Icma.az
close
up
RU
Bu, sübut etdi ki, Avropa Azərbaycan və Prezident İlham Əliyevlə hesablaşır Mövqe

Bu, sübut etdi ki, Avropa Azərbaycan və Prezident İlham Əliyevlə hesablaşır Mövqe

Icma.az, Olke.az portalına istinadən məlumatı açıqlayır.

Prezident İlham Əliyevin Albaniyada “Avropa Siyasi Birliyi”nin 6-cı Zirvə toplantısında iştirakı və keçirdiyi görüşlər bir daha onu sübut etdi ki, Azərbaycan Avropanın təhlükəsizlik arxitekturasının etibarlı şəkildə təmin olunmasında ciddi rol oynayan ölkədir.

Bunu Ölkə.az-a açıqlamasında Milli Məclisin deputatı Kamran Bayramov deyib.

Onun sözlərinə görə, yeni dünya düzəninin formalaşması mərhəsləsində dünyada və regionumzda baş verən kataklizmlərə baxmayaraq, Prezident İlham Əliyevin yürütdüyü çevik və düzgün siyasət nəticəsində Azərbaycan regional proseslərdə ciddi aktor ölkə rolunda çıxış etməkdədir. “Cənab Prezident İlham Əliyevin yürütdüyü çox vektorlu siyasət və çağırışılara çevik reaksiya verməsi nəticəsində  Azərbaycanın geosiyasi mövqeyi nəinki bölgədə, ümumilikdə beynəlxalq aləmdə möhkəmlənməkdədir. Bunun nəticəsidir ki, Azərbaycan Cənubi Qafqazda deyil, Mərkəzi Asiya, Yaxın Şərq və Cənubi Avropada ciddi aktor rol oynayan ölkə qismində çıxış edir. Çox vektorlu xarici siyasət Azərbaycanın Qərb və Şərqlə tərəfdaşlığı, əməkdaşlığı gücləndirməklə yanaşı, regional təhlükəsizliyin qorunmasında da rolunu artırıb. Azərbaycanın həyata keçirdiyi çoxşaxəli- enerji, nəqliyyat, tranzit yükdaşıma və digər iqtisadi layihələr bunun bariz nümunəsidir. Yürüdülən məqsədyönlü siyasət nəticəsində Qərblə, Şərq, Şimalla Cənub arasında əməkdaşlıq qovşağına çevrilib. Azərbaycan bu istiqamətdə səylərini daha da artırmaqdadır”, - o qeyd edib.

Deputat əlavə edib ki, cənab Prezident İlham Əliyevin Zirvə toplantısı çərçivəsində Avropa İttifaqı Şurasının Prezidenti Antonio Koşta və Avropa Komissiyasının Prezidenti Ursula Fon der Lyayen ilə görüşü dediklərimizin sübutudur: “Bu görüş Avropa liderlərinin Azərbaycan və Prezident İlham Əliyevlə hesablaşması idi. Görüş zamanı Antonio Koşta və Ursula Fon der Lyayen Azərbaycanın Avropanın enerji təhlükəsizliyinə yaxından töhfə verən vacib, etibarlı tərəfdaş ölkə olduğu bir daha bəyan edildi. Azərbaycanın Avropanın enerjiyə ehtiyacı olan zaman göstərdiyi dəstəyi yüksək qiymətləndirilməklə bərabər Mərkəzi Asiya regionu ilə əlaqələri və Orta Dəhlizdə aparıcı rolu xüsusi qeyd olunub. Avropalı liderlər Azərbaycanın bu rolunu yüksək dəyərləndirərək regionda, onun hüdudlarından kənarda sülhün, sabitliyin təmin olunmasında müxtəlif tərəflər arasında dialoqun aparılması üçün platforma rolu oynadığının əhəmiyyətini bəyan ediblər.

Azərbaycan Prezidenti cənab İlham Əliyevin istər Avropa İttifaqı Şurasının Prezidenti Antonio Koşta və Avropa Komissiyasının Prezidenti Ursula Fon der Lyayenlə, istər qardaş Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla, istər ayaqüstü Fransa prezidenti Makronla, istər Albaniya baş naziri Edi Rama, istər Ermənistan baş naziri Nikol Paşinyanla və digər görüşülər Azərbaycanın regional güc kimi qəbul edilməsinin bariz nümunəsidir. Ümumiyyətlə, Zirvə görüşündə ölkə rəhbərinə  olan isti münasibət, həm Azərbaycana, həm də cənab Prezident İlham Əliyevə beynəlxalq miqyasdakı nüfuzun göstəricisidir.   

Əminəm ki, bundan sonra da Prezident İlham Əliyevin yürütdüyü çevik diplomatiya nəticəsində yeni dünya düzəninin formalaşması mərhəsləsində siyasi katakalizmləri Azərbaycan üçün fürsətlərə çevirməklə regional və qlobal müstəvidə geosiyasi mövqeyinin möhkəmlənməsinə, ölkəmizin inkişafına, güclənməsinə, qarşısında duran hədəflərə nail olunmasına imkan yaradacaq”.

Mürtəza
Ölkə.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:120
embedMənbə:https://olke.az
archiveBu xəbər 17 May 2025 16:22 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see304

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see300

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see290

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see285

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see281

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see278

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see267

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see261

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see254

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see238

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see237

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see235

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see234

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see233

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see230

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see226

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see216

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see208

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see201

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see197
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri