas amillərdəndir: “Buna görə də aidiyyəti qurumların nəzarətinin daha güclü olması vacibdir. Dövlət qurumları bu sahədə daha ciddi təsir və nəzarət mexanizmlərinə malik olmalıdır ki, gələcəkdə oxşar problemlərin baş verməsinin qarşısı alınsın. Digər nümunələr isə arxa planda qalır. Hazırda məsələni qeydiyyata alan və prosesə nəzarət edən qurum eyni zamanda bu vəziyyətə görə cavabdehlik daşıyır. Məsuliyyət birbaşa həmin qurumun əməkdaşlarının üzərinə düşür”.


A.Əsədov istər epilepsiya xəstəsi, istərsə də hər hansı asılılıq problemi olan şəxslər müəyyən hallarda işdən uzaqlaşdırılmalı olduğunu vurğulayaraq bildirib ki, əks təqdirdə, bu, cəmiyyət üçün ciddi təhlükələr yarada bilər.

Fidan Hacızadə
 

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:191
embedMənbə:https://sfera.az
archiveBu xəbər 14 Aprel 2025 14:21 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see293

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see290

Aİ Ukraynanı ABŞ təhdidləri qarşısında tək buraxmayacaq

21 Oktyabr 2026 16:06see274

“Borussiya”nın qapıçısı “Sabah”ın təzyiqindən danışdı

21 Oktyabr 2026 04:27see258

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see249

Hövsanda küçə itləri sakinləri qorxuya salır ŞİKAYƏT

21 Oktyabr 2026 19:45see243

“Barselona“ Dani Olmonun zədəsinin ciddi olduğunu açıqlayıb

21 Oktyabr 2026 21:22see238

“28 Mall”ın yaxınlığında ölüm hadisəsi baş verdi

21 Oktyabr 2026 18:31see233

Türkiyədə məşhur pop qrupunun meneceri üç ilədək azadlıqdan məhrum edilə bilər

21 Oktyabr 2026 21:28see227

The Guardian: Ukraynanın gələcəyi Tramp və Putinə məxsus deyil...

21 Oktyabr 2026 21:29see226

Politoloq: Türkiyə Azərbaycan münasibətlərini böhran həddinə çatdıran şəxslər müəyyənləşdirilməlidir

21 Oktyabr 2026 21:21see215

Havalı Alı Rüstəm Dastanoğlunun hekayəsi

21 Oktyabr 2026 18:10see203

Yoxa çıxan avropalı müşahidəçilər: “təhlükəsizlik mütəxəssisləri” haradadırlar?

21 Oktyabr 2026 10:33see200

Çörək yeyəndən sonra niyə yuxumuz gəlir?

21 Oktyabr 2026 15:46see199

Günel Afrikadan qız uşağı övladlığa götürmək istəyir

21 Oktyabr 2026 15:52see197

Çin üçtəkərli avtomobil buraxdı

21 Oktyabr 2026 21:19see197

Bakıda milyonluq hazırlıqlar başladı Qarlı havalarla bağlı

21 Oktyabr 2026 18:31see194

“Lap başımı itirmişəm, fikirləşirəm ki, kasıblar nə edir?” Hicran Nəsirova

21 Oktyabr 2026 20:18see183

Səhiyyə Nazirliyi: Ölkəyə qripə qarşı vaksinlər gətirilib

21 Oktyabr 2026 14:13see183

Sülh müqaviləsini ləngidən Paşinyan nəyi gözləyir, yaxud Paşinyanı nə gözləyir?

21 Oktyabr 2026 21:18see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri