Icma.az
close
up
RU
Bu şəxslərə NÜHÜ XƏBƏR Mağazalarda sizi GÜZƏŞTLƏR GÖZLƏYİR! KONKRET

Bu şəxslərə NÜHÜ XƏBƏR Mağazalarda sizi GÜZƏŞTLƏR GÖZLƏYİR! KONKRET

Icma.az, Konkret.az saytına istinadən bildirir.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Sosial Müdafiə Fondu (DSMF) sosial ödəniş alan şəxslərə dəstək məqsədilə “Sosial tərəfdaş” adlı yeni layihəyə başlayıb. Bu təşəbbüs artıq iki il əvvəl başladılıb, lakin çox insan layihənin mövcudluğundan xəbərsizdir. Araşdırmalar göstərir ki, bu proqram çərçivəsində müxtəlif xidmət və ticarət sahələrində əlillərə, şəhid ailələrinə və digər həssas sosial qruplara müəyyən güzəştlər və endirimlər təqdim edilir.

Buna baxmayaraq, layihənin tətbiqi və əlçatanlığı ilə bağlı məlumatlandırma səviyyəsi aşağı olduğundan, hədəf qruplarının əksəriyyəti bu imkanlardan yararlanmır. Bu baxımdan, proqramın daha geniş şəkildə tanıdılması və vətəndaşların ondan faydalanmasını asanlaşdıracaq addımların atılması vacibdir.

KONKRET.az xəbər verir ki,  bu barədə “Yeni Sabah”a İqtisadçı Rəşad Həsənov danışıb. O bir sıra vacib məqamlara toxunub:

“Bu sahədə hər hansı hüquqi tənzimləmə və ya konkret qanunvericilik çərçivəsi mövcud deyil. Sözügedən sosial kart və ona əsaslanan güzəştlər daha çox bazar iştirakçılarının öz imkanları daxilində həyata keçirdiyi təşəbbüslər kimi ortaya çıxır. Bir sıra pərakəndə ticarət və xidmət müəssisələri bu imkandan yararlanaraq, sosial məsuliyyət və müştəri loyallığını artırmaq məqsədilə əlil qazilər və onların ailə üzvləri üçün müəyyən güzəştlər təklif edirlər”.

Ekspert bildirib ki, güzəştlərdən yararlanmaq üçün əsas şərt müvafiq sosial karta sahib olmaq və ya həmin sosial qrupun üzvü olduğunu təsdiqləyən sənədləri təqdim etməkdir:

“Bu proses, adətən, müəyyən qeydiyyat prosedurlarını əhatə edir və müraciət əsasında həyata keçirilir. Yəni, vətəndaşın güzəştdən faydalanmaq üçün bu imkandan xəbərdar olub, müvafiq qaydada müraciət etməsi tələb olunur”.

İqtisadçı onu da qeyd edib ki, sistem könüllü əsasda qurulduğu üçün kampaniyaya qoşulan şirkətlər üçün xüsusi və məcburi tələblər müəyyən edilməyib:

“Hər bir müəssisə güzəşt şərtlərini və prosedurlarını öz daxili qaydalarına uyğun olaraq müəyyənləşdirir. Bu səbəbdən güzəştlərin tətbiq dairəsi və mexanizmləri müxtəlif şirkətlərdə fərqli ola bilər”.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:133
embedMənbə:https://konkret.az
archiveBu xəbər 30 Mart 2025 12:00 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Nostaljinin aldadıcı mükəmməlliyi Məryəm Bağırova yazır

08 Yanvar 2026 12:13see771

Türkiyə MN: Dəməşqə dəstək verməyə hazırıq

08 Yanvar 2026 13:29see215

İranda baş verənlərin Azərbaycana siyasi iqtisadi təsiri çox azdır

09 Yanvar 2026 14:06see182

İranda aparıcı xəbər agentliklərinin saytları işləmir KONKRET

09 Yanvar 2026 10:44see180

Pezeşkian, Rza Pəhləvi, SEPAH üçlüyü İranda Yuqoslaviya variantı

09 Yanvar 2026 14:00see175

Kolumbiya prezidenti dünya müharibəsini dayandırmaq üçün ABŞ a

10 Yanvar 2026 07:53see159

Buz bağlamış ön alın şüşəsini belə təmizləmək olmaz SÜRÜCÜLƏRƏ TÖVSİYƏ

09 Yanvar 2026 21:12see159

iPhone smartfonlarına yeni emojilər əlavə ediləcək

10 Yanvar 2026 05:45see155

Bakıda dələduzluq edən SMM saxlanıldı

08 Yanvar 2026 12:17see153

“Kardeş Takımı 3” yalnız CineMastercard da!

08 Yanvar 2026 18:46see150

Gəncədə AĞIR QƏZA Yaralanan var FOTO

09 Yanvar 2026 08:52see149

Ordu vaxt verdi: Bir neçə dəqiqəyə başlayacaq KONKRET

08 Yanvar 2026 14:17see142

İsfahanda televiziya və radio stansiyasının binası yandırıldı VİDEO

08 Yanvar 2026 23:39see140

“Trampı devrilmiş tiranlarının aqibəti gözləyə bilər” Xamenei

09 Yanvar 2026 17:48see139

İsrail Hizbullah mövqelərinə yeni hücumlar həyata keçirir​​​​​​​

09 Yanvar 2026 15:09see137

Yenə görüşə bilərlər

08 Yanvar 2026 23:38see136

“Gələcəyə iti baxış: eynək istifadəçiləri üçün sevindirici xəbər“ CNN

08 Yanvar 2026 23:03see134

“Kinon” abunəliyini bank kartı ilə ödəmək mümkündür

09 Yanvar 2026 16:15see133

Azərbaycalı müğənni bədən quruluşu ilə DİQQƏT ÇƏKDİ VİDEO

10 Yanvar 2026 01:10see132

Xətaidə parkdakı ağaclar gecəylə kəsilib Dövlət Xidməti Baş Prokurorluğa müraciət edib

08 Yanvar 2026 23:31see129
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri