Icma.az
close
up
RU
Bu şəxslərə quru sərhəddən keçməyə icazə verilə bilər

Bu şəxslərə quru sərhəddən keçməyə icazə verilə bilər

Icma.az, Konkret.az portalına istinadən məlumat verir.

Quru sərhədlərin bağlı qalması fonunda tələbələr və müalicə məqsədilə xaricə gedən şəxslər üçün istisnaların tətbiq edilib-edilməyəcəyi müzakirə mövzusu olaraq qalır. Maraqlıdır, quru sərhədlər bağlı qaldığı halda tələbələr və müalicə məqsədilə gedən şəxslər üçün istisnalar nəzərdə tutula bilərmi?

Mövzu ilə bağlı KONKRET.az-a açıqlama verən siyasi şərhçi Cavanşir Abbaslı bildirib ki, quru sərhədlər məsələsi artıq həssas problemə çevrilib və bu vəziyyət təxminən 5 ildir davam edir.

Onun sözlərinə görə, bu müddət ərzində müəyyən güzəşt və imtiyazların tətbiqi zaman-zaman gündəmə gəlsə də, real addımlar atılmayıb:

“Düşünürəm ki, xüsusilə xəstələr və tələbələr üçün güzəştlərin olması müsbət hal olardı. Quru sərhədlərin bağlı qalması bu kateqoriyadan olan insanlar üçün ciddi çətinliklər yaradır. Əgər dövlət bu prosesi uzadırsa, paralel olaraq müəyyən pəncərələr də açmalıdır”.

C.Abbaslı qeyd edib ki, mövcud geosiyasi vəziyyət fonunda quru sərhədlərin tam açılması hələlik aktual görünmür:

“Unutmayaq ki, Qarabağ üzrə sülh sazişi hələ imzalanmayıb. Eyni zamanda şimal və cənub qonşularımızla münasibətlər də ideal səviyyədə deyil. Bu baxımdan sərhədlərin tam açılması sual altındadır”.

Siyasi şərhçi hesab edir ki, tələbələr və xəstələr üçün istisna və imtiyazların tətbiqi təhlükəsizlik baxımından ciddi risk yaratmaz:

“Bu kateqoriyadan olan şəxslər üçün güzəştlərin verilməsi ümumi vəziyyətə mənfi təsir etməz. Ümid edirəm ki, dövlət bu istiqamətdə addımlar atacaq”.

Qeyd edək ki, quru sərhədlərin bağlı qalması xüsusilə təhsil və səhiyyə məqsədilə xaricə üz tutan vətəndaşlar üçün uzun müddətdir narahatlıq doğurur.

Müşviq Tofiqoğlu
KONKRET.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:109
embedMənbə:https://konkret.az
archiveBu xəbər 23 Dekabr 2025 15:20 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Əfsanəvi əqrəb qurtarışı təkrarlandı VİDEO

21 Dekabr 2025 23:53see166

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see165

Çin Monqolustanla sərhəddə 100 dən çox nüvə raketi yerləşdirib

22 Dekabr 2025 20:02see163

Dünyada yalnız bir ölkə özünü ərzaqla tam təmin edir

22 Dekabr 2025 07:19see153

“Ət bazarında qiymət təzyiqləri davam edəcək”

22 Dekabr 2025 09:53see153

Elektron siqaretlər qadağan olunur Sahibkarlar xəbərdarlıq edir: Bizneslər bağlanacaq, insanlar işsiz qalacaq

23 Dekabr 2025 09:14see149

200 manatlıq yardım nə qədər ailəyə şamil olunacaq?

22 Dekabr 2025 14:02see141

Xarici İşlər Naziri Hakan Fidan Dəməşqdə...

22 Dekabr 2025 18:05see141

60 yaşdan sonra hansı analizlər vacibdir? Geniş siyahı

22 Dekabr 2025 18:27see139

iPhone 18 in təqdimat tarixi açıqlanıb

22 Dekabr 2025 22:29see136

Oxumağa gəlmişdilər, Donbasda həyatlarına son qoydular...

22 Dekabr 2025 01:19see134

Cəlilabadda sakinləri təngə gətirən PROBLEM

23 Dekabr 2025 08:38see132

Mövsümi qripdən qorunmağın 5 yolu Mütəxəssisdən tövsiyə

23 Dekabr 2025 06:07see131

Azərbaycan konsulluqları nə üçün vətəndaşların hərbi qeydiyyatını aparmır?

22 Dekabr 2025 11:59see131

Rus general evinin qarşısında partlayışla öldürüldü

22 Dekabr 2025 12:58see129

Bu dünyaya Seyid kimi gəlib Seyid olaraq yaşamaq

22 Dekabr 2025 15:08see129

İnsult riski olanlar bu şirəni içsin...

23 Dekabr 2025 02:11see129

Nüşabə Ələsgərli: Bizim dövrümüzdə qızın müğənni olmağına yaxşı baxmırdılar

23 Dekabr 2025 11:03see129

Eşref Rüya ya vida edəcək FOTO

23 Dekabr 2025 00:04see126

Zelenski bir neçə regional rəhbəri vəzifədən azad etdiZelenski bir neçə regional rəhbəri vəzifədən azad etdi

22 Dekabr 2025 06:18see125
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri