Bu şəxslərə kredit verilməyəcək? VACİB AÇIQLAMA
Konkret.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Aylıq gəliri az olan vətəndaşların bank və kredit təşkilatlarından borc götürmək imkanları getdikcə daha çox sual doğurur. Kredit şərtlərinin sərtləşdiyi, gəlir tələblərinin əsas meyar kimi ön plana çıxdığı bir dövrdə bu kateqoriyadan olan şəxslərin maliyyə resurslarına çıxışı tamamilə məhdudlaşa bilərmi?
Mövzu ilə bağlı KONKRET.az-a açıqlama verən iqtisadçı ekspert Əkrəm Həsənov bildirib ki, kredit bazarında gəlir meyarı əsas şərt olaraq qalır:
“Onsuz da imkan məhduddur. Banklar və bank olmayan kredit təşkilatları kredit verərkən insanın aylıq gəlirinə xüsusi diqqət yetirirlər. Əgər aylıq gəlir azdırsa, kifayət etmirsə və insanın özünü, ailəsini yaşayış minimumu səviyyəsində təmin etməyə imkan vermirsə, ya ümumiyyətlə kredit vermirlər, ya da çox az məbləğdə verirlər”.
Ekspertin sözlərinə görə, bu yanaşma banklar üçün risklərin azaldılması baxımından başadüşüləndir, lakin aşağı gəlirli vətəndaşların maliyyə resurslarına çıxışını daha da çətinləşdirir. Nəticədə, bu təbəqənin əsas ehtiyaclarını qarşılamaq üçün kreditdən istifadə imkanları xeyli daralır.
Qeyd edək ki, son dövrlər kredit şərtlərinin sərtləşdirilməsi və gəlir tələblərinin yüksəlməsi xüsusilə sosial cəhətdən həssas qruplar üçün maliyyə yükünü artıran amillərdən biri kimi qiymətləndirilir.
Aynurə İsmayıl
KONKRET.az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:60
Bu xəbər 05 Yanvar 2026 19:04 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur








Günün ən çox oxunanları



















