Icma.az
close
up
RU
Bu şəxslərə ŞAD XƏBƏR Bundan sonra ASANLAŞACAQ!

Bu şəxslərə ŞAD XƏBƏR Bundan sonra ASANLAŞACAQ!

Icma.az, News24 portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

ABŞ geni dəyişdirilmiş donuzların böyrəklərinin insanlara köçürülməsi üçün sınaqları təsdiqləyib. Bu barədə “The Washington Post (WP)” xəbər yayıb. Nəşrin məlumatına görə, Qida və Dərman İdarəsi iki şirkətə - United Therapeutics və eGenesis-ə klinik sınaqların aparılmasına icazə verib. Tədqiqat son mərhələdə böyrək çatışmazlığı olan altı xəstəni əhatə edəcək. Gələcəkdə iştirakçıların sayının 50-yə çatdırılması planlaşdırılır. 

“United Therapeutics”in ilk əməliyyatının 2025-ci ilin ortalarında baş tutacağı gözlənilir. Qeyd olunur ki, eGenesis şirkəti tərəfindən daha üç böyrək köçürüləcək.  Məlumdur ki, Azərbaycanda da böyrək transplantasiyası üçün növbə gözləyən xəstələr var. Bəs belə sınaqlar nə dərəcədə effektli ola bilər?

Qeyd etmək yerinə düşər ki, ekspertlərə görə, geni dəyişdirilmiş donuz böyrəklərinin insan bədəninə uyğunlaşdırılması üçün müəyyən genetik dəyişikliklər edilir. Amma insan orqanizminin bu orqanları necə qəbul edəcəyi hələ də tam aydın deyil. Əvvəlki təcrübələrdə orqanlar bir neçə həftə və ya ay içində bədən tərəfindən rədd edilib. Misal üçün, ötən il ABŞ-nin Boston şəhərindəki Massaçusets Xəstəxanasından bildiriblər ki, ilin əvvəlində geni dəyişdirilmiş donuzdan yeni böyrək transplantasiyası əməliyyatı keçirən ilk insan böyrək çatışmazlığından vəfat edib.  Xəstəxanadan verilən açıqlamada qeyd olunub: “Kütləvi transplantasiya qrupu donuz böyrəyi köçürülməsi əməliyyatının nəticəsini araşdırır”. Hazırda bu əməliyyatlar qısa müddətlik effektləri yoxlamaq üçün aparılır. Əgər xəstələrdə böyrəklər stabil işləsə, daha genişmiqyaslı sınaqlara keçid edilə bilər. Bununla belə,  bəzi cəmiyyətlərdə heyvan orqanlarının insanlara köçürülməsi etik və dini baxımdan suallar yaradır. Bunun Azərbaycanda qəbul olunması da müzakirə mövzusu ola bilər.

Məlumat üçün bildirək ki, Azərbaycanda orqan transplantasiyası faktı ilk dəfə akademik Mirməmməd Cavadzadənin adı ilə bağlıdır. Onun rəhbərliyi ilə 1971-ci il martın 4-də nəinki Azərbaycanda, Cənubi Qafqazda və Yaxın Şərqdə ilk dəfə xəstəyə böyrək köçürülüb. Sonradan bu nailiyyətə görə o, 1974-cü ildə SSRİ dövlət mükafatına layiq görülüb. Mərhum akademikin rəhbərliyi ilə 1983-cü ilə kimi Azərbaycanda 30-a yaxın böyrəkköçürmə əməliyyatı aparılıb. Sonradan bu iş dayandırılıb. Sovet hakimiyyətinin dağılması ərəfəsində yaranan durğunluq, tibbi avadanlıqların köhnəlməsi, işin risklilik dərəcəsinə görə onlar transplantasiya ilə məşğul olmamışlar.

Cərrah-həkim, professor Adil Qeybulla mövzu ilə bağlı “Yeni Müsavat”a fikrini bölüşüb: “Ümumiyyətlə, orqan nəqli üçün allotransplantlardan istifadə ideyası xeyli əvvələ gedib çıxır. Təcrübələr göstərir ki, müəyyən adaptasiya mexanizmlərinin təmin edilməsi, immun sistemin uyğunlaşdırılması yolu ilə heyvanlardan orqan köçürülməsi də real ola bilər. Bu baxımdan donuzlardan orqan köçürülməsi məsələsi uzun müddətdir müzakirə edilir və eksperimentlərdə bununla bağlı uğurlu nəticələr əldə olunur. Təbii ki, bunun klinikaya tətbiqi donor mənbəyinin artırılması baxımından çox mühüm addımdır. Hesab edirəm ki, ürək, ağciyər və s. kimi orqanlar çox nadir orqanların, hətta beyin ölümü keçirmiş insanlarda belə, onun daha sağlam formasını tapmaq həmişə mümkün olmur. Belə orqanların mənbəyi heyvanlar ola bilər. Bu baxımdan, donor mənbəyi kimi növbədə dayanmış xeyli insan problemini həll etmək mümkün olacaq”. 

