Icma.az
close
up
RU
Bu şirkət məşhur müğənniləri gətirmək adı ilə pul mənimsəyib?

Bu şirkət məşhur müğənniləri gətirmək adı ilə pul mənimsəyib?

Qafqazinfo saytından alınan məlumata görə, Icma.az bildirir.

“CAS GROUP” MMC şirkəti xarici müğənnilərin Azərbaycanda konsertini təşkil etmək adı ilə bizim və bir çox fiziki şəxslərin pulunu mənimsəyib”.

Bu şikayətlə “Qafqazinfo”ya “AVIA RISE” MMC turizm şirkəti tərəfindən müraciət daxil olub. 

Şirkət nümayəndəsinin iddiasına görə,“CAS GROUP” MMC populyar xarici müğənnilərin Bakıda və digər ölkələrdə konsertini təşkil etmək adı altında onlara 21 min 888 manat məbləğində ziyan vurub: “CAS GROUP” MMC-nin nümayəndəsi kimi bizimlə bütün danışıqları Fatimə İmanzadə adlı şəxs aparıb. O, şirkətin təsisçisi və direktoru Amil Hacıyevin adından ölkəmizdə konsertini təşkil edəcəkləri əcnəbi müğənnilərin aviabilet xərclərinin alınması və qonaqlama xidmətinin göstərilməsi üçün bizim turizm şirkəti ilə müqavilə bağlayıb. Onlar bizə 57 min manatın 35 min manatını ödəsə də, 2024-cü ilin iyun ayından məbləğin 21 min 888 manatını ödəməkdən boyun qaçırırlar.

“AVIA RISE” MMC-nin müraciətində bildirilib ki, sözügedən şirkət tərəfindən bir çox digər fiziki şəxsin də pulu mənimsənilib: “Onlar populyar rus və türk müğənnilərin ölkəmizdə konsertinin təşkilatçılığı adı altında daha iki fiziki şəxsi də aldadaraq onlarla bağladıqları investor müqaviləsini kobud şəkildə pozublar. “CAS GROUP” MMC ümumi olaraq hüquqi və fiziki şəxsləri aldadaraq onlara  210 min manat zərər vurub. Fatimə İmanzadə müqavilə bağladığı şəxsləri aldadaraq konsertin təşkilindən əldə edəcəyi puldan onların borcunu ödəyəcəyinə və əlavə qazanc əldə edəcəklərinə inandırıb.

Amma sonra onun yalan vəd verdiyi, adlarını çəkdiyi bəzi müğənnilərin, ümumiyyətlə, ölkəmizdə konsertini təşkil etmədiyi məlum olub. Belə ki, 2024-cü ilin iyunun 7-də Türkiyənin tanınmış sənətçisi  Sefonun konserti “Elektra Hall” konsert zalında (indiki adi ile Jolly&Joker) baş  tutsa da, borc verənlərə heç bir vəsait ödənilməyib. Eyni plan üzrə ötən ilin iyulun 14-də “Elektra Hall”da rus sənətçisi GUF-un konsertini təşkil etsələr də, konsert adı altında borc alınan şəxslərin pulu geri verilməyib”.

Şikayətdə bir çox konsertlərin təşkilində də eyni halların yaşandığı bildirilir: “Ötən il oktyabrın 29-da türk sənətçisi MURDA-nın Özbəkistanın paytaxtında yerləşən “Sport Kompleks Unusadab”da konsertini keçirəcəklərinə dair müqavilə bağlayıb, investordan bu məqsədlə pul alsalar da, konserti təşkil etməyiblər. Müğənni ilə əlaqə saxladıqda bildirildi ki, təşkilatçı Fatimə və Amil tərəfindən onlara konsert üçün heç bir məbləğ ödənilməyib. Bir ilə yaxındır ki, Fatimə İmanzadə konsert təşkilatçılığı üçün pul aldıqları hüquqi və fiziki şəxslərə müxtəlif bəhanələr gətirərək məsuliyyəti öz üzərindən atır, maliyyə məsələlərinə Amil Hacıyevin məsul olduğunu söyləyir”.

Qeyd edilib ki, şirkətlərin ikitərəfli müqavilələri olduğu üçün onların bu əməli dələduzluq kimi qiymətləndirilməyib: “Bundan sonra biz məhkəməyə müraciət etməli olduq. Fatimə İmanzadə və Amil Hacıyev barədə məhkəməyə şikayət etsək də, indi də onlar başqa şəxslərin adına şirkət təsis edərək konsert təşil etməkdə davam edirlər.

Hətta Fatimə İmanzadə mayın 11-də CAKAL&EBO adlı, iyunun 8-də isə BLOK 3 adlı türk sənətçilərinin Bakıda konsertlərinin təşkili ilə bağlı öz sosial şəbəkə hesablarında paylaşımlar edir. Onların bu qanunazidd əməllərinin qarşısı alınmasa, qurbanların sayı daha da artacaq”. 

İddialarda adı keçən tərəf Fatimə İmanzadə ilə əlaqə saxladıq. Şirkətin əməkdaşı olduğu deyilən qadın bildirdi ki, o, “CAS Group” MMC-nin nə təsisçisi, nə direktoru, nə də əməkdaşıdır: “Mənim hər hansı şəxslə borc və ya investisiya müqaviləm olmayıb. Şikayət edən şəxslər kimi mən də ittiham olunan adamla sadəcə müəyyən müddət iş görmüşəm, lakin bu məsələlərlə heç bir bağlantım yoxdur. Hətta heç bir rəsmi hüququ prosedurlarda da yer almamışam. İttiham olunan tərəf sadəcə “CAS Group” MMC-dir. Onun təsisçisi isə Amil Hacıyevdir”. 

Amil Hacıyevin mövqeyini öyrənmək cəhdlərimiz isə nəticəsiz qaldı. Çünki “CAS GROUP” MMC şirkətinin adına heç bir sosial platforma və ya rəsmi sayt mövcud deyil. A.Hacıyevə məxsus olduğu deyilən sosial şəbəkə hesabına göndərdiyimiz suallarımız isə cavablandırılmadı. 

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:243
embedMənbə:https://qafqazinfo.az
archiveBu xəbər 18 Aprel 2025 15:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see547

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see494

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see376

Ərdoğan bu jesti ilə müəyyən dairələrə lazım olan mesajı verdi

28 Oktyabr 2026 16:23see307

Gecə saatlarında əməliyyat “zərərçəkmişlər” xilas olundu VİDEO

27 Oktyabr 2026 12:16see266

Putin yeni hökumət üzvləri ilə ayrıca görüş keçirməyəcək

27 Oktyabr 2026 02:51see251

Bəzi insanlarda şokolad, pomidor, limon və digər turş qidalar reflüks əlamətlərinin artmasına səbəb olur HƏKİM

27 Oktyabr 2026 12:12see245

Naxçıvanda dişi ağrıyan əsgərimiz niyə ölüb?

27 Oktyabr 2026 11:53see237

ABB istiqraz emissiyasının növbəti mərhələsinə start verdi

27 Oktyabr 2026 18:27see219

Ölümdən 2 gün əvvəl bədəndə nə baş verir? 3 mərhələdə gediş

27 Oktyabr 2026 23:48see212

İpoteka ilə mənzil sahibi olmaq nə qədər realdır?

27 Oktyabr 2026 17:28see208

Xərçəng müalicəsində yeni mərhələ: Yeni peyvənd sınaqdan keçirildi

27 Oktyabr 2026 18:04see202

Gizli təzyiqinizin olduğunu necə bilmək olar?

28 Oktyabr 2026 02:06see200

Mbappenin açıqlaması Çində qəzəbə səbəb oldu

28 Oktyabr 2026 02:46see196

Bolsonaro Braziliyanı tərk etdi

28 Oktyabr 2026 01:16see191

Sərnişinlərə şad xəbər: ADY bəzi istiqamətlərdə sərnişindaşımaları bərpa edir

27 Oktyabr 2026 20:22see190

Nazir onu bu quruma rəis təyin etdi

27 Oktyabr 2026 20:30see189

14 günlük tələ: Elektronika mağazaları vətəndaşı necə aldadır?

27 Oktyabr 2026 19:34see183

Bakıda Dünya uşaq futboluna böyük qapı açıldı

27 Oktyabr 2026 23:49see181

Dohada iqtisadi potensialımızın təqdimatı

27 Oktyabr 2026 23:37see172
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri