Bu şəxslər üçün test imtahanı keçirildi
Icma.az, Bakivaxti saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Xüsusi İcra Məmurlarının Müsabiqə Komissiyası Dövlət İmtahan Mərkəzi ilə birlikdə xüsusi icra məmuru fəaliyyəti ilə məşğul olmaq istəyən şəxslər üçün test imtahanı keçirib.
Bakıvaxtı.az xəbər verir ki, imtahanda namizədlərə xüsusi icra məmurunun fəaliyyətində tətbiq olunan qanunvericiliyə dair 60 sual, məntiqi nəticələr çıxarmaq qabiliyyətini, ümumi bilik səviyyəsini, dünyagörüşünü və ünsiyyət bacarıqlarını müəyyən edən 40 sual olmaqla, ümumilikdə 100 sual təqdim edilib.
Qanunvericilik üzrə hər sual 1 balla, digər suallar üzrə hər biri 0,5 balla qiymətləndirilir, keçid balı isə 55-dir.
İmtahanda 94 namizəd iştirak edib. Namizədlər test imtahanını yekunlaşdırdıqda, topladıqları bal barədə məlumatla tanış olmaq imkanına malikdirlər.
Müsabiqənin test imtahanı mərhələsindən müvəffəqiyyətlə keçən, habelə həmin imtahandan azad olunmuş və müsahibədə iştirak etmək istəyən şəxslər "Xüsusi icra məmuru vəzifəsi üçün müsabiqənin elan edilməsi, müraciətlərin qəbulu və onlara baxılma qaydası"nın 2.3-cü bəndində nəzərdə tutulmuş sənədləri 15 iş günü ərzində saat 9:00-dan 18:00-dək Xüsusi İcra Məmurlarının Müsabiqə Komissiyasına (Bakı şəhəri, İnşaatçılar prospekti 1) təqdim etməlidirlər.
Təqdim etdiyi sənədlərə görə "Xüsusi icra məmurları haqqında" Qanunla müəyyən edilmiş tələblərə cavab verən namizədlər müsabiqənin ikinci mərhələsinə, müsahibəyə buraxılacaqlar.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:93
Bu xəbər 12 İyun 2026 14:11 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















