Icma.az
close
up
RU
Bu şəxslərə kredit verilmir AÇIQLAMA

Bu şəxslərə kredit verilmir AÇIQLAMA

Icma.az, Demokrat.az portalına istinadən məlumat verir.

Bu gün demək olar ki, hər kəsin yolu ən az bir dəfə bankdan keçir. Kimisi kredit götürmək, kimisi ev və ya avtomobil almaq, kimisi isə gündəlik ehtiyaclarını qarşılamaq üçün bank xidmətlərindən istifadə edir. Ancaq banklardan kredit almaq göründüyü qədər də asan deyil. Xüsusilə kredit məbləği artdıqca banklar müştəriləri daha detallı şəkildə araşdırır, onların gəlirlərinə, iş yerlərinə, ödəniş tarixçəsinə və maliyyə etibarlılığına diqqət yetirirlər. Bəzən isə vətəndaşlar səbəbini anlamadan kredit imtinası ilə qarşılaşırlar. Ən çox maraq doğuran məsələlərdən biri də budur ki, banklar əsasən kimlərə kredit vermir və hansı səbəblərə görə bəzi şəxslər “qara siyahı”ya düşür?
Tanınmış bank eksperti Emin Kərimov Demokrat.az-a açıqlamasında bildirib ki, banklar əsasən kredit tarixçəsi mənfi olan, ödənişlərdə gecikmələrə yol vermiş və hazırda aktiv gecikməsi olan şəxslərə kredit verməkdən imtina edirlər:
“Eyni zamanda iş yeri ilə bağlı riskli məqamlar aşkarlanan şəxslərin müraciətlərinə də ehtiyatla yanaşılır. Çünki hər bir bank kreditləri öz daxili kredit siyasətinə uyğun şəkildə təqdim edir və bu siyasətdə müəyyən məhdudiyyətlər nəzərdə tutulur. Əgər şəxsin əvvəlki kreditlərində gecikmələr olubsa, hazırda aktiv gecikməsi varsa və ya əvvəlki borclarını problemli şəkildə bağlayıbsa, bu, bank üçün ciddi risk göstəricisi sayılır. Bundan əlavə, şəxsin çalışdığı müəssisə ilə bağlı etibarlılıq sualları yaranırsa, həmin təşkilatdan neqativ siqnallar daxil olursa və ya gələcəkdə bağlanma, ixtisar riski görünürsə, banklar bu şəxslərə kredit ayırmaqdan imtina edə və ya əlavə şərtlər tətbiq edə bilirlər. Belə hallarda əlavə zamin, girov və ya təminat tələb oluna bilər. Bəzi şəxslər kredit gecikmələrini belə izah edirlər ki, kredit onların adına rəsmiləşdirilsə də, ödənişləri başqa biri ailə üzvü, iş yoldaşı və ya tanışı həyata keçirib və gecikmə də bu səbəbdən yaranıb. Belə hallarda bəzi banklar müştərinin ödəniş intizamını yenidən yoxlamaq üçün ona kiçik məbləğli “sınaq krediti” təqdim edirlər. Məqsəd şəxsin məsuliyyətli olub-olmadığını müəyyənləşdirməkdir. Ancaq bütün banklar bu yanaşmanı tətbiq etmir”.
O deyib ki, mütəxəssislər belə vəziyyətlərdə kiçik məbləğli təminatlı kreditlərin götürülməsini tövsiyə edirlər:
“Məsələn, mobil telefon, kompüter və ya digər texniki avadanlıqlar üçün verilən kreditlər vaxtında ödənilərsə, şəxsin kredit tarixçəsi tədricən müsbət istiqamətdə formalaşa bilər. Bundan sonra yenidən iri məbləğli kredit üçün müraciət etmək daha asan olur. Bəzi gecikmələr isə texniki səbəblərdən yaranır. Məsələn, şəxs kreditini tam ödədiyini düşünsə də, sistemdə 1-2 manat və ya bir neçə qəpik məbləğində qalıq borc qala bilər. Müştəri əlində qəbz olduğu üçün krediti bağlandığını hesab edir, lakin həmin kiçik məbləğ vaxtında ödənilmədiyi üçün sistemdə gecikmə yaranır. Nəticədə şəxs başqa banka kredit üçün müraciət etdikdə aktiv borc və gecikmə ilə bağlı problemlə qarşılaşır. Belə hallarda vətəndaş borcun olduğu banka müraciət edərək gecikmənin texniki səbəbdən yarandığını təsdiqləyən arayış ala bilər. Bu sənəd vasitəsilə digər bank qarşısında vəziyyəti izah etmək və yeni kredit almaq şansı yaranır. Yəni şəxs gecikmənin onun məsuliyyətsizliyindən deyil, texniki səbəbdən baş verdiyini sübut etmiş olur”.
Leyla Turan
Demokrat.az
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:97
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 02 İyun 2026 20:35 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Natavan Həbibi tanınmaz halda (Foto)

09 Noyabr 2026 18:07see341

Ərdoğanın Azərbaycana səfəri müttəfiqliyin geostrateji əhəmiyyətini bir daha nümayiş etdirdi

09 Noyabr 2026 19:51see334

Siyahıda hamı var, Arda Gülər yoxdur

10 Noyabr 2026 03:04see329

Əhalinin gəlirlərinin yarısını ərzağa xərcləyir Səbəb nədir?

09 Noyabr 2026 17:10see326

Tramp arvadına xəyanət edən biznesmenə dəstək oldu

09 Noyabr 2026 13:28see312

Muxtar Babayev Xəzər dənizinin suyunun duzsuzlaşdırılması layihəsinin əhəmiyyətindən danışdı

09 Noyabr 2026 17:45see308

Bu xəsəliyi var imiş

09 Noyabr 2026 14:44see304

Eşref Tek də yeni aktyor

10 Noyabr 2026 04:28see299

Saatlarla oturanların diqqətinə

10 Noyabr 2026 04:05see288

ABŞ də demokratlar hərəkətə keçir: Stiven Miller araşdırılmalıdır

10 Noyabr 2026 00:41see287

Röya Ayxanın adından bilet tələsi: Amsterdamda saxta konsert qalmaqalı

09 Noyabr 2026 21:55see275

Tanınmış aktyor 10 il 6 ay həbs cəzasına məhkum edildi

10 Noyabr 2026 02:53see261

Səhər yeməyində bu qidanı yeyin Səbəb

10 Noyabr 2026 02:07see257

Faydalı hesab etdiyimiz 8 məhsulda gizli şəkər aşkarlandı

09 Noyabr 2026 22:58see239

Çalhanoğlu gələcəyi ilə bağlı danışdı: “Hamı sakit olsun!

10 Noyabr 2026 00:59see232

Birinci xanım Hacıqabuldan paylaşım etdi: “Qələbə Tağı FOTO/VİDEO

09 Noyabr 2026 19:52see232

İtirilmiş dişlər yenidən çıxa bilər İnqilabi kəşf

09 Noyabr 2026 22:45see229

Bal soyuqdəyməni sağaltmır Rusiyalı həkim

09 Noyabr 2026 14:28see224

Həkim: Törəmə böyüdükcə bərk qidaların mədəyə keçməsi çətinləşir

10 Noyabr 2026 11:44see211

Dmitri Sitkovetski Bakıda Şostakoviçdən və ailəsinin musiqi sülaləsindən danışıb şəhərlə xüsusi bağlılıq (Foto)

10 Noyabr 2026 09:18see194
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri