Icma.az
close
up
RU
Çərçivə sazişi sülhü təmin edəcəkmi?

Çərçivə sazişi sülhü təmin edəcəkmi?

Yeniazerbaycan portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Vaşinqton Livan və İsrailin razılaşmalara əməl edəcəyinə nikbin yanaşır

Amerika Birləşmiş Ştatlarının vasitəçiliyi və dəstəyi nəticəsində iyulun 26-da Livan və İsrail hökumətləri arasında çərçivə sazişi imzalansa da, regionda vəziyyət gərgin olaraq qalır. Xatırladaq ki, sənədin imzalanma mərasimi ABŞ Dövlət Departamentində baş tutub.

İsrail ordusu Livan ərazisini tərk edəcəkmi?

İsrail və Livan arasında razılaşmaya dair çərçivə sazişi İsrail qoşunlarının respublika ərazisindən tədricən çıxarılmasını nəzərdə tutur. Sənəd münaqişəyə son qoyulmasını, Livanın bütün ərazisi üzərində tam suveren nəzarətinin bərpasını, eləcə də qeyri-dövlət silahlı qruplarının tərksilah edilməsini və onlarla əlaqəli infrastrukturun ləğvini nəzərdə tutur. Bu şərtlər yerinə yetirildikdən sonra İsrail qüvvələri mərhələli şəkildə ölkədən çıxacaq. Təhlükəsizlik tədbirləri və nəzarət mexanizmləri də daxil olmaqla, prosesin təfərrüatları ABŞ-ın dəstəyi ilə hazırlanmış ayrıca bir əlavədə göstəriləcək. Saziş, həmçinin hazırda İsrail qüvvələrinin əlində olan iki ərazinin nəzarətinin Livan hakimiyyətinə verilməsini nəzərdə tutur. Onların dəqiq yeri açıqlanmır. Sənəddə vurğulanır ki, “Hizbullah” da daxil olmaqla silahlı qrupların yaratdığı təhlükənin aradan qaldırılması gələcəkdə İsrail Müdafiə Qüvvələrinin Livandakı mövcudluğunu aradan qaldırmağa imkan verəcək.

Livan Prezidenti Cozef Aun Vaşinqtonda İsraillə imzalanan çərçivə sazişini alqışlayaraq, bunu hərbi əməliyyatların tam dayandırılması və ölkənin cənub bölgələri üzərində suverenliyinin bərpası istiqamətində atılan ilk addım kimi qiymətləndirib. Livan Prezidenti İsraillə ikitərəfli danışıqların beşinci raundunun yekununda əldə olunan sənədi şərh edərkən bildirib ki, bu saziş Livan xalqına heç bir güzəştə getmədən tam azad edilmiş torpaqlarına qayıtmaq imkanı verir və müharibədən sonrakı bərpa prosesinə başlamağa şərait yaradacaq. Cozef Aun danışıqların təşkili və keçirilməsi istiqamətində göstərdiyi səylərə, eləcə də Livanın mövqeyinə verdiyi dəstəyə görə ABŞ Administrasiyasına və Prezident Donald Trampa təşəkkürünü bildirib.

ABŞ Dövlət katibi Marko Rubio Vaşinqtonda İsrailin səfiri Yexiel Leyter və Livanın səfiri Nada Həmmadə-Muavvad ilə birgə çıxışı zamanı tərəflər arasında 5 raund danışıqlardan sonra çərçivə sazişinin əldə olunduğunu elan edib. Onların sözlərinə görə, bu sənəd İsrail ilə “Hizbullah” arasında baş vermiş münaqişədən sonra sülhə aparan yolun əsasını qoyur.

Üçtərəfli işçi qrupu yaradılacaq 

Bununla yanaşı, Livanda atəşkəsin həyata keçirilməsinə nəzarət məqsədilə İran, ABŞ və Livan üçtərəfli işçi qrupu yaratmağı planlaşdırır. Bu barədə İran İslam Şurası Məclisinin sədri Məhəmməd Baqer Qalibaf dövlət televiziyasına müsahibəsində məlumat verib. Onun sözlərinə görə, Livanın dövlət suverenliyinin təmin olunması məqsədilə İran, ABŞ və Livan nümayəndələrinin təmsil olunacağı birgə komitə fəaliyyət göstərəcək. Qalibaf bildirib ki, İranın Livandakı səfiri də komitədə ölkəsini təmsil edəcək. Parlament sədri qeyd edib ki, Tehran və Vaşinqton Livan da daxil olmaqla bütün cəbhələrdə hərbi əməliyyatların dərhal dayandırılmasını nəzərdə tutan anlaşma memorandumu imzalayıblar.

Livan isə İsraillə əldə olunmuş “çərçivə sazişi”nin, xüsusilə də ərazisindən razılaşdırılmış geriçəkilmələrin həyata keçirilməsini təmin etmək üçün ABŞ-ın köməyinə arxalanır. “əş-Şarq əl-Avsət” qəzeti öz mənbələrinə istinadla xəbər verib ki, İsrail tərəfinin prosesi təxirə salmağı, işğal etdiyi yerlərdə müvəqqəti keçid qapıları təşkil etmək kimi razılaşmaya zidd addımlar atmağı planlaşdırması barədə gələn xəbərlər Livan tərəfini narahat edir.

Mənbələrin sözlərinə görə, ABŞ Mərkəzi Komandanlığının (CENTCOM) rəhbəri Bred Kuper Livana son səfəri zamanı ölkə rəsmiləri ilə İsrailin geri çəkiləcəyi “pilot ərazilər”də tətbiq olunacaq mexanizmləri müzakirə edib. Bildirilib ki, onun yüksək vəzifəli köməkçilərindən biri prosesin icrasını yerində izləmək üçün Livanda qalıb. Qeyd olunub ki, Livan tərəfi ABŞ-la əldə edilmiş razılaşmalardan kənar hər hansı dəyişiklik və ya İsrailin geriçəkilməni təxirə salması ilə bağlı rəsmi məlumat almayıb.

Livan rəsmilərinin narahatlığına səbəb olan amillərdən biri də İsrail ordusunun ölkənin cənubunda nəzarətdə saxladığı ərazilərdə keçid qapıları quraşdırması və təhlükəsizlik zolağını Livanın daxili hissəsindən ayırması olub. Bu, 2000-ci ildən bəri ilk belə praktiki addım kimi qiymətləndirilir. Bundan əlavə, İsrailin müdafiə naziri İsrael Katsın ordunun Livanın cənubundan geri çəkilməyəcəyini bəyan etməsi Livanın narahatlıqlarını daha da artırıb. Hətta sözügedən sazişin imzalanmasından bir gün sonra İsrailin Livan ərazisinə yenidən hücum etməsi razılaşmaları şübhə altına alır.

İsrail Livanın cənubunda təhlükəsizlik zonası saxlayacaq

İsrailin Baş naziri Benyamin Netanyahu isə  İsrailin Livanın cənubunda təhlükəsizlik zonasını saxlamaq hüququnun Vaşinqton və Beyrut tərəfindən  tanındığını bəyan edib. O, Livanla çərçivə sazişini tarixi hadisə  adlandırıb və bunun münaqişənin dayandırılması işində irəliləyişə kömək etdiyini vurğulayıb. Baş nazirin sözlərinə görə, Livan hökuməti bu addımı atmaqla cəsarət nümayiş etdirib: “Bu, İran və “Hizbullah”a ciddi zərbədir. Əldə olunmuş razılaşmalar çərçivəsində ABŞ və Livan İsrailin təhlükəsizlik zonasını saxlamaq hüququnu tanıyıb. Mən İsrailin  həyati vacib maraqlarını qətiyyətlə müdafiə edir və bizi oradan çıxmağa məcbur etmək üçün edilən hər hansı cəhdlərə qarşı qətiyyətlə çıxış edirdim”.

Bununla yanaşı, o təsdiqləyib ki, pilot layihə çərçivəsində İsrail Livanın cənubunda yerləşən, biri təhlükəsizlik zonasının hüdudlarından kənarda, digəri isə onun sərhədində olan iki zonadan qoşunlarını çıxarmağı planlaşdırır: “İsrail və Livan “sarı xətt”in yaxınlığında, İsrail Müdafiə Qüvvələri tərəfindən tövsiyə edilən və “Hizbullah”ın ləğvi, habelə ərazinin Livan ordusunun nəzarətinə verilməsi üzrə pilot layihənin həyata keçiriləcəyi iki ərazi barədə razılığa gəlib”. Bununla belə, Netanyahu bir daha təkrar edib ki, istənilən təhdidləri dəf etmək üçün İsrail Müdafiə Qüvvələri Livanda hərəkət azadlığına malikdir.

N.BAYRAMLI

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:170
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 03 İyul 2026 11:07 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Şahin Mustafayev Tehranda iddiaları təkzib etdi

01 Oktyabr 2026 09:18see279

Gecələri zəhərə çevirən xorultuya son Yeni cihaz hazırlandı

01 Oktyabr 2026 08:47see199

Gevondyan: Azərbaycanla münaqişənin həllindən sonra Rusiya əsas təsir rıçağını itirib

01 Oktyabr 2026 09:49see199

Saməddin Əsədov: Etimad quruculuğu nəqliyyat dəhlizləri boyunca da bərqərar olmalıdır

01 Oktyabr 2026 11:08see196

Azərbaycanla Türkiyə arasında 500 milyon dollarlıq sazişlər imzalanıb 14 təyyarə, radar və müdafiə sistemləri alınır

01 Oktyabr 2026 08:35see192

Ukrayna F 16 sız qala bilər Xəbərdarlıq

01 Oktyabr 2026 09:00see187

Milli Məclisin Anım Günü ilə bağlı BƏYANATI TAM MƏTN FOTO

01 Oktyabr 2026 09:12see187

Kriştianu Ronaldu Portuqaliya millisində çıxışını davam etdirməyi planlaşdırmır

01 Oktyabr 2026 10:29see186

Tramp: ABŞ “İraqı şərəf və ləyaqətlə” tərk etdi

01 Oktyabr 2026 10:34see186

Təyyarədə həyəcanlı anlar: Sərnişin stüardessanı dişlədi

01 Oktyabr 2026 12:26see185

“Kəpəz”də stadion qalmaqalı: 12 min manat deyildi, 5 min manat ödənilirdi?

01 Oktyabr 2026 10:03see184

Pul yığıram, bəs sonra? İnvestisiyaya başlamaq istəyənlər üçün ilk addımlar

01 Oktyabr 2026 10:36see184

ML: 3 cü tur başlayır

01 Oktyabr 2026 10:36see181

İlham Əliyev: Etibarlı məlumat informasiya mühitinin keyfiyyət göstəricisinə çevrilməlidir

01 Oktyabr 2026 10:31see181

Ronaldo dönəmi başa çatır

01 Oktyabr 2026 08:43see180

Azərbaycanda yeni agentlik fəaliyyətə başladı

01 Oktyabr 2026 10:04see180

Suriyada mikroavtobusa silahlı hücum: 7 ölü, 4 yaralı

01 Oktyabr 2026 10:31see177

Ronaldunun bacısından sərt mesaj: “CR7, sən daha çoxuna layiq idin!”

01 Oktyabr 2026 09:19see177

Millətlər Liqası: Yığmammız növbəti sınağına çıxır

01 Oktyabr 2026 08:42see176

Bu gündən əsgərlərin ehtiyata buraxılmasına başlanılıb

01 Oktyabr 2026 09:01see176
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri