Icma.az
close
up
RU
Bu şəxslərə hərbi xidmətə çağırışdan möhlət verilə bilər MÜHÜM AÇIQLAMA

Bu şəxslərə hərbi xidmətə çağırışdan möhlət verilə bilər MÜHÜM AÇIQLAMA

Turkstan.az saytından alınan məlumata görə, Icma.az bildirir.

9-cu siniflə yanaşı, 11-ci sinifdən də kollecə qəbul olmaq istəyənlərin sayı çoxdur. Ancaq bəzən oğlan şagirdlər bu barədə tərəddüdə qalır. Çünki 9-cu sinifdən kollecə qəbul olan oğlanlara 18 yaşları tamam olan kimi təhsilini davam etdirmək üçün hərbi xidmətə çağırışa möhlət verilir.
Bunun sayəsində onlar kolleci bitirdikdən sonra əsgərliyə yollanırlar. Ancaq 11-ci sinifdən kollecə qəbul olan şagirdlərə isə bu möhlət verilmir. Şagird 18 yaşı tamam olduqda təhsilini yarıda qoyub əsgərliyə gedir.
Qeyd edək ki, bu, “Hərbi vəzifə və hərbi xidmət haqqında” Qanunla tənzimlənir.
Bu hal narazılıqlara səbəb olub.
Bizim.Media məsələylə bağlı Milli Məclisin Elm və təhsil komitəsinin üzvü Mehriban Vəliyevanın fikirlərini öyrənib. Deputat məsələnin hüquqi tərəflərini izah edib.
O, bildirib ki, hazırda Azərbaycanda hərbi xidmətə çağırışla bağlı qanunvericilikdə mövcud olan fərqliliklər xüsusilə orta ixtisas təhsili alan gənclərin vəziyyətində özünü göstərir.
“Belə ki, 9-cu sinfi bitirib kollec və ya peşə təhsili müəssisələrinə daxil olan şəxslərə 21 yaşadək hərbi xidmətə çağırışa möhlət verilir. Bu, onların təhsillərini fasiləsiz davam etdirib tamamlaya bilmələri üçün nəzərdə tutulub.
Ancaq 11-ci sinifdən sonra kollec və ya peşə təhsili müəssisəsinə daxil olan şəxslər bu möhlətdən yararlana bilmirlər. Əgər onların 18 yaşı tamam olarsa, təhsillərini yarımçıq qoyaraq hərbi xidmətə yollanmalı olurlar. Bu isə bir sıra hallarda fasiləsiz təhsil prosesi baxımından çətinliklər yaradır. Bu fərq "Hərbi xidmətə çağırış və möhlət hüququ" ilə bağlı mövcud qanunvericiliyin müvafiq müddəaları ilə izah olunur. Qanuna əsasən, yalnız tam orta təhsili almamış və 9-cu sinifdən sonra orta ixtisas təhsilinə daxil olmuş şəxslər 21 yaşınadək möhlət hüququ qazanırlar. Halbuki, 11-ci sinifdən sonra kollecə daxil olan şəxslər artıq tam orta təhsil aldığından bu hüquqdan məhrum edilirlər”.
Mehriban Vəliyevanın sözlərinə görə bu yanaşma təhlükəsizlik və milli müdafiə baxımından da əhəmiyyət daşıyır.
Möhlət verilməsi Silahlı Qüvvələrin kadr təminatına mənfi təsir göstərə bilər.
“Təhsili tamamlamaq və daha yetkin yaşda hərbi xidmətə yollanmaq şəxsin həm fiziki, həm də mənəvi hazırlığına, sözsüz ki, daha yaxşı təsir edir. Lakin unutmayaq ki, xüsusilə regionda davam edən təhlükələr və sabitlik riskləri nəzərə alınaraq, ölkənin Silahlı Qüvvələrinin müasir və çevik şəkildə formalaşdırılması vacibdir. Həm də hərbi xidmət hər bir gəncin müqəddəs vətəndaşlıq borcudur. Tam təhsilli, intellektual və savadlı əsgər həm orduya, həm də cəmiyyətə daha böyük fayda verəcəyi hamımıza aydındır, lakin indiki şəraitdə bu, hərbi hazırlıq sisteminə zərər verə bilər”.
Bəs qanunda dəyişiklik oluna bilər?
“Zamanla regionda tam sabitlik və sülh qarantiyası təmin olunduqdan sonra bu məsələyə qanunvericilik baxımından qayıtmaq olar”, - deyə müsahibimiz sonda vurğulayıb.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:92
embedMənbə:https://www.turkustan.az
archiveBu xəbər 17 İyun 2025 13:36 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İsrail ordusuna ilk lazer hava hücumundan müdafiə sistemi təhvil verildi

28 Dekabr 2025 19:42see236

Ərəb Liqası İsrailin bu ölkəni tanımasına etiraz üçün toplanacaq

27 Dekabr 2025 23:56see210

Tesla avtomobilləri 15 dən çox insanın ölümünə səbəb olub

29 Dekabr 2025 00:03see206

Azərpoçt sakinləri məktub dalıyca haraya göndərir? “Yaşadığım yerdən neçə kilometr kənara məktub və bağlama üçün gedirəm”

29 Dekabr 2025 09:04see206

Afrika Kubolu: Uqanda və Tanzaniya heç heçə oynayıblar

28 Dekabr 2025 01:16see192

Qızılın bu günə olan qiyməti açıqlandı

29 Dekabr 2025 11:26see175

İcbari tibbi sığorta özünü doğrulda bilmədi AÇIQLAMA

28 Dekabr 2025 15:30see163

Zəngəzurda NƏHƏNG dağlar yarılır, yol çəkilir: MÜHÜM DETALLAR açıqlandı

28 Dekabr 2025 11:09see159

Etna vulkanı yenidən püskürdü

28 Dekabr 2025 16:55see152

Arteta: “Çətinliklərlə inanılmaz şəkildə mübarizə aparmağımızı bəyənirəm”

28 Dekabr 2025 00:29see152

Rusiya, vəziyyətin kritik həddə çatmasına imkan verməməli idi

29 Dekabr 2025 16:02see150

AHİK uşaqlar üçün bayram şənlikləri keçirdi FOTO

28 Dekabr 2025 10:07see149

Arne Slot: “Qol oyunun gedişatını tamamilə dəyişə bilər”

28 Dekabr 2025 01:00see148

Ağ Evin tarixində ilk: hamilə mətbuat katibi

28 Dekabr 2025 00:29see148

Netanyahu bazar ertəsi Trampla görüşəcək

28 Dekabr 2025 01:01see147

Rusiya orbitə 50 dən çox peyk buraxdı...

29 Dekabr 2025 01:36see142

“Birləşdirən dəyərlər Şəhid Ailələri ilə Həmrəylik Günü” adlı tədbir keçirilib

28 Dekabr 2025 16:20see141

İslam Mahaçev: “Özünüzü satmağı, ictimaiyyət üçün maraqlı olmağı öyrənin”

28 Dekabr 2025 01:47see140

Qışda probiotiklər və prebiotiklər vacibdirmi? Həkim AÇIQLADI

28 Dekabr 2025 02:29see139

FHN hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib

28 Dekabr 2025 01:31see138
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri