Icma.az
close
up
RU
Bu sülh sazişi deyil, çərçivə sənədidir

Bu sülh sazişi deyil, çərçivə sənədidir

Icma.az bildirir, Azpost saytına əsaslanaraq.

“Biz hazırda Azərbaycan və Ermənistan arasında çərçivə sənədinin razılaşdırılmasından danışırıq. Ermənistan tərəfi isə bilərəkdən bu sənədin mahiyyətini şişirdir. Çünki məqsədləri digər məsələləri arxa plana keçirməkdir”.

Bu sözləri “Reytinq” qəzetinə Azərbaycanın sabiq xarici işlər naziri Tofiq Zülfüqarov deyib.

Onun sözlərinə görə, öncə nəzərə almaq lazımdır ki, bəhs edilən sənəd Azərbaycan tərəfinin Ermənistana təklifi əsasında hazırlanıb. Yəni Azərbaycanın irəli sürdüyü beş prinsip əsasında bu prosesə start verilib. Üstəlik, bunlar beynəlxalq hüququ və BMT prinsiplərini özündə ehtiva edir.

Keçmiş nazir bildirib ki, həm Azərbaycanda, həm də Ermənistanda bir çox insanlar sənədin mahiyyətini fərqli formada təqdim edir, hətta bunu sülh sazişi kimi qələmə verənlər də var: “Amma indiki halda biz ilkin və ya çərçivə sənədindən bəhs edirik. Sülh sazişi isə son mərhələdə əldə ediləcək və ya imzalanacaq sənəd ola bilər”.

T. Zülfüqarov qeyd edib ki, çərçivə sənədinin mahiyyəti bəyanata yaxın olsa da, bəzi şəxslər bilərəkdən onu şişirdir. “Məsələn, tərəflər qarşılıqlı şəkildə bir-birinin ərazi bütövlüyünü tanımalıdır. Hazırda sərhədlər müəyyən edilibmi? Və yaxud Zəngəzur dəhlizi məsələsi həllini tapmalıdır. Tapıbmı? Eyni zamanda təhlükəsilik məsələləri. Təzminat məsələləri də var, bəzi xəbərlərə görə, Ermənistan tərəfi müəyyən sənədləri geri çəkməyib. Bunlar həyata keçirilməlidir. Çərçivə sənədi bu baxımdan bir sıra məsələlərin həlli üçün çərçivə yaradır. Qısası, ilkin və yekun sənəd var. İndi biz ilkin sənəddən bəhs edirik, yekun sənəd isə sülh sazişi olmalıdır. Yəni indi bizim müzakirə etdiyimiz çərçivə sənədidir, sülh sazişi deyil. Sülh sazişi üçün hələ çox iş görülməlidir. Bunu bilməyənlərə məsləhət görürəm ki, diplomatiya lüğətinə baxsınlar. Çünki bu məsələlər orada qeyd edilib və bu nəzəriyyə əsasında işlər görülür”,- deyə sabiq nazir əlavə edib.

T. Zülfüqarov deyib ki, Ermənistan bilərəkdən ilkin sənədin mahiyyətini qabardır: “Çünki düşünürlər ki, bu yolla digər mövzuları gündəmdən çıxarırlar. Guya bununla məsələ bitdi. Əsas məsələlər sırasında sərhədlərin müəyyən edilməsi, dəhlizin açılması, təhlükəsizlik, təzminat kimi məsələlər var. Eyni zamanda “münaqişənin siyasi məsuliyyətini kim daşıyır”, – məsələsi də mövcuddur. Sözsüz ki, cinayət törədən insanların məsuliyyəti də var. Bunlar həllini tapmalıdır. Bunun üçün də çərçivə sənədi vacibdir”.

Müsahibimiz diqqətə çatdırıb ki, əslində çərçivə sənədinin razılaşdırılması hər iki ölkənin Xarici İşlər nazirlikləri tərəfindən bəyanatla yekunlaşdırıla bilər: “Yəni tərəflər qeyd edirlər ki, ilkin sənədi razılaşdırıblar və oradakı prinsiplər əsasında işin davam etdirilməsinə dair siyasi iradə mövcuddur. Bunun üçün Vaşinqtona və ya Moskvaya ehtiyac yoxdur. Ümumiyyətlə, bizim işimiz, vasitəçilər olmadan, Ermənistanla qarşı-qarşıya oturub məsələləri həll etməkdir”.

Paylaş

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:160
embedMənbə:https://azpost.info
archiveBu xəbər 17 Mart 2025 16:54 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Barselona”dan möhtəşəm qələbə: 7 qollu oyunda “Rayo” darmadağın edildi

01 Sentyabr 2026 01:35see278

Bu qidalar sərxoşluqdan sonrakı vəziyyəti ağırlaşdıra bilər Həkimlər izah ETDİ

31 Avqust 2026 21:50see265

Türkiyəli nazirdən Zəngəzur dəhlizi ilə bağlı mühüm açıqlama: Qars Dilucu dəmir yolu istifadəyə veriləcək

01 Sentyabr 2026 10:59see265

İrana qarşı iqtisadi təzyiq aylarla davam edə bilər Bessent

31 Avqust 2026 18:53see249

Kosmosda sakitlik olacaq? Sentyabrın ilk yarısında maqnit fırtınaları ilə bağlı proqnoz

01 Sentyabr 2026 04:02see224

Astarada şəhid ailələri üçün mənzillər alınacaq

01 Sentyabr 2026 00:19see223

Zamiq 90 dəqiqə oynadı, “Eqnatiya” geri dönüş etdi

01 Sentyabr 2026 02:14see219

Şuşa Laçın avtomobil yolunda qazıntı aparan 2 nəfər vəfat edib

31 Avqust 2026 22:04see218

Əli Cəbrayılova UEFA dan beynəlxalq təyinat

01 Sentyabr 2026 01:02see211

Havaların qəfil dəyişməsi sağlamlığımıza necə təsir edir? HƏKİM DANIŞDI

01 Sentyabr 2026 12:04see209

Azərbaycanı Düşənbədə onlar təmsil edəcək

02 Sentyabr 2026 03:20see195

Bakıda ən bahalı, 10 milyon manatlıq evin içində nə var ki? ƏCAİB QİYMƏTLƏR

01 Sentyabr 2026 17:16see188

Goranboyda güclü partlayış oldu

02 Sentyabr 2026 01:20see186

Bu vərdişlər diş çürüməsi riskini artırır ARAŞDIRMA

01 Sentyabr 2026 09:02see184

Dietoloqlar arıqlamaq üçün ən yaxşı iki meyvənin adını çəkiblər...

31 Avqust 2026 21:05see182

Putinlə Paşinyan arasında mübahisə düşdü

02 Sentyabr 2026 01:17see175

Flik “Barselona”dan ayrıla bilər

02 Sentyabr 2026 03:18see166

Mərkəzi Bank 230 milyon manatlıq notları hərraca çıxarır

01 Sentyabr 2026 21:38see166

Sənədsiz evlərlə bağlı çıxış yolu hansıdır? AÇIQLAMA

01 Sentyabr 2026 21:07see166

“Bizi udmaq istəyənlər ağzının üstündən zərbə alacaq” Putin Bişkekdə nəyə işarə etdi?

02 Sentyabr 2026 01:56see165
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri