Icma.az
close
up
RU
Azərbaycanda pensiya yaşına çatan şəxslərə ŞAD XƏBƏR Bundan sonra...

Azərbaycanda pensiya yaşına çatan şəxslərə ŞAD XƏBƏR Bundan sonra...

News24 saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Azərbaycanda 1584 nəfərin yaşı 100 və daha çoxdur. Dövlət Statistika Komitəsinin məlumatına görə, onlardan 646 nəfər kişi, 938 nəfər isə qadındır.

Ölkədə pensiyaya çıxmaq üçün kişilərin yaşı 65, qadınların yaşı isə 63 yarım olmalıdır. Xatırladaq ki, bu ilin iyulun birindən etibarən qadınların pensiya yaşı 64 olacaq.

Bundan başqa, ölkədə yaşı 70 və 70-dən yuxarı olan şəxslər ahıl hesab edilirlər.

 Dünyanın bir çox ölkəsində yaşlı insanların güzəranının yaxşılaşması üçün təqaüdlə yanaşı onlara müxtəlif güzəştlər tətbiq olunur.

Qonşu Türkiyədə 10,5 milyona yaxın təqaüdçü şəhər nəqliyyatından pulsuz istifadə etmək imkanına malikdir. Həmçinin, şəhərlərarası nəqliyyatda da müəyyən endirimlər tətbiq olunur.

Azərbaycan təqaüdçülərinin ictimai nəqliyyatdan pulsuz və ya güzəştli şərtlərlə istifadə edilməsinə dair qərar yoxdur.

Bəs ölkədə 100 il və daha çox yaşayanlara, həmçinin, ahıl insanlara hansı sosial güzəştlər edilir?

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən Bizim.Media-nın sorğusuna cavab olaraq bildirilib ki, ahıllar müvafiq sosial dəstək tədbirləri ilə əhatə olunurlar:

“Qanunvericiliyə əsasən yaşı 70-ə çatmış şəxslər ahıl şəxslər hesab olunur. Ahıl şəxslərin qayğı ilə əhatə olunması, onların sosial müdafiəsinin ildən ilə gücləndirilməsi ölkədə həyata keçirilən sosial siyasətin əsas istiqamətlərindən biridir. Digər həssas qruplardan olan şəxslər kimi ahıllar müvafiq sosial dəstək tədbirləri ilə əhatə olunurlar.

Belə ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin ahıl şəxslər üçün sosial xidmət müəssisəsində ahıllara sosial xidmət və onların sosial reabilitasiyası həyata keçirilir. Burada ahıl sakinlərin asudə vaxtlarının səmərəli təşkili üçün tədbirlər, mədəniyyət mərkəzlərinə, müxtəlif istirahət mərkəzlərinə ekskursiyaları, gəzintiləri və s. təşkil olunur. Həyata keçirilən layihələr çərçivəsində müəssisə sakinləri futbol və gimnastika məşğələlərinə cəlb edirlər. Bu müəssisədə son illərdə müasir tələblərə uyğun şərait yaradılıb, həmçinin 5 mərtəbəli 170 yerlik əlavə korpus istifadəyə verilib. Hazırda burada 231 ahıl şəxs dövlət himayəsində yaşayır”.

Qurumun məlumatında qeyd edilib ki, Agentlik tərəfindən hazırda sosial-məişət xidmətləri göstərilən sosial xidmətə ehtiyacı olan 3231 şəxsdən 2957 nəfəri ahıldır:

“Sosial xidmətçilər tənha ahılların və ahıl ər-arvadların evlərinə gedərək onlara ev təsərrüfatında, əsas tələbat mallarının alınması və s. işlərdə köməklik göstərirlər. Son illər sosial xidmət sistemində yeni istiqamət kimi, ahıllar üçün günərzi qayğı mərkəzləri də yaradılıb. Bu yaxınlarda Sosial Xidmət haqqında Qanuna edilmiş dəyişikliklər sosial xidmətlərlə əhatə olunan ahılların əhatə dairəsinin daha da artmasına imkan yaradır”.

Nazirlikdən əmək pensiyaçılarının mühüm hissəsini ahılların təşkil etdiyi də vurğulanıb

"Ötən dövrdə ölkəmizdə pensiyaların dəfərlərlə artırılması təmin olunub. Pensiya təminatı sistemində son illərdə humanist yanaşmalar da tətbiq edilməklə, yaşlı nəslin bu təminat növünə əlçatanlığı xeyli artırılıb.

Əmək pensiyası hüququ olmayan ahıl şəxslər isə yaşa görə sosial müavinətlə təmin olunur”.

Qurumun cavabında İkinci Dünya müharibəsi iştirakçısı olan ahıllara olunan güzəştlər də yer alıb:

“Ahıl vətəndaşların bir qismi də İkinci Dünya müharibəsi iştirakçısıdır. Həmin vətəndaşlar Prezidentin aylıq təqaüdləri ilə təmin edilir ki, bu təqaüdlərin məbləği ötən dövrdə dəfələrlə artırılıb. Onlara pensiya təyin olunarkən pensiyalarına qanunvericilikdə nəzərdə tutulmuş qaydada əlavələr hesablanıb. Prezident İlham Əliyevin 21 aprel 2025-ci il tarixli Sərəncamına əsasən İkinci Dünya müharibəsi iştirakçılarına və Sərəncamda nəzərdə tutulan digər şəxslərə Nazirlik tərəfindən birdəfəlik maddi yardımların ödənişi də həyata keçirilib.

“Azərbaycan Respublikasında sosial xidmətin inkişafına dair 2023-2026-cı illər üçün Dövlət Proqramı”na əsasən ahıl şəxslərin ictimai faydalı fəaliyyətə cəlb edilməsi, bilik və bacarıqlarından məqsədyönlü istifadə edilməsi və s. ilə bağlı layihələr də həyata keçirilir”.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:83
embedMənbə:https://news24.az
archiveBu xəbər 14 May 2025 14:52 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Rusiya, vəziyyətin kritik həddə çatmasına imkan verməməli idi

29 Dekabr 2025 16:02see261

İsrail ordusuna ilk lazer hava hücumundan müdafiə sistemi təhvil verildi

28 Dekabr 2025 19:42see240

Azərpoçt sakinləri məktub dalıyca haraya göndərir? “Yaşadığım yerdən neçə kilometr kənara məktub və bağlama üçün gedirəm”

29 Dekabr 2025 09:04see226

Tesla avtomobilləri 15 dən çox insanın ölümünə səbəb olub

29 Dekabr 2025 00:03see215

Qızılın bu günə olan qiyməti açıqlandı

29 Dekabr 2025 11:26see183

İcbari tibbi sığorta özünü doğrulda bilmədi AÇIQLAMA

28 Dekabr 2025 15:30see168

Zəngəzurda NƏHƏNG dağlar yarılır, yol çəkilir: MÜHÜM DETALLAR açıqlandı

28 Dekabr 2025 11:09see163

PREZİDENT İCRA BAŞÇISINI İŞDƏN ÇIXARDI Ötən ay təyin edilmişdi + DOSYE

29 Dekabr 2025 18:01see158

Etna vulkanı yenidən püskürdü

28 Dekabr 2025 16:55see156

“Birləşdirən dəyərlər Şəhid Ailələri ilə Həmrəylik Günü” adlı tədbir keçirilib

28 Dekabr 2025 16:20see153

Rusiya orbitə 50 dən çox peyk buraxdı...

29 Dekabr 2025 01:36see152

Tramp bu gün Zelenski ilə Donbas və Zaporojye AES məsələlərini müzakirə edəcək FOTO

28 Dekabr 2025 16:18see147

Neft qiymətləri yüksəlir: Geosiyasi risklər bazara təsir göstərir

29 Dekabr 2025 09:52see145

MHP lideri: Millətimiz əmin olsun ki, terror bəlasının kökləri slinəcək

29 Dekabr 2025 18:05see144

Stomatoloq ən təhlükəli bayram içkisinin adını çəkib...

29 Dekabr 2025 22:18see142

Bakı sakinlərinə ŞAD XƏBƏR: Tarqovı nın ərazisi böyüdülür (FOTO)

29 Dekabr 2025 04:20see140

Belarus qapıçı Azərbaycanda rekorda imza atıb

28 Dekabr 2025 16:54see140

Moldovada da “Rus Evi” bağlanır Azərbaycan bu addımı ilin əvvəlində atıb

28 Dekabr 2025 20:46see139

DİN Baş İctimai Təhlükəsizlik İdarəsinə rəis təyin edilib

29 Dekabr 2025 03:50see136

Ekspert xəbərdarlıq etdi: 2026 da iqtisadi çətinlik...

30 Dekabr 2025 08:15see134
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri