Icma.az
close
up
RU
Bu şəxslərə faizsiz kredit verilə bilər Türkiyə modeli

Bu şəxslərə faizsiz kredit verilə bilər Türkiyə modeli

Turkstan.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Bəzi ölkələrdə gənc ailələr üçün müəyyən güzəştlər və ya mükafatlar nəzərdə tutulub. Məsələn, bir müddət əvvəl Cənubi Koreyanın Busan şəhərində ailə quran cütlüklərə 38 min dollar veriləcəyi açıqlanmışdı. Səudiyyə Ərəbistanında isə dövlət evlənəcək gənclərə ya maddi yardım verir, ya da aşağı faizli kredit təqdim edir. Həmçinin Rusiya, Qazaxıstanın da bəzi bölgələrində bu ənənə var.

Azərbaycanda da nikah sayının azalması fonunda bu cür yardımlar nəzərdə tutula bilərmi? Gəncləri evliliyə təşviq etmək üçün cərimələr yoxsa mükafatlar daha effektlidir?

Globalinfo.az-a danışan sosioloq Üzeyir Şəfiyev deyib ki, təkcə Azərbaycanda deyil, qlobal miqyasda insanların ailə qurmağa maraqları azalıb:

“Hətta bəzi ölkələrdə bu, sindrom halını alıb. Gənclər o qədər virtual aləmə kökləniblər ki, artıq ünsiyyət ehtiyaclarını da burada realizə edirlər. Bu fonda evlənməyə maraq göstərmirlər. İndi gənclər rahat həyat yaşamaq istəyirlər, nəinki, uşaq, ailə qayğılarını daşımaq. Bu, qlobal tendensiyadır. Azərbaycan üçün xarakterik olmasa da, son bir neçə ildir ölkəmizdə də nikaha girənlərin sayında azalma müşahidə olunur. Həmçinin təbii artımda ləngimə var. İlk növbədə gənclərin ailə qurmağa maraqları niyə azdır, bunu araşdırmaq lazımdır. Əvvəlkilər düşünürdü ki, tez evlənənlə, tez oyanan qazanar. Gəncləri 18 yaşı tamam olan kimi evlənməyə meyilləndirirdilər. Onlar da həyatlarını buna kökləmişdilər. Amma indiki gənclər əvvəlcə təhsil almaq, karyera qurmaq istəyir, daha sonra ailə qurmaq. Buna görə də bu gün nikah müqavilələrinin sayında azalma var”.

Üzeyir Şəfiyev

Ekspert bildirib ki, hökumətin gənclər siyasəti ilə bağlı strategiyası var:

“İpoteka və Kredit Zəmanət Fondunda gənc ailələr üçün müəyyən güzəştlər nəzərdə tutulub. Hesab edirəm ki, bu, onların daha böyük kateqoriyasını əhatə etməlidir. Təbii ki, gənclər arasında məşğulluğu da artırmaq lazımdır. Rəsmi statistikaya görə, onlarla bağlı işsizlik 11 faiz təşkil edir. Deməli bu barədə də əlavə tədbirlərə ehtiyac var. Nə qədər işləyə bilsələr, ailə qurmaqla bağlı da motivasiyaları olar. Eyni zamanda mənzil şəraitlərinin yaxşılaşdırılması istiqamətində regionlarda pay torpaqlarının ayrılması, şəhərdən daha az faizlə ipoteka kreditləri vermək lazımdır. Paytaxta axın olmaması üçün də bu, vacibdir. Təbii artım hər zaman regionlarda daha üstün olub. Əgər gənclər paytaxta axın etsə, bu, demoqrafik vəziyyətə də təsir etmiş olur. Hətta oradakı gənclərə faizsiz kreditlər də verilə bilər. Məsələn, Türkiyədə gənc ailələr üçün fond var və onlara faizsiz kredit verilir, 4 ildən sonra hissə-hissə ödəməyə başlayırlar. Oxşar strategiyanın Azərbaycanda da tətbiqi mümkündür. Ümumiyyətlə isə ailə qurmaq seçimdir və burada inzibati tədbirlərə yer yoxdur”.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:78
embedMənbə:https://www.turkustan.az
archiveBu xəbər 10 Mart 2025 08:53 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

19 yaşlı rəssam Ülviyyə İman meyxananı Londona apardı FOTO

25 Yanvar 2026 07:57see289

Qəbələdə mağaza və çayxana yandı KONKRET

25 Yanvar 2026 09:47see259

Toyda qayınananın gəlinə baxışları GÜNDƏM OLDU VİDEO

25 Yanvar 2026 15:26see206

Bu il evlənəcəklər

26 Yanvar 2026 18:08see195

Rusiya istənilən dövrdə təhlükədir Navrotski

26 Yanvar 2026 09:20see187

Bundesliqa: Ştutqart darmadağına sevindi

26 Yanvar 2026 00:54see185

Çexiyalı könüllülər bir neçə günə Ukrayna üçün 4 milyon dollara yaxın vəsait toplayıb

25 Yanvar 2026 04:32see181

ABŞ Cənubi Qafqazda kimə nə verir: məhsul, yoxsa rol bölgüsü? TƏHLİL

26 Yanvar 2026 14:18see174

Milli Məclislə Bəhreyn Krallığı Nümayəndələr Şurası arasında anlaşma memorandumu imzalanıb

25 Yanvar 2026 20:58see167

“Liverpul”un paylaşımında hörmətsizlik, yoxsa diqqətsizlik? FOTO

26 Yanvar 2026 21:43see153

İranlı həkimdən ŞOK SÖZLƏR Etirazlarda öldürülən 1000 nəfərin… KONKRET

25 Yanvar 2026 20:41see148

Trampın Sülh Şurası: BMT yə qarşı siyasi cihad

25 Yanvar 2026 15:28see147

Azərbaycan Premyer Liqası: Sabah Karvan Yevlax la qarşılaşacaq

25 Yanvar 2026 09:30see146

SOCAR ın əməkdaşı qəzada öldü Fotolar

25 Yanvar 2026 11:33see143

Martda ata olacaqdı, sevinə sevinə işə gedirdi Ağır qəza 25 yaşlı gəncin həyatına son qoydu

26 Yanvar 2026 01:43see143

2000 dollarlıq ətir və eynəklər alıram

25 Yanvar 2026 17:10see138

Xabi Alonso Liverpul u çalışdıra bilər

25 Yanvar 2026 16:21see137

Bunları edin, dırnaqlarınız möhkəm olacaq

26 Yanvar 2026 05:11see137

Güclü külək, qar, yollar buz bağlayacaq Həftənin ilk iş gününün HAVASI

25 Yanvar 2026 12:44see134

Azərbaycanda uşaqlı ailələrə 500 manat pul veriləcək? RƏSMİ CAVAB

26 Yanvar 2026 06:26see134
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri