Icma.az
close
up
RU
Bu şəxslərə vacib XƏBƏRDARLIQ: Evsiz qala bilərsiz

Bu şəxslərə vacib XƏBƏRDARLIQ: Evsiz qala bilərsiz

Moderator.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Son illərdə Azərbaycanda daşınmaz əmlak alqı-satqısında etibarnamə vasitəsilə həyata keçirilən əməliyyatlara tez-tez rast gəlinir. Bəzi vətəndaşlar müəyyən səbəblərə görə evi birbaşa alqı-satqı müqaviləsi ilə deyil, etibarnamə yolu ilə alır və ya satır. Lakin bu proses, ilk baxışda sadə görünsə də, ciddi hüquqi risklər yarada bilər. Çünki etibarnamə mülkiyyət hüququnu tam şəkildə ötürmür və müəyyən hallarda alıcının hüquqları təhlükə altına düşə bilər. Etibarnamə ilə əmlak alan şəxs hansı hüquqi risklərlə üzləşə bilər və belə hallarda özünü necə qorumalıdır?

Moderator.az-a açıqlamasında hüquqşünas Ramil Süleymanov bildirib ki, Azərbaycanda etibarnamə vasitəsilə əmlak alma halları hələ də geniş yayılıb. O vurğulayıb ki, çox təəssüf ki, bəzi vətəndaşlar etibarnaməni mülkiyyət sənədi kimi qəbul edirlər, halbuki belə deyil.

“Etibarnamə mülkiyyət hüququ vermir. Bu sənəd yalnız müəyyən əməliyyatları həyata keçirmək səlahiyyəti verir, əmlakın sahibi olmağa yox.

Gələcəkdə hüquqi problemlər yarana bilər. Məsələn, etibarnamə ilə alınmış əmlak, nikah dövründə bölünən birgə mülkiyyətə daxil edilə bilməz və ya vəfat edən şəxsin mirası kimi hesab olunmur.

Əmlakın satışı və bağışlanması mümkün deyil. Etibarnamə əsasında əmlakın hüquqi sahibi müstəqil qərar verə bilməz, yəni onu bağışlamaq və ya satmaq hüququ yoxdur. Etibarnamənin ləğvi riski yüksəkdir”,- deyə hüquqşünas deyib.

 Hüquqşünas vurğulayıb ki, etibarnamə verildikdən qısa müddət sonra belə ləğv oluna bilər:

“Məhkəmə təcrübəsi göstərir ki, insanlar illərlə etibarnamə əsasında istifadə etdikləri əmlakın onlara məxsus olduğunu  zənn edirlər, amma sonra məlum olur ki, sənəd artıq ləğv olunub. Etibarnamə ilə əmlak almağa çalışan şəxslər bilməlidirlər ki, bu əməliyyat ciddi hüquqi risklər daşıyır və mülkiyyət hüququnun tam təmin olunması üçün həmişə notarial alqı-satqı müqaviləsi ilə rəsmiləşdirmək lazımdır”.

Mehin Mehmanqızı

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:167
embedMənbə:https://moderator.az
archiveBu xəbər 21 Oktyabr 2025 13:49 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Rusiya Ukrayna danışıqları dalana dirənib

04 Dekabr 2025 14:36see408

Tulin Ələkbərova və tələbəsi saxlanıldı

05 Dekabr 2025 09:49see255

Rusiyada 21 yaşına çatmamış şəxslər tütün və spirtli içkilərin satışı ilə məşğul ola bilməyəcək

05 Dekabr 2025 01:45see212

ABŞ də 2025 ci ildə ən çox səhv tələffüz edilən sözlər hansıdır?

05 Dekabr 2025 01:11see197

Kosmosdakı 5 sm lik peykimiz nəyə yarayır?

05 Dekabr 2025 08:03see176

Çempionlar Liqası: Araz Naxçıvan qapını bərk çırpa biləcək?

05 Dekabr 2025 09:34see147

Gəncədə yeniyetmə və 22 yaşlı qadını bıçaqlayan şəxslər saxlanılıb

05 Dekabr 2025 09:28see147

Bakıda torpağın sotu 425 min oldu 41 faiz bahalaşma var VİDEO

05 Dekabr 2025 09:37see144

“Əmək müqavilələrinin sayı 45 faiz artıb, əməkhaqqı fondu isə 3,2 dəfə yüksəlib” Nazir

05 Dekabr 2025 12:02see138

10 nəhəng qida şirkəti insan sağlamlığını belə məhv edir... Siyahıda “Coca cola , Nestle” kimi şirkətlər var

04 Dekabr 2025 11:53see135

Bakıda Şaxta baba lar dalaşdı VİDEO

04 Dekabr 2025 17:37see135

Qurudulmuş meyvələr hansı şəraitdə saxlanmalıdır? Mütəxəssis xəbərdarlığı

04 Dekabr 2025 07:15see133

Neymar və het trik

04 Dekabr 2025 09:17see132

Dövlət Turizm Agentliyi ölkəyə turist axınının azalmasına münasibət bildirib

04 Dekabr 2025 11:02see126

İsrail Avroviziyaya qatılacaq 4 ölkədən boykot qərarı

05 Dekabr 2025 01:11see125

Juninyo Braziliya çempionu oldu

04 Dekabr 2025 08:20see123

Borclu sakinlərə görə bütün binanın istiliyi kəsilirsə... Ekspert

05 Dekabr 2025 08:31see123

Hərbçi olmaq üçün 160 sm boy kifayətdir YENİ QƏRAR

04 Dekabr 2025 08:11see123

Piastri Norrisə kömək etməyəcək

05 Dekabr 2025 00:16see122

Tanınmış şirkətin milyon yarımlıq dələduzluğu işində Hökm oxundu

04 Dekabr 2025 11:29see122
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri