Icma.az
close
up
RU
Bu şəxslərə Həcc səfərinə icazə verilməyə bilər

Bu şəxslərə Həcc səfərinə icazə verilməyə bilər

Icma.az xəbər verir, GlobalInfo saytına əsaslanaraq.

Səudiyyə Ərəbistanı Krallığına gedən zəvvarlar üçün sağlamlıq tələbləri və göstərişləri ilə bağlı sənəd hazırlanıb.

Globalinfo.az xəbər verir ki, bu barədə Qafqaz Müsəlmanları İdarəsindən məlumat verilib.

Bildirilib ki, sənəd Səudiyyə Ərəbistanı Krallığının səhiyyə orqanları tərəfindən Həcc və Ümrə ziyarəti üçün ölkəyə gələn zəvvarlara tətbiq edilən sağlamlıq tələblərini və profilaktik tədbirləri müəyyən etmək məqsədilə hazırlanıb.

Sənəddə ilk olaraq ümumi sağlamlıq tələblərinə toxunulub: “Yoluxucu və ya ictimai sağlamlığa təhlükə yaradan xəstəliklərdən əziyyət çəkən şəxslərin səfəri tövsiyə edilmir. Xroniki ürək, böyrək və ya ağciyər xəstəlikləri, mərkəzi sinir sisteminin xroniki xəstəlikləri (məsələn, insultdan sonra yaranan hallar), diabet, immun çatışmazlıq və ya bədən müqavimətini azaldan xəstəlikləri olan insanlar, həmçinin kimyaterapiya alan və ya xərçəng xəstələri, o cümlədən, hamilə qadınlar, uşaqlar və yaşlı insanlar Həccə getməkdən çəkinməlidirlər”.

Sənəddə yoluxucu xəstəliklərə qarşı tədbirlər də yer alıb: “Səudiyyə Ərəbistanı Krallığına gəlmək istəyən zəvvarlar üçün COVID-19 peyvəndi tələb oluna bilər. Peyvənd yalnız Səudiyyə Ərəbistanında təsdiq edilmiş vaksinlərdən biri olmalıdır. Peyvənd səyahətdən ən azı 10 gün əvvəl, lakin 12 aydan çox olmayan müddətdə vurulmalıdır. Epidemioloji vəziyyətə əsasən, Səudiyyə Ərəbistanı əlavə tələblər tətbiq edə bilər”.

Sənəddə bütün zəvvarlar üçün məcburi peyvəndlərin olduğu bildirilib: “Beyin qişası iltihabı (meninqokokk infeksiyası – ACWY) və dördmikroblu meningokokk peyvəndi (ACWY) tələb olunur. Peyvənd Səudiyyə Ərəbistanına gəlməzdən azı 10 gün əvvəl, amma 3 ildən çox əvvəl olmamalıdır. Peyvənd haqqında beynəlxalq sertifikat təqdim olunmalıdır”.

Qeyd edilib ki, mövsümi qrip (influenza) peyvəndi tövsiyə olunandır. Sarı qızdırma və poliomielit peyvəndləri isə yalnız həmin xəstəliklərin mövcud olduğu ölkələrdən gələn zəvvarlara tətbiq olunur.

Sənədə əsasən, Səudiyyə Ərəbistanına gələn zəvvarlar sərhəd-keçid məntəqələrində tibbi yoxlamadan keçə bilərlər: “Bununla sağlamlıq sənədləri və peyvənd sertifikatları yoxlanılacaq. Lazım gəldikdə, əlavə tibbi tədbirlər və profilaktik nəzarət tətbiq oluna bilər”.

Zəvvarlara qida təhlükəsizliyinə və şəxsi gigiyenaya ciddi riayət etmələri tövsiyə edilib: “Ziyarət zamanı su qəbulu, istidən qorunma və dincəlmə rejiminə əməl edin. Qrup rəhbərlərinin və səhiyyə işçilərinin göstərişlərinə qulaq asın. Yoluxucu xəstəliklərdən qorunmaq üçün sıx yerlərdə tibbi maskadan istifadə etmək tövsiyə olunur. Xəstəlik əlamətləri hiss etdikdə dərhal tibbi yardım tələb edin”.

Sənəddə həmçinin qeyd edilib ki, Səudiyyə Ərəbistanının səhiyyə orqanları beynəlxalq vəziyyəti nəzərə alaraq gələcəkdə əlavə tələblər və peyvəndlər barədə qərar qəbul edə bilər. Bu qərarlar Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) tövsiyələrinə əsasən yenilənə bilər.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:81
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 10 Oktyabr 2025 22:07 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qara Qarayeva və Rəşad Hüseynova vəzifə verildi

11 Yanvar 2026 21:02see180

“Sabah” və “Şamaxı” yoxlama oyununda üz üzə gələcək

11 Yanvar 2026 13:28see177

BMT: 21 milyona yaxın sudanlı aclıqla üzləşib

10 Yanvar 2026 23:11see175

Məğlub olan Qalatasaray bundan imtina etdi

10 Yanvar 2026 23:44see158

Bu ölkədə 11 yanacaq məntəqəsi partladıldı Video

11 Yanvar 2026 11:28see155

Həmişə özüm almışam, ərimin almasını gözləməyə səbrim çatmayıb

11 Yanvar 2026 00:31see153

Xoruldama infarkt və insult riskini artırır

11 Yanvar 2026 14:19see148

Karvan Yevlax heyətini gücləndirdi... Birinci divizion təmsilçisi ilə

10 Yanvar 2026 22:57see148

Ucuz ev almağın YOLLARI: Sosial mənzil mexanizmləri necə işləyir?

11 Yanvar 2026 17:29see146

Nadir şahdan bu günə: İran Türkiyə Səudiyyə Ərəbistanı üçbucağı

12 Yanvar 2026 08:57see146

Ueyn Runi qardaşının klubunun “Kristal Palas” üzərində qələbəsini şərh edib

11 Yanvar 2026 01:34see144

Azərbaycan üzərindən Rusiya şəkəri Ermənistana göndəriləcək

10 Yanvar 2026 17:50see141

Rafael Məmmədova YÜKSƏK VƏZİFƏ VERİLDİ KONKRET

11 Yanvar 2026 23:00see139

“Liverpul”da ağır itki “Qarabağ”la oyunu buraxacaq

11 Yanvar 2026 17:11see138

Evini baha qiymətə satmaq üçün qonşunun itlərini daşlayırmış SUMQAYITDAKI GÖRÜNTÜLƏRLƏ BAĞLI ARAŞDIRMA

10 Yanvar 2026 18:30see137

Dünyanın ən yavaş reketi: 60 yaşı var, amma hələ də istifadə olunur

11 Yanvar 2026 20:28see136

UFC nin sabiq çempionu Uitakkerlə mümkün döyüş barədə: “Bu, hamının yatdığı o qız kimidir”

11 Yanvar 2026 16:04see134

Qəbələ Kəpəz i məğlub edib

10 Yanvar 2026 16:39see134

Qadın dünyaya sərxoş körpə gətirdi

12 Yanvar 2026 02:53see133

İranda etirazlar: Təcili yardım maşınları zədələndi

12 Yanvar 2026 01:28see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri