Icma.az
close
up
RU
Bu şəxslərin əmək müqaviləsi ləğv edildikdən təminatı qaydası dəyişir

Bu şəxslərin əmək müqaviləsi ləğv edildikdən təminatı qaydası dəyişir

Unikal.az saytından alınan məlumata görə, Icma.az bildirir.

Əmək müqaviləsi ləğv edildikdən sonra işçilərin təminatı qaydasına dəyişiklik olunur.

"Unikal" xəbər verir ki, bununla bağlı məsələ Əmək Məcəlləsinə təklif olunan dəyişiklikdə öz əksini tapıb.

Layihəyə əsasən, qanunvericiliklə müəyyən edilmiş qaydada müəssisənin ləğvi istisna olmaqla, Azərbaycan Respublikasının diplomatik nümayəndəliyində və ya konsulluğunda xidmət keçən, yaxud müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən xaricdə beynəlxalq təşkilatın orqanına işləməyə göndərilən diplomatik xidmət orqanı əməkdaşının Azərbaycan Respublikasının dövlət orqanında, dövlətin adından yaradılan publik hüquqi şəxsdə, dövlət mülkiyyətində olan və paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxsdə və büdcə təşkilatında təyinatlı vəzifədə (peşədə) işləmiş və bu Məcəllənin 69-cu maddəsinin 3-1-ci hissəsi ilə müəyyən edilmiş qaydada əmək müqaviləsinə xitam verilmiş arvadı (əri) diplomatik xidmət orqanı əməkdaşının müvafiq diplomatik nümayəndəlikdə və ya konsulluqda, yaxud xaricdə beynəlxalq təşkilatın orqanında işlədiyi müddətdə və ya bu müddət başa çatdığı tarixdən 60 (altmış) təqvim günü keçənədək əvvəlki vəzifəsini (peşəsini) tutmaq üçün müraciət etdikdə onun peşəkarlıq səviyyəsi və peşə yararlılığı yoxlanılmaqla həmin vəzifəyə (peşəyə), bu mümkün olmadıqda isə ona bərabər başqa vəzifəyə (peşəyə) təyin olunur.

Belə ki, hazırda Azərbaycan Respublikasının diplomatik nümayəndəliklərində və konsulluqlarında xidmət keçən diplomatik xidmət orqanı əməkdaşlarının həyat yoldaşları ailənin bir yerdə yaşaması üçün ölkəmizdəki iş yerlərini itirmək məcburiyyəti ilə qarşılaşırlar. Əmək qanunvericiliyinə əsasən əməkdaşın həyat yoldaşına iş yeri saxlanılmaqla altı aydan artıq olmayan müddətə ödənişsiz məzuniyyət verilsə də, bu məzuniyyət mövcud problemin həllinə təsir etmir. Qanunvericiliklə müəyyən edilən hər hansı bir zəmanət olmadan əməkdaşın həyat yoldaşının Azərbaycandakı iş yerindən çıxaraq əməkdaşla birlikdə xaricə getməsi, əməkdaşın xidmət müddəti başa çatdıqdan sonra ölkəyə qayıdarkən onun həyat yoldaşının əvvəlki işlədiyi qurumda işlə təmin olunmasında çətinliklə üzləşməsinəsəbəb olur. 

Digər tərəfdən, xaricə işləməyə göndərilən əməkdaşın həyat yoldaşının Azərbaycandakı öz iş yerini saxlamaq məqsədilə uzun illər ərindən və ya arvadından ayrı yaşaması da onların şəxsi həyatına və ailənin möhkəmliyinə mənfi təsir göstərir, həmçinin əməkdaşın uşaqlarının ailədə valideynləri ilə birlikdə yaşamaq və tərbiyə almaqhüququnun pozulmasına səbəb olur. 

Nəzərə almaq lazımdır ki, xaricdə xidmət keçən dövr ərzində diplomatik xidmət orqanı əməkdaşlarının onlarla birlikdə yaşayan həyat yoldaşlarının öz ölkələrində iş yerlərinin saxlanılması bir çox dövlətlərin təcrübəsində artıq mövcuddur. Öz aktuallığı ilə tənzimlənməsini tələb edən bu məsələ hazırda bəzi dövlətlərin daxili qanunvericilik aktlarında təsbit olunur. 

Beləliklə, qanun layihəsində nəzərdə tutulan dəyişikliklər nəticəsində  diplomatik xidmət orqanı əməkdaşlarının xaricdə xidmətkeçmə dövründə onlarla birlikdə yaşayan həyat yoldaşlarının öz ölkələrində iş yerlərinin saxlanılması ilə bağlı mütəmadi rast gəlinən problemləri həll olunacaq, eləcə də fəaliyyətindən və həmin orqanlarda xidmətkeçmədən irəli gələn əmək, vergi, sosial sığorta, əmək pensiyası və digər məsələlərlə bağlı hüquqi normaların sahəvi qanunlarda sistemli şəkildə tənzimlənməsi təmin ediləcək.

Anar Kəlbiyev


Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:121
embedMənbə:https://unikal.az
archiveBu xəbər 09 Dekabr 2024 13:37 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İrandakı daxili siyasi gərginliyin kökündə nə dayanır?

04 Sentyabr 2025 14:37see327

Makronun İsrailə səfər etmək istəyi Netanyahu tərəfindən rədd edildi

04 Sentyabr 2025 02:10see245

Keçmiş prezident özünə yeni iş tapdı

04 Sentyabr 2025 15:44see212

Husi qüvvələri Təl Əvivdə hədəfləri raketlərlə vurduğunu iddia edir

03 Sentyabr 2025 18:37see200

ABŞ də kişi görüşdə ayağını iyləməyə icazə verməyən qızın üzərindən avtomobillə keçdi

04 Sentyabr 2025 04:31see139

İslandiya millisinin yarımmüdafiəçisi: Azərbaycan bizi cəzalandıra bilər

03 Sentyabr 2025 23:00see137

İşçiləri əmək müqaviləsiz çalışdırırmış...

04 Sentyabr 2025 11:10see137

Türkiyədə dəhşət: İldırım ata və oğlunun həyatına son qoydu

04 Sentyabr 2025 00:53see135

Lissabonda funikulyor relsdən çıxdı − Ölənlər var

03 Sentyabr 2025 23:28see133

Ölümcül xəstəliyin çarəsi

03 Sentyabr 2025 23:31see131

Övladına toy edən şəxsin evi yandı

03 Sentyabr 2025 22:57see128

ABŞ hakimiyyəti Marsa ilk astronavtları 2030 cu ildə göndərməyi planlaşdırır

05 Sentyabr 2025 01:47see126

ABŞ də matça çayının gözlənilməz fəsadı ortaya çıxdı

04 Sentyabr 2025 14:46see125

Dövlət Departamenti Fələstinin üç hüquq müdafiə təşkilatına qarşı sanksiya tətbiq edib

05 Sentyabr 2025 03:46see122

Bakı qoçusu Qafar Nağıyevin 1902 ci ilə aid mülkü

04 Sentyabr 2025 22:13see121

Analitik Mərkəz: “İran rejimi son dəqiqələrini oynayır”

04 Sentyabr 2025 11:16see119

Kanadada bıçaqlı hücum: Bir nəfər ölüb, səkkiz nəfər...

05 Sentyabr 2025 01:25see119

Sinəsi ilə penaltini qaytarandan sonra öldü

05 Sentyabr 2025 01:25see117

İqtisadiyyat Nazirliyində Rövnəq Abdullayevlə bağlı qadağa var?

03 Sentyabr 2025 15:58see116

Fənərbaxça ya İtaliyanın keçmiş baş məşqçisi gətirilə bilər

05 Sentyabr 2025 01:16see114
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri