Bu şəxslər üçün ixtisas imtahanı keçirildi
Icma.az, Unikal.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Dövlət İmtahan Mərkəzi (DİM) iyulun 17-də qiymətləndirmə fəaliyyəti ilə məşğul olmaq istəyən şəxslər üçün ixtisas imtahanı keçirib.
DİM-dən "Unikal"a bildirilib ki, imtahanda 161 nəfər iştirak edib. İmtahanın nəticələrinə əsasən, müxtəlif istiqamətlər üzrə ümumilikdə 46 namizəd tələb olunan şərtləri ödəyərək uğur qazanıb.
İmtahandan müvəffəqiyyətlə keçmiş namizədlərə imtahanda iştirak etdiyi qiymətləndirmə fəaliyyəti istiqaməti üzrə müvafiq şəhadətnamə təqdim edilir.
İxtisas imtahanından keçməyən şəxslərin qiymətləndirmə fəaliyyəti ilə məşğul olmaq üçün keçirilən imtahanlarda təkrar iştirak etmək hüququ var.
İmtahan nəticələri ilə bağlı Apellyasiya Komissiyası iyulun 21-22-də saat 14:00-dan 17:00-dək DİM-in əsas inzibati binasında fəaliyyət göstərəcək. Ünvan: Bakı şəhəri, Nəsimi rayonu, akademik Həsən Əliyev küçəsi, 299
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:42
Bu xəbər 17 İyul 2025 15:49 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















