Bu şəxslər Naxçıvan Ali Məclisinin sədri seçilə bilər
Unikal.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri seçilməsinə dair tələblər dəyişir.
"Unikal" xəbər verir ki, bu, “Naxçıvan Muxtar Respublikasının Konstitusiyasında dəyişikliklərin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Konstitusiya qanununun layihəsində əksini tapıb.
Layihəyə əsasən, 29-cu maddənin II hissəsinin yeni redaksiyada verilməsi təklif olunub.
Belə ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin ali təhsilli hər bir deputatı Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri seçilə bilər.
Qüvvədə olan Konstitusiyaya görə, Naxçıvan Muxtar Respublikasının ərazisində beş ildən az olmayaraq daimi yaşayan, başqa dövlətlər qarşısında öhdəliyi olmayan, ali təhsilli, ikili vətəndaşlığı olmayan Naxçıvan Muxtar Respublikası Ali Məclisinin hər bir deputatı Ali Məclisin sədri seçilə bilər.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:53
Bu xəbər 20 İyun 2025 12:51 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















