Icma.az
close
up
RU
Ömrünü təhsilə həsr edən dəyərli ziyalı Mövla Sarıvəllinin 70 illik yubileyidir

Ömrünü təhsilə həsr edən dəyərli ziyalı Mövla Sarıvəllinin 70 illik yubileyidir

Sherg.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Ömrünü elinə-obasına, gənc nəslin təlim-tərbiyəsinə həsr etmiş, Gürcüstanın Qardabani rayonunun Nəzərli kəndində Sarıvəlli nəslinin layiqli nümayəndəsi, dəyərli ziyalı, biologiya müəllimi Mövla Vəli oğlu Sarıvəllinin doğum günüdür.

Mövla Vəli oğlu Sarıvəlli 1955-ci il dekabrın 30-da Qardabani rayonunun Nəzərli kəndində anadan olub. 1962–1963-cü tədris ilində Nəzərli ibtidai məktəbinin birinci sinfinə daxil olub, 1973-cü ildə Kosalı orta məktəbini fərqlənmə diplomu ilə bitirib.

Orta məktəbdə oxuduğu illərdə ədəbiyyatşünaslığa və həkimliyə böyük maraq göstərib. 10-cu sinifdə oxuyarkən ədəbiyyat fənni üzrə Respublika Olimpiadasının qalibi olub. Lakin müəyyən səbəblərdən biologiya müəllimi peşəsini seçib.

O, 1973-cü ildə Kirovabad (indiki Gəncə) Dövlət Pedaqoji İnstitutunun biologiya fakültəsinə qəbul olunub, 1977-ci ildə ali təhsilini müvəffəqiyyətlə başa vurub. Elə həmin ildən doğma yurda qayıdaraq Kosalı orta məktəbində biologiya müəllimi kimi əmək fəaliyyətinə başlayıb. 1979–1984-cü illərdə Kosalı 8 illik məktəbində fəaliyyətini davam etdirib.

1984-cü ilin sentyabr ayından təşkilatçılıq bacarığı nəzərə alınaraq Nəzərli ictimai məktəbinin direktor müavini vəzifəsinə təyin olunub. 1997-ci ildə rayon attestasiya komissiyasının qərarı ilə I dərəcəli müəllim adına layiq görülüb.

50 ilə yaxın pedaqoji fəaliyyəti dövründə yüzlərlə şagirdin bilikli və savadlı yetişməsində böyük zəhməti olub. O, 2020-ci ildə “Baş müəllim” statusu alıb. Mövla müəllim 10 ildən artıqdır ki, Gürcüstanda Azərbaycanlı Müəllimlər İttifaqının idarə heyətinin üzvüdür.

Mövla Sarıvəlli pedaqoji fəaliyyəti, müəllim adına sədaqəti və insani keyfiyyətləri ilə böyük hörmət qazanmış dəyərli müəllimlərimizdəndir.

Biz də Gürcüstanda Azərbaycanlı Müəllimlər İttifaqının idarə heyəti adından Mövla müəllimi 70 yaşının tamam olması münasibətilə təbrik edir, ona möhkəm cansağlığı, uzun ömür və gələcək fəaliyyətində uğurlar arzulayırıq!

Bakıdan "Şərq" qəzeti redaksiyası da Mövla müəllimi 70 illik yubileyi münasibəti ilə təbrik edir.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:62
embedMənbə:https://sherg.az
archiveBu xəbər 29 Dekabr 2025 23:39 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İsrail ordusuna ilk lazer hava hücumundan müdafiə sistemi təhvil verildi

28 Dekabr 2025 19:42see236

Azərpoçt sakinləri məktub dalıyca haraya göndərir? “Yaşadığım yerdən neçə kilometr kənara məktub və bağlama üçün gedirəm”

29 Dekabr 2025 09:04see208

Tesla avtomobilləri 15 dən çox insanın ölümünə səbəb olub

29 Dekabr 2025 00:03see206

Afrika Kubolu: Uqanda və Tanzaniya heç heçə oynayıblar

28 Dekabr 2025 01:16see192

Qızılın bu günə olan qiyməti açıqlandı

29 Dekabr 2025 11:26see175

Rusiya, vəziyyətin kritik həddə çatmasına imkan verməməli idi

29 Dekabr 2025 16:02see175

İcbari tibbi sığorta özünü doğrulda bilmədi AÇIQLAMA

28 Dekabr 2025 15:30see163

Zəngəzurda NƏHƏNG dağlar yarılır, yol çəkilir: MÜHÜM DETALLAR açıqlandı

28 Dekabr 2025 11:09see159

Arteta: “Çətinliklərlə inanılmaz şəkildə mübarizə aparmağımızı bəyənirəm”

28 Dekabr 2025 00:29see152

Etna vulkanı yenidən püskürdü

28 Dekabr 2025 16:55see152

Ağ Evin tarixində ilk: hamilə mətbuat katibi

28 Dekabr 2025 00:29see149

AHİK uşaqlar üçün bayram şənlikləri keçirdi FOTO

28 Dekabr 2025 10:07see149

Arne Slot: “Qol oyunun gedişatını tamamilə dəyişə bilər”

28 Dekabr 2025 01:00see148

Netanyahu bazar ertəsi Trampla görüşəcək

28 Dekabr 2025 01:01see147

Rusiya orbitə 50 dən çox peyk buraxdı...

29 Dekabr 2025 01:36see142

“Birləşdirən dəyərlər Şəhid Ailələri ilə Həmrəylik Günü” adlı tədbir keçirilib

28 Dekabr 2025 16:20see141

İslam Mahaçev: “Özünüzü satmağı, ictimaiyyət üçün maraqlı olmağı öyrənin”

28 Dekabr 2025 01:47see140

Qışda probiotiklər və prebiotiklər vacibdirmi? Həkim AÇIQLADI

28 Dekabr 2025 02:29see139

FHN hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib

28 Dekabr 2025 01:31see139

Uşaq İncəsənət Festivalında mükafatlandırma

28 Dekabr 2025 04:13see134
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri