Icma.az
close
up
RU
Makronun Prezident İlham Əliyevlə görüşündə jestləri sübut edi ki… Açıqlama

Makronun Prezident İlham Əliyevlə görüşündə jestləri sübut edi ki… Açıqlama

Icma.az, Olke.az portalına istinadən məlumat verir.

“Prezident İlham Əliyevin yürütdüyü çevik diplomatiya və çoxvektorlu xarici siyasət nəticəsində Azərbaycan beynəlxalq miqyasda geosiyası və geoiqtisadi mövqeyini möhkəmləndirməklə özünü “orta güc” mərkəzi kimi təsdiq etməkdədir. Dövlət başçısının “Avropa Siyasi Birliyi”nin 6-cı Zirvə toplantısında iştirakı və keçirdiyi görüşlər bunun göstəricisidir”.

Bunu Ölkə.az-a açıqlamasında Milli Məclisin deputatı Müşfiq Məmmədli deyib.

Deputat bildirib ki, Azərbaycan öz iqtisadi, siyasi, diplomatik, hərbi və mədəni potensialını daha da inkişaf etdirməklə nəinki Cənubi Qafqazın siyasi və iqtisadi mərkəzinə, bütövlükdə Avrasiya məkanının yeni orta güc aktoruna çevrilib: “Azərbaycan artıq beynəlxalq aləmdə öz sözünü deyən, mövqeyini qətiyyətlə müdafiə edən, çoxsaylı dostları, tərəfdaşları ilə regionun və dünyanın yeni enerji, nəqliyyat xəritəsini müəyyən edən, qlobal problemlərin həllinə dəyərli töhfələr verən dövlət kimi qəbul edilir. Cənab Prezidentin “Avropa Siyasi Birliyi”nin 6-cı Zirvə toplantısında iştirakı Avropanın da Azərbaycanla hesablaşdığı və “orta güc” kimi qəbul edilməsi kimi dəyərləndirilməlidir.

Zirvə toplantısında Avropa İttifaqı (Aİ) Şurasının Prezidenti Antonio Koşta və Avropa Komissiyasının Prezidenti Ursula Fon der Lyayenin cənab Prezident İlham Əliyevlə görüşü və müzakirə olunan məsələlər bunu deməyə əsas verir. Görüşdə Aİ rəhbərləri Azərbaycanın Avropa İttifaqının vacib və etibarlı tərəfdaşı olduğunu, Avropanın enerji təhlükəsizliyi arxitekturasının təmin olunmasında, həmçinin Mərkəzi Asiya regionu ilə əlaqələri və Orta Dəhlizdə çox əhəmiyyətli rolunu xüsusi qeyd etdilər. Avropalı liderlər onu da bəyan etdilər ki, Azərbaycanın oynadığı bu əhəmiyyətli rol regionda və onun hüdudlarından kənarda sülhün, sabitliyin, sıx əməkdaşlıq formatların yaranmasına ciddi töhfə verir. Bu isə o deməkdir ki, Azərbaycan artıq dinləyən,  tələbləri, şərtləri qəbul edən tərəf deyil, diktə edən və fikri ilə hesablaşılan ölkədir. Azərbaycanla hesablaşmayan ölkə hər hansı fayda əldə edə bilməz. Sammitdə Fransa prezidenti Emanuel Makronun da özünün Prezident İlham Əliyevə yaxınlaşaraq görüşü və jestlər, eyni zamanda cənab Prezident İlham Əliyevin jestlərini bunun bariz nümunəsi hesab edə bilərik. Makron da anlayır ki, Azərbaycan Prezidenti ilə hesablaşmamaqla nəinki Cənubi Qafqaz bölgəsində, ümumiyyətlə digər bölgələrdə də uğur əldə edə bilməyəcək. Əksinə, uğursuzluqlara düçar olacaq, necə ki, biz bu gün bunun şahidi olmaqdayıq.

Əminəm ki, cənab Prezident İlham Əliyevin yürütdüyü uğurlu siyasət nəticəsində Azərbaycan dünyada daha da inkişaf edib güclü dövlətə çevrilməklə bərabər, regional və qlobal miqyasda söz sahibi olan ölkə rolunda çıxış edəcək”.

Mürtəza

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:135
embedMənbə:https://olke.az
archiveBu xəbər 19 May 2025 15:32 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see433

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see409

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see320

Yeni arenada qolsuz siftə

26 Oktyabr 2026 11:15see307

Ermənistanın geosiyasi xaosu BAXIŞ BUCAĞI

26 Oktyabr 2026 16:11see274

Tibbi Xidmət İdarəsinin nümayəndəsi II HepatoGastro Beynəlxalq Forumunda moderator və məruzəçi qismində iştirak edib

26 Oktyabr 2026 11:30see274

“Qızıl top” mükafatının saytı eyni vaxtda üç qalib elan etdi

26 Oktyabr 2026 23:52see266

Prezidentin Şeyxa Əl Nuveysi ilə görüşündən VİDEOÇARX

26 Oktyabr 2026 19:31see261

TƏBİB in Səhiyyə Nazirliyinə birləşməsi prosesi nə vaxt başa çatır?

26 Oktyabr 2026 14:31see258

Onkologiyada hipertermiya: Yeni metodun əhəmiyyəti nədir?

26 Oktyabr 2026 12:39see250

Vatican News un erməni dezinformasiyasına yer verməsi müzakirə edilib

26 Oktyabr 2026 21:17see249

Dövlət Su Ehtiyatları Agentliyinin 955 çağrı mərkəzinin adı var, özü yox!.. Yasamalda saatlardır su gəlmir!..

26 Oktyabr 2026 21:33see231

Turistlər aldadılarsa, hara müraciət etməlidirlər? Ekspert açıqladı

26 Oktyabr 2026 17:53see216

Qumralın ailəvi görüntüləri diqqət çəkdi (Video)

26 Oktyabr 2026 17:17see214

Makron etiraf etdi

27 Oktyabr 2026 00:54see210

Bu ərazilər qazsız qalacaq

26 Oktyabr 2026 19:31see206

Gecə saatlarında əməliyyat “zərərçəkmişlər” xilas olundu VİDEO

27 Oktyabr 2026 12:16see206

Hizbullah İsraillə mümkün yeni qarşıdurmaya hazırlaşır KİV

26 Oktyabr 2026 19:40see201

Putin yeni hökumət üzvləri ilə ayrıca görüş keçirməyəcək

27 Oktyabr 2026 02:51see199

İlin ən yaxşı gənc futbolçusu seçildi ardıcıl üçüncü dəfə

27 Oktyabr 2026 01:10see199
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri