Bu şəxslərin pensiya təminatı dəyişir
Icma.az, Demokrat.az portalına istinadən məlumat yayır.
Diplomatik xidmət əməkdaşlarının sosial təminatı və əməkhaqqı sistemi ilə bağlı qanunvericilikdə dəyişiklik edilib.
Milli Məclisin plenar iclasında müzakirəyə çıxarılan və III oxunuşda qəbul olunan “Diplomatik xidmət haqqında” yeni qanun layihəsinə əsasən, diplomatların dövlət məvacibinin tərkibi yenidən müəyyənləşdirilir.
Sənədə görə, dövlət məvacibi aylıq vəzifə maaşı, diplomatik rütbəyə görə əlavə ödəniş, təmsilçilik əlavəsi, eləcə də artıq iş vaxtına görə verilən vəsaitdən ibarət olacaq. Bununla yanaşı, əmək şəraitinin xüsusiyyətləri və iqlim amilləri nəzərə alınmaqla əlavə ödənişlərin tətbiqi də nəzərdə tutulur.
Dəyişikliklərə əsasən, diplomatik xidmət əməkdaşlarının maaş və əlavələri “Dövlət qulluğu haqqında” qanunun müvafiq tələblərinə uyğun hesablanacaq. Fəaliyyəti qiymətləndirilən vəzifələrdə çalışan əməkdaşların əməkhaqqısı müəyyən edilərkən onların diplomatik xidmət stajı və iş nəticələri də nəzərə alınacaq.
Layihədə diplomatik xidmətə qəbul proseduru yekunlaşana qədər müvəqqəti olaraq diplomatik vəzifə tutan şəxslərin maaşının həmin vəzifə üzrə ilk ödəniş pilləsinin 50 faizi həcmində müəyyənləşdirilməsi də əksini tapıb.
Qanunda pensiya yaşına çataraq diplomatik xidmətdən ayrılan əməkdaşlarla bağlı yeni müddəalar da yer alıb. Belə ki, diplomatik xidmət orqanının əməkdaşına son 24 ay və ya ardıcıl seçilən 60 ay üzrə hesablanan orta aylıq dövlət məvacibinin 6 misli qədər birdəfəlik ödəniş veriləcək.
Qeyd olunub ki, həmin vəsaitdən qanunvericiliklə nəzərdə tutulan vergi, məcburi dövlət sosial sığorta və digər icbari ödənişlər tutulacaq.
Demokrat.az
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.

Bu mövzuda digər xəbərlər:Bu şəxslərin pensiya təminatı gücləndiriləcək
11 Aprel 2025 13:20
Azərbaycanda bu şəxslərin pensiya təminatı gücləndiriləcək
07 Aprel 2025 14:04
Bu şəxslərin əmək müqaviləsi ləğv edildikdən təminatı qaydası dəyişir
09 Dekabr 2024 13:37
Bəzi şəxslərin pensiya təyinatı qaydaları dəyişir
16 Oktyabr 2026 11:38
Baxış sayı:187
Bu xəbər 06 İyun 2026 05:00 mənbədən arxivləşdirilmişdir

Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur

Günün ən çox oxunanları