Icma.az
close
up
RU
Naxçıvan Ali Məclisinin daxili qaydaları dəyişir

Naxçıvan Ali Məclisinin daxili qaydaları dəyişir

Modern.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Oktyabrın 17-də Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin birinci müavini Bəxtiyar Məmmədovun sədrliyi ilə yeddinci çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin 2025-ci il payız sessiyasının növbəti iclası keçirilib.

Modern.az-ın məlumatın görə, Ali Məclisin mətbuat xidmətindən bildirilib ki, Ali Məclis sədrinin birinci müavini Bəxtiyar Məmmədov iclasın gündəliyinə “Naxçıvan Muxtar Respublikasının 2023-cü il 1 avqust tarixli 26-VI QN nömrəli Qanunu ilə təsdiq edilmiş “Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Daxili Nizamnaməsi”ndə dəyişiklik edilməsi haqqında” Naxçıvan Muxtar Respublikası Qanununun layihəsi (birinci oxunuş), “Naxçıvan Muxtar Respublikası Ali Məclisinin komitələri haqqında” Naxçıvan Muxtar Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Naxçıvan Muxtar Respublikası Qanununun layihəsi (birinci oxunuş) və cari məsələlərin daxil edildiyini bildirib.

Gündəlik təsdiq olunduqdan sonra müzakirəyə çıxarılan birinci məsələ ilə bağlı Ali Məclis sədrinin birinci müavini qeyd edib ki, deputatların Ali Məclisin plenar iclaslarında iştirakı ilə bağlı məsuliyyətinin və intizamın artırılması məqsədilə “Naxçıvan Muxtar Respublikasının 2023-cü il 1 avqust tarixli 26-VI QN nömrəli Qanunu ilə təsdiq edilmiş “Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Daxili Nizamnaməsi”ndə dəyişiklik edilməsi haqqında” Naxçıvan Muxtar Respublikasının Qanun layihəsi hazırlanıb və deputatlara paylanılıb. Layihə Hüquq siyasəti komitəsinin iclasında müzakirə olunub.

Ali Məclisin Hüquq siyasəti komitəsinin sədri Əjdər Əliyev qanun layihəsi barədə məlumat verib və komitənin rəyini diqqətə çatdırıb.

Bildirilib ki, Ali Məclisin protokol qaydasında qəbul edilən qərarı ilə layihə birinci oxunuşda qəbul olunur, söylənilmiş təkliflər və iradlar nəzərə alınmaqla onun üzərində iş davam etdirilir.

Sonra “Naxçıvan Muxtar Respublikasının 2023-cü il 1 avqust tarixli 26-VI QN nömrəli Qanunu ilə təsdiq edilmiş “Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Daxili Nizamnaməsi”ndə dəyişiklik edilməsi haqqında” Naxçıvan Muxtar Respublikası Qanununun layihəsi səsə qoyularaq birinci oxunuşda qəbul edilib.

Gündəlikdə duran ikinci məsələ ilə əlaqədar Bəxtiyar Məmmədov diqqətə çatdırıb ki, Ali Məclisin Daxili Nizamnaməsinə əsasən Ali Məclisdə uyğunlaşdırma məqsədilə hazırlanmış, həmçinin texniki xarakter daşıyan dəyişiklikləri nəzərdə tutan qanun layihələrinə bir oxunuşda baxılır. Qanun layihəsi Hüquq siyasəti komitəsinin iclasında müzakirə edilib.

Qanun layihəsi barədə Hüquq siyasəti komitəsinin sədri Əjdər Əliyev məlumat verdikdən və komitənin rəyini diqqətə çatdırdıqdan sonra “Naxçıvan Muxtar Respublikası Ali Məclisinin komitələri haqqında” Naxçıvan Muxtar Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Naxçıvan Muxtar Respublikasının Qanunu səsə qoyularaq qəbul edilib.

Cari məsələlərin müzakirəsi zamanı deputat Canməmməd Canməmmədov vətəndaş müraciətlərinə dair deputatlar tərəfindən dövlət orqanlarına göndərilən sorğuların cavablandırılması məsələsinə toxunub.

Bildirilib ki, bəzi dövlət qurumları tərəfindən deputat sorğularına gec və mahiyyətə uyğun olmayan cavablar verilir.

İclasda məsələnin aidiyyəti üzrə araşdırılacağı qeyd olunub.

Bununla da Ali Məclisin payız sessiyasının iclası başa çatıb.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:313
embedMənbə:https://modern.az
archiveBu xəbər 17 Oktyabr 2025 20:12 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see375

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see373

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see334

“Barselona“ Dani Olmonun zədəsinin ciddi olduğunu açıqlayıb

21 Oktyabr 2026 21:22see323

The Guardian: Ukraynanın gələcəyi Tramp və Putinə məxsus deyil...

21 Oktyabr 2026 21:29see306

Türkiyədə məşhur pop qrupunun meneceri üç ilədək azadlıqdan məhrum edilə bilər

21 Oktyabr 2026 21:28see305

Politoloq: Türkiyə Azərbaycan münasibətlərini böhran həddinə çatdıran şəxslər müəyyənləşdirilməlidir

21 Oktyabr 2026 21:21see301

Antiinhisar “Aztelekom”un qiymət artımı müraciətini rədd edib

22 Oktyabr 2026 17:21see266

Dəbdəbəli həyat tərzi nümayişi qadağası So­sial şə­bə­kə­də ya­zı­lan­lar

23 Oktyabr 2026 07:03see250

Çin üçtəkərli avtomobil buraxdı

21 Oktyabr 2026 21:19see239

Sülh müqaviləsini ləngidən Paşinyan nəyi gözləyir, yaxud Paşinyanı nə gözləyir?

21 Oktyabr 2026 21:18see229

2027 ci ildə zamanın hesablanması dəyişəcək Saatlar necə olacaq?

21 Oktyabr 2026 20:32see200

İldırım vuran sevgilisini iki dəfə “diriltdi”

21 Oktyabr 2026 21:17see199

İran rəsmisi: Uzunmüddətli müharibə ABŞ nin ziyanına olacaq

23 Oktyabr 2026 04:23see197

“Radio milli və informasiya təhlükəsizliyimiz üçün mühüm vasitədir” Hikmət Babaoğlu

23 Oktyabr 2026 12:18see193

Tramp Vensin namizədliyini dəstəkləmək barədə hələ qərar qəbul etməyib

23 Oktyabr 2026 04:52see183

Xorvatiyada “Turan”a məğlubiyyəti şərh etdilər: “Evdə daha yaxşı oynayacağıq”

21 Oktyabr 2026 21:19see181

Zelenski: bu tarixdə ruslarla döyüşsəydik, bu gün müharibə olmazdı

23 Oktyabr 2026 04:19see176

Növbəti köç karvanları Xocavənd və Ağdərəyə çatıb (Yenilənib)

23 Oktyabr 2026 12:58see173

Hamısı məhv edildi Kadırov

23 Oktyabr 2026 01:48see173
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri