Icma.az
close
up
RU
Bu şəxslərə mağazalarda GÜZƏŞTLƏR EDİLİR

Bu şəxslərə mağazalarda GÜZƏŞTLƏR EDİLİR

Icma.az, Milli.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Sosial Müdafiə Fondu (DSMF) sosial ödəniş alan şəxslərə dəstək məqsədilə "Sosial tərəfdaş" adlı yeni layihəyə başlayıb. Bu təşəbbüs artıq iki il əvvəl başladılıb, lakin çox insan layihənin mövcudluğundan xəbərsizdir. Araşdırmalar göstərir ki, bu proqram çərçivəsində müxtəlif xidmət və ticarət sahələrində əlillərə, şəhid ailələrinə və digər həssas sosial qruplara müəyyən güzəştlər və endirimlər təqdim edilir.

Buna baxmayaraq, layihənin tətbiqi və əlçatanlığı ilə bağlı məlumatlandırma səviyyəsi aşağı olduğundan, hədəf qruplarının əksəriyyəti bu imkanlardan yararlanmır. Bu baxımdan, proqramın daha geniş şəkildə tanıdılması və vətəndaşların ondan faydalanmasını asanlaşdıracaq addımların atılması vacibdir.

Milli.Az xəbər verir ki, iqtisadçı Rəşad Həsənov bu barədə "Yeni Sabah"a danışıb.

O bir sıra vacib məqamlara toxunub:

"Bu sahədə hər hansı hüquqi tənzimləmə və ya konkret qanunvericilik çərçivəsi mövcud deyil. Sözügedən sosial kart və ona əsaslanan güzəştlər daha çox bazar iştirakçılarının öz imkanları daxilində həyata keçirdiyi təşəbbüslər kimi ortaya çıxır. Bir sıra pərakəndə ticarət və xidmət müəssisələri bu imkandan yararlanaraq, sosial məsuliyyət və müştəri loyallığını artırmaq məqsədilə əlil qazilər və onların ailə üzvləri üçün müəyyən güzəştlər təklif edirlər".  

Ekspert bildirib ki, güzəştlərdən yararlanmaq üçün əsas şərt müvafiq sosial karta sahib olmaq və ya həmin sosial qrupun üzvü olduğunu təsdiqləyən sənədləri təqdim etməkdir:

"Bu proses, adətən, müəyyən qeydiyyat prosedurlarını əhatə edir və müraciət əsasında həyata keçirilir. Yəni, vətəndaşın güzəştdən faydalanmaq üçün bu imkandan xəbərdar olub, müvafiq qaydada müraciət etməsi tələb olunur".  

İqtisadçı onu da qeyd edib ki, sistem könüllü əsasda qurulduğu üçün kampaniyaya qoşulan şirkətlər üçün xüsusi və məcburi tələblər müəyyən edilməyib:

"Hər bir müəssisə güzəşt şərtlərini və prosedurlarını öz daxili qaydalarına uyğun olaraq müəyyənləşdirir. Bu səbəbdən güzəştlərin tətbiq dairəsi və mexanizmləri müxtəlif şirkətlərdə fərqli ola bilər".

Milli.Az

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:142
embedMənbə:https://news.milli.az
archiveBu xəbər 30 Mart 2025 17:30 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

BMT: 21 milyona yaxın sudanlı aclıqla üzləşib

10 Yanvar 2026 23:11see173

Qara Qarayeva və Rəşad Hüseynova vəzifə verildi

11 Yanvar 2026 21:02see171

Məğlub olan Qalatasaray bundan imtina etdi

10 Yanvar 2026 23:44see155

“Sabah” və “Şamaxı” yoxlama oyununda üz üzə gələcək

11 Yanvar 2026 13:28see155

Bu ölkədə 11 yanacaq məntəqəsi partladıldı Video

11 Yanvar 2026 11:28see154

Karvan Yevlax heyətini gücləndirdi... Birinci divizion təmsilçisi ilə

10 Yanvar 2026 22:57see147

Həmişə özüm almışam, ərimin almasını gözləməyə səbrim çatmayıb

11 Yanvar 2026 00:31see146

Can Yaman və tanınmış model saxlanıldı FOTOLAR

10 Yanvar 2026 10:16see143

Ueyn Runi qardaşının klubunun “Kristal Palas” üzərində qələbəsini şərh edib

11 Yanvar 2026 01:34see142

Azərbaycan üzərindən Rusiya şəkəri Ermənistana göndəriləcək

10 Yanvar 2026 17:50see139

Xoruldama infarkt və insult riskini artırır

11 Yanvar 2026 14:19see139

“Liverpul”da ağır itki “Qarabağ”la oyunu buraxacaq

11 Yanvar 2026 17:11see136

Rafael Məmmədova YÜKSƏK VƏZİFƏ VERİLDİ KONKRET

11 Yanvar 2026 23:00see135

Qəbələ Kəpəz i məğlub edib

10 Yanvar 2026 16:39see133

Evini baha qiymətə satmaq üçün qonşunun itlərini daşlayırmış SUMQAYITDAKI GÖRÜNTÜLƏRLƏ BAĞLI ARAŞDIRMA

10 Yanvar 2026 18:30see133

Dəniz suyu içməli olacaq

10 Yanvar 2026 12:53see132

UFC nin sabiq çempionu Uitakkerlə mümkün döyüş barədə: “Bu, hamının yatdığı o qız kimidir”

11 Yanvar 2026 16:04see131

İranda etirazlar: Təcili yardım maşınları zədələndi

12 Yanvar 2026 01:28see129

Dünyanın ən yavaş reketi: 60 yaşı var, amma hələ də istifadə olunur

11 Yanvar 2026 20:28see129

Əfqanıstanda 4 mədənçi tüstüdən boğuldu

11 Yanvar 2026 01:20see128
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri