Icma.az
close
up
RU
“Bu, son 5 ilin ən mühüm diplomatik hadisəsi hesab edilə bilər”

“Bu, son 5 ilin ən mühüm diplomatik hadisəsi hesab edilə bilər”

Xalqcebhesi saytından alınan məlumata görə, Icma.az bildirir.

“İran İslam Respublikasının Prezidenti Məsud Pezeşkian aprelin 28-də Azərbaycan Respublikasına rəsmi səfərə gəlib. Mən deyərdim ki, Azərbaycan və İran prezidentlərinin Bakıda bir araya gəlməsi son 5 ilin ən mühüm diplomatik hadisəsi hesab edilə bilər. Prezidentlərin Bakı görüşü təkcə diplomatik protokol hadisəsi deyil, həm də münasibətlərin gələcək gedişatını müəyyənləşdirəcək mühüm siyasi görüşdür. Xalqlarımız əsrlər boyu mehribanlıq, qardaşlıq şəraitində yaşayıb. Bu gün dövlətlərarası münasibətlərimiz bu möhkəm təməl üzərində inkişaf edir. İki ölkə başçısının birgə bəyanatı zamanı cənab Prezident İlham Əliyevin də qeyd etdiyi kimi İran Prezidentinin Azərbaycana rəsmi səfəri əlaqələrimizin yüksək səviyyədə olmasının təzahürüdür. Xüsusilə İran nümayəndə heyətinin geniş tərkibdə Bakıya gəlməsi, rəsmi Tehranın Bakı ilə münasibətlərdə yeni səhifə açmağa marağının göstəricisidir. Hazırda İran bir çox strateji səbəbə görə Azərbaycanla münasibətləri normallaşdırmağa çalışır”.

Bu sözləri xalqcəbhəsi.az-a açıqlamasında Milli Məclisin deputatı Müşfiq Cəfərov deyib.

M.Cəfərov bildirib ki, İran Prezidenti M.Pezeşkianın Bakıya səfəri zamanı iki ölkə arasında münasibətlərin inkişafı və problemlərin həlli istiqamətində ciddi mesajlar verildi: “İqtisadi layihələr, xüsusilə nəqliyyat və enerji sahəsində əməkdaşlıq mövzuları əsas müzakirə obyektidir. Tehran Azərbaycandan elektrik enerjisi idxalında maraqlı görünür. Düşünürəm ki, bu səfərdən sonra İranla Azərbaycan arasında yeni bir əməkdaşlıq səhifəsi açılacaq və bu da çox uğurlu olacaq”.

Deputat əlavə edib ki, İranla Azərbaycan arasında çoxtərəfli əməkdaşlıq layihələri reallaşdırılır ki, onların arasında təbii olaraq Şimal-Cənub nəqliyyat dəhlizi xüsusi yer tutur: “Ötən il Azərbaycan mühüm strateji əhəmiyyətə və yüksək tranzit potensialına malik Şimal – Cənub dəhlizinin inkişafı üçün qonşu ölkələr və beynəlxalq maliyyə institutları ilə əməkdaşlığın daha da genişləndirilməsi istiqamətində mühüm addımlar atıb. Son illərdə Azərbaycan və bir çox dövlətlər arasında Şimal – Cənub dəhlizi ilə tranzit yük daşımaları, o cümlədən dəmiryol daşımalarının inkişafı üçün əməkdaşlığı nəzərdə tutan mühüm sazişlər imzalanıb. Sazişin məqsədi dəmiryol infrastrukturunun və tranzit daşımalarının inkişafı üzrə əməkdaşlığın şərtlərini müəyyən etmək və Şimal – Cənub dəhlizinin Qərb marşrutunun potensialını artırmaqdır. Sözügedən lahiyə üçün beynəlxalq əməkdaşlıq sayəsində dəmiryol nəqliyyatına yeni yüklərin cəlbi stimullaşdırılır. Eyni zamanda, daşıma həcmlərinin artımı və dəmiryol nəqliyyatı infrastrukturunun inkişaf tempi balanslaşdırılır”.

Röya İsrafilova

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:167
embedMənbə:https://www.xalqcebhesi.az
archiveBu xəbər 29 Aprel 2025 18:46 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see403

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see314

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see294

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see285

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see276

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see272

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see266

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see264

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

12 Noyabr 2026 19:13see264

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see242

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see227

“Ən bahalı əl işimi 12 min manata satmışam” Təhminə Seyidzadə ilə MÜSAHİBƏ

12 Noyabr 2026 15:42see221

Vüsalə Əlizadə: Bizdə menecer işi sıfır səviyyədədir

12 Noyabr 2026 16:31see219

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see218

Bir gecədə qazanılan sərvətin görünməyən üzü İT milyarderləri niyə peşmandırlar?

12 Noyabr 2026 12:04see217

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see217

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see215

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see211

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see206

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see204
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri