Bu suallar pis niyyətlidir, heç vaxt cavab verməyin! SİYAHI
Icma.az xəbər verir, Olke.az saytına əsaslanaraq.
Qarşınızdakı şəxslərin bəzən bizə ünvanladığı suallar manipulyativ olur və heç də yaxşı niyyətli deyil.
Ölkə.Az xəbər verir ki, türkiyəli davranış elmləri mütəxəssisi Aşkım Kapışmak insanları bəzi manipulyativ suallara cavab verməməyə çağırır.
Həmin suallar aşağıdakılardır.
1. “Ən çox nəyi itirməkdən qorxursan?”
Diqqət! Bu suala cavab versəniz, qarşınızdakı sizin ən həssas nöqtənizi tapmış olacaq.
2. “Özünü zəif hiss etdiyin anı xatırlayırsan?”
Bu suala cavab versəniz, qarşınızdakı sizin ən kövrək cəhətinizi biləcək.
3. “Səncə, insanlar səni ən çox hansı mövzuda səhv başa düşür?”
Bu suala cavab versəniz, qarşınızdakı sizin ən həssas olduğunuz məqamı öyrənəcək.
4. “Həyatında ən çox nəyi gizlətmək istəyirsən?”
Qarşınızdakı sizin ən dərin sirlərinizi öyrənə bilər.
5. “Bir anda bütün həyatın gözlər öndündə olsa, hansı hissəsinin görünməsini istəməzdin?”
Bu sualı verirlərsə, ən çox utandığın məqamı öyrənməyə çalışırlar.
6. “Özündə ən çox nəyi dəyişmək istəyərdin?”
Bu barədə danışsanız, öznəinam əskikliyiniz üzə çıxacaq.
7. “Bir anda hər kəs səni tərk etsə, yanında ən çox kimin qalmasını istərdin?”
Bu sual sayəsində ən çox kimə bağlı olduğunu öyrənə bilərlər.
8. “Keçmişində heç vaxt danışmaq istəmədiyin bir hadisə var?”
Cavab versəniz, ən dərin sirlərinizi öyrənəcəklər.
9. “Səncə, insanlar səni ən çox hansı mövzuda ciddi qəbul etmir?”
Özünəinamınızda ən çox hansı nöqtədə zəif olduğunuzu biləcəklər.
Billurə
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:194
Bu xəbər 27 Aprel 2026 19:31 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