O ki qaldı Azərbaycanda orqan nəqli məsələsinə, həkim əlavə edib ki, ölkəmizdə “Orqan nəqli haqqında” qanun layihəsi müzakirə edilib: “Amma donor mənbəyi və donor bankı məsələsi hələ də sual olaraq qalır. Ən böyük problem insanlardan orqanın götürülməsidir. Yəni donor mənbəyi kimi əsasən beyin ölümü keçirmiş, praktik olaraq sağlam insanların yarılmasına, orqanın götürülməsinə cəmiyyət hələlik razılıq vermir. Təəssüflər olsun. Nə qədər ki insanlarımız buna psixoloji olaraq hazır deyil, o qədər də biz bu sahədə problem yaşayacağıq. Yəni insanlardan yetərincə orqan götürə bilmiriksə, donor məsələsini və donor mənbəyi problemini tam həll edə bilməyəcəyik. Ona görə də hesab edirəm ki, bu məsələ həll edildikdən sonra artıq heyvanlardan da orqan mənbəyi kimi istifadə edilməsinə keçmək olar. Hesab edirəm ki, bizdə problem xarici ölkələrlə müqayisədə daha dərindədir. Amma istənilən halda, kliniki təcrübələr göstərir ki, artıq aparılmış eksperimentlər uğurla sınaqdan keçib və bunlar orqan mənbəyi istiqamətində yeni üfüqlər açır. Dünyada yaxın zamanlarda bu məsələnin geniş yayılması üçün şərait yaradacaq. Çünki əgər donuzlar orqan mənbəyi kimi çıxış etsə, onları xüsusi yerlərdə saxlayacaqlar və lazım olan insanlara orqan köçürülməsi təmin ediləcək. Bundan başqa, hal-hazırda yeni-yeni preparatların, xüsusilə immun sisteminə müdaxilə edən və onu tənzimləyə bilən preparatların da meydana gəlməsi bu işin həyata keçirilməsinə kömək edəcək”.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:160
embedMənbə:https://news24.az
archiveBu xəbər 08 Fevral 2025 08:22 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İlon Mask: Avropa İttifaqı ləğv edilməli, ölkələrə suverenlik verilməlidir

06 Dekabr 2025 19:41see245

Bu rayonda icra başçısının müavini işdən çıxıb FOTO

06 Dekabr 2025 15:42see201

Zelenski, Makron, Starmer və Merz 8 dekabrda Londonda görüşəcəklər

06 Dekabr 2025 22:42see172

İngiltərə Premyer Liqası: “Arsenal”ın Birminhem səfəri, “Mançester Siti” “qara pişiklər”i sınağa çəkəcək in İCMALI

06 Dekabr 2025 13:29see143

Qaxda çoban GÜLLƏLƏNDİ

06 Dekabr 2025 11:26see142

Zirə Qarabağ və Sabah Neftçi matçına təyinatlar açıqlandı

06 Dekabr 2025 09:41see140

Gündə bir stəkan şərab: Zərəri, yoxsa faydası var?

06 Dekabr 2025 20:43see138

MÜSİAD Azərbaycana yeni sədr gəlir, Cevdet Yılmaz qurultaya qatılır

06 Dekabr 2025 15:46see131

Ərdoğan Venesuelalı həmkarı Maduro ilə telefonla danışıb

07 Dekabr 2025 00:43see131

Aİ Rusiyanın dəniz yolu ilə neft ixracına tam qadağanı nəzərdən keçirir

06 Dekabr 2025 20:23see128

Dezinformasiya cəmiyyət üçün real təhlükədir

06 Dekabr 2025 18:46see127

Mahmut Orhanın keçmiş sevgilisi ilə eşq yaşayır

06 Dekabr 2025 17:18see125

Zirədə liderlik mübarizəsi, “Sabah” üçün ikincilik oyunu

06 Dekabr 2025 08:01see123

Salah: “Klub məni pis vəziyyətə qoyur”

07 Dekabr 2025 01:38see123

Hiperaktivlik vaxtında müalicə olunmasa, uşağın gələcək həyatı təhlükədədir

07 Dekabr 2025 16:01see122

S&P Azərbaycanın bank islahatlarını qiymətləndirib

06 Dekabr 2025 14:16see122

Merz: Almaniya Fələstin dövlətini tanımayacaq

07 Dekabr 2025 17:44see120

“Lexus” kanala aşdı 5 nəfər öldü KONKRET

07 Dekabr 2025 09:54see120

Dyökereş “Aston Villa”ya məğlubiyyətdən sonra: “Oyunumuzu bir az yaxşılaşdırmalıyıq”

07 Dekabr 2025 05:12see120

Ad gününə lotereya aldı, 500 min dollar uddu

07 Dekabr 2025 10:04see120
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri